Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib.
AFFA-nın rəsmi saytına istinadən xəbər verilir ki, yığma sentyabrın 8-də II tur çərçivəsində Slovakiya yığması ilə səfər görüşünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Oktyabrın 14-də təşkil olunacaq IV turun matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.