Bakı, 29 oktyabr.
Bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında final görüşünə çıxacaq.
55 kiloqramda mübarizə aparan Eldəniz Əzizli həlledici mərhələdə İran təmsilçisi Poya Marz ilə qarşılaşacaq.
Nihat Məmmədli ( 63 kiloqram) qazaxıstanlı Yerjet Jarlikassinlə, Ülvü Qənizadə (72 kq) fransalı İbrahim Qanemlə üz- üzə gələcək.
Qurban Qurbanov ( 82 kiloqram) isə təsəlliverici görüşdə özbəkistanlı Jalqasbay Berdimuratov ilə münasibətlərini aydınlaşdıracaq.
Bu gün, həmçinin qadın güləşçilərimiz - Alyona Kolesniklə (59 kiloqram) Elis Manolova (65 kiloqram) mübarizəyə başlayacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ana Franka və polşalı Nataliya Kubati ilə görüşəcəklər.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 31-də yekun vurulacaq.