Bakı, 9 dekabr.
Bu gün Misli Premyer Liqasında XVI tura yekun vurulacaq.
Son oyun günündə bir qarşılaşma keçiriləcək. “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 19:00-da başlayacaq. Matçı FIFA referisi Kamal Umudlu idarə edəcək.
Turnir cədvəlində Tovuz klubu 27 xalla 3-cü, Şamaxı təmsilçisi isə 13 xalla 7-cı sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Kəpəz”ə 4:0, "Araz-Naxçıvan" "Səbail"ə, “Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib, "Sabah" və "Qarabağ" oyunu isə qollu heç-heçə ilə başa çatıb - 1:1.