• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Füzuli Məmmədov: İnanıram ki, “Zirə” düzgün futbolla qrup mərhələsinə yüksələcək

İdman

17-08-2024, 18:05

Azərbaycan Dövlət İnformasiya Agentliyi
İDMAN
Füzuli Məmmədov: İnanıram ki, “Zirə” düzgün futbolla qrup mərhələsinə yüksələcək
17.08.2024 [16:15]
Füzuli Məmmədov: İnanıram ki, “Zirə” düzgün futbolla qrup mərhələsinə yüksələcək
Bakı, 17 avqust.

“Zirə”nin futbolçuları çətinliyə psixoloji olaraq dözərək növbəti raunda vəsiqə qazandılar. “Sabah” isə bir səhv ucbatından istəyinə nail ola bilmədi”.

Bu sözləri açıqlamasında veteran futbolçu Füzuli Məmmədov UEFA Konfrans Liqasında pley-offa vəsiqə qazanan “Zirə” və mübarizəni dayandıran “Sabah”ın çıxışını dəyərləndirərkən deyib.

Mütəxəssis “Zirə”nin III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubuna qarşı yaxşı oyun nümayiş etdirdiyini bildirib: “Rəşad Sadıqovun yetirmələri düzgün futbol oynadılar. Daim hücuma atıldılar. Hesabda geri düşmələrinə baxmayaraq, özlərinə inamlarını itirmədilər və qol vurdular. Rəqib ikinci qolu vurduqdan sonra “Zirə” yenə də dayanmadı, hücum edib hesabı bərabərləşdirdi. Epizodlara fikir verirdim. Hücumlar zamanı cərimə meydançasının daxilində “Zirə”nin 3-4 nəfər futbolçusu olurdu. Bu, mənim çox xoşuma gəldi. Komandanın taktikası, rəqibdən çəkinməyərək, dominant futbol oynaması, irəli atılmaları və qol vurmaq arzularını çox bəyəndim”.

O, paytaxt təmsilçisinin pley-off mərhələsində qarşılaşacağı Kiprin “Omoniya” klubu ilə şanslarını dəyərləndirib: “Avrokuboklarda bütün oyunlar çətindir. Görüşlərə düzgün hazırlaşdıqda isə nisbətən asan olur. Bu baxımdan düşünürəm ki, “Zirə”də heç bir problem yoxdur. Rəqibi düzgün analiz edib, bu oyuna da çox ciddi hazırlaşacaqlar. Artıq futbolçularda özünəinam da artıb. Düşünürəm ki, pley-off mərhələsində də özlərini yaxşı tərəfdən göstərə bilərlər. Komanda “Omoniya”nı keçə biləcək gücə sahibdir. Amma bu o demək deyil ki, “Zirə” üçün qələbə rahat olacaq. Çünki rəqib də oyuna ciddi hazırlaşacaq. Amma düşünürəm ki, düzgün futbolla qrup mərhələsinə yüksələcək komanda “Zirə” olacaq”.

Keçmiş futbolçu penaltilər seriyasında 5 topdan 4-nü dəf edən qapıçı Tiaqo Silva barədə də danışıb: “Penaltilər seriyasında qapıçımız çox ağıllı oynadı. Komandanın növbəti raunda vəsiqə qazanmasında onun böyük rolu oldu. Möhtəşəm çıxış etdi. Amma futbolçuların da əziyyətini yerə vurmaq olmaz. Çünki 120 dəqiqə meydanda vuruşdular. Onlarla yanaşı, texniki heyət, məşqçilər korpusu, bir sözlə komandada hər kəsin bu uğurda əziyyəti var”.

Hazırda 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan F.Məmmədov avrokuboklarla vidalaşan “Sabah”ın çıxışına da toxunub: “Komandamız III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks” klubuna qarşı heç də pis oyun nümayiş etdirmədi. Növbəti raunda keçə bilməmələri onların zəif olduğu anlamına gəlmir. Oyuna düzgün hazırlaşmışdılar. Səfərdəki matçda uduzmalarına baxmayaraq, ağıllı futbol oynamışdılar. Görüşün ilk hissəsində üstünlük “Sabah”da idi. Amma rəqib də iddialı idi. Sadəcə, bir səhv matçın taleyini həll etdi. Yanlış ötürmə və müdafiəçinin doğru qərar verməməsi oyunun gedişatına təsir etdi. Sofyan Şaklanın qırmızı vərəqə alaraq meydanı tərk etməsi “Sabah”ın mərhələ adlamasına mane oldu. Amma futbolçular azlıqda qalsa belə irəli atılıb qol vurmaq istəyirdilər. Çoxlu qol epizodları yaratdılar. Onlardan biri qola çevrilsəydi, indi vəziyyət tamam başqa olardı. Düşünürəm ki, bu da onlar üçün bir təcrübə oldu. Güclü komandaya qarşı belə səhvlər etmək olmaz. Bu cür oyunlarda belə səhvlər bağışlanmır. Ümid edirəm ki, növbəti mövsümdə daha yaxşısını edəcəklər”.

Paylaş:
Digər xəbərlər

İdman

6-10-2023, 10:41

Azərbaycan Premyer Liqası: İlk dövrənin son turu başlayır - AFİŞA

İdman

22-07-2024, 16:40

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri məlum olub

İdman

27-01-2024, 10:47

Azərbaycan Premyer Liqası: Lider “Kəpəz”ə qarşı, "Zirə" "Sabah"ı qəbul edəcək

Cəmiyyət

16-03-2024, 11:02

Azərbaycan Premyer Liqası: "Zirə" "Kəpəz"i, " Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək

İdman

30-10-2023, 10:59

“Qarabağ” bu gün lider ola bilər - Premyer Liqa

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • Сегодня, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • Сегодня, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • Сегодня, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • Сегодня, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • Сегодня, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Сегодня, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • Сегодня, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • Сегодня, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • Вчера, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • Вчера, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • Вчера, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • Вчера, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • Вчера, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 8-11-2026, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • 8-11-2026, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • 8-11-2026, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • 8-11-2026, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • 8-11-2026, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • 7-11-2026, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • 7-11-2026, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • 7-11-2026, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
  • 6-11-2026, 12:00
    6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 6-11-2026, 11:56
    Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
  • 6-11-2026, 11:54
    Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
  • 5-11-2026, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə