• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Saməddin Əsədov: Azərbaycanda COP29 çərcivəsində Kosmik Agentliklərin Sammitinin keçirilməsi planlaşdırılır - EKSKLÜZİV

İqtisadiyyat

12-04-2024, 22:34

Bu günlərdə biz “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İqlim dəyişikliyinə kosmosdan baxış” platformamızı geniş ictimaiyyətə təqdim etdik. Tədbirin əsas məqsədi xüsusi platformanın təqdim olunması idi. Hazırda dünya üzrə 160 peyk məhz iqlim dəyişikliyinin monitorinqi ilə məşğuldur. İqlim dəyişikliyi ilə bağlı əldə olunan məlumatların 60 faizdən çoxu kosmosdan gəlir. Biz də bu tendensiyaya qoşulmaq üçün töhfəmizi vermək qərarına gəldik. Bizim elektron platformanın məlumatlarının əsas mənbəyi “Azersky” peykidir. Ötən il “Azersky” öz missiyasını başa vurub. Ancaq fəaliyyətdə olduğu müddətdə həmin peyk Azərbaycan ərazisi üzrə çox qiymətli məlumatlar əldə edib. Bu məlumatların hamısı “Azərkosmos” tərəfindən arxivləşdirilib. Nəticə etibarilə həmin məlumatların bu gün iqlimə aid olan hissəsini yeni portalda – “climatereport.az”da paylaşırıq.
Bu barədə müsahibəsində Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
“Ölkəmizdə Yerin müşahidəsi sahəsi, sözsüz ki, bununla bitmir. “Azersky” peyki missiyasını başa vursa da, biz bunun davamını fikirləşmişik. Hazırda İsrailin “IAI” şirkəti ilə əməkdaşlığımız davam edir. Peykin hazırlanmasına artıq başlanılıb. 2026-cı ildə bizim “Azərsky 2” peykimiz hazır olacaq və orbitə buraxılacaq. Bu işin davamı olaraq “Azərsky 2A” və “Azərsky 2B” şərti adı verdiyimiz peyklər də orbitə buraxılacaq.
Faktiki olaraq Azərbaycan regionda çox əhəmiyyətli aparıcı kosmik qüvvələrdən birinə çevrilib. Davamlılığı qorumaq məqsədilə həm Azərbaycan, həm regionumuz, həm də dünya üçün “Azərkosmos” öz fəaliyyətini zənginləşdirəcək”, - deyə Saməddin Əsədov qeyd edib.
Bu il Azərbaycanın Milanda keçiriləcək 75-ci Beynəlxalq Astronavtika Konqresinə böyük nümayəndə heyətilə qatılacağını vurğulayan Saməddin Əsədov deyib: “Ölkəmizdə ötən il keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi cəmiyyətdə kosmosa marağın artmasına səbəb oldu. Bakı Konqresinə 95 ölkədən 3600 elmi məqalə təqdim olunmuşdu. Bu, IAC tarixində ölkə sayı ilə bağlı rekord rəqəm idi.
Ötən il ölkəmizdən də ilk dəfə rekord sayda - 214 elmi məqalə Azərbaycan alimləri tərəfindən hazırlanaraq Konqresə təqdim olundu. Bu göstəriciyə görə Azərbaycan ilk beşlikdə olan ölkələr siyahısına daxil oldu. Bu sırada dünyanın ən inkişaf etmiş ölkələri - ABŞ, İtaliya, Hindistan və Çindən sonra Azərbaycan beşinci yerdə qərarlaşıb.
Milanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ölkəmizdən daha çox sayda - 345 elmi məqalə təqdim edilib. Dünya ictimaiyyətini yenidən təəccübləndirməyi bacardıq, Azərbaycan yenidən ilk beşliyə daxil olub. Əminəm ki, bu məqalələrin böyük əksəriyyəti yüksək səviyyədə hazırlanmış keyfiyyətli materiallardır. Onların hamısı seçilərək, həm Astronavtika Konqresinin elmi proqramına daxil edilir, həm də məqalələrin müəllifi olan alimlər, gənc tələbələr Konqresdə birbaşa məqalələrini geniş ictimaiyyətə təqdim edirlər. Artıq danışıqlar gedir. Bu il Azərbaycandan Milana böyük nümayəndə heyəti yollanacaq. Bu, daha çox elmi cəmiyyətin təmsilçiləri, alimlərimiz olacaq. Onlar Milanda keçiriləcək 75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı təmsil edəcəklər".
“Azərkosmos”un Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da tədbirləri barədə yeni məlumatlar paylaşan Saməddin Əsədov deyib: “Bir sıra yenilikləri daha sonra geniş ictimaiyyətə təqdim edəcəyik. Lakin qeyd edə bilərəm ki, “Azərkosmos” Azərbaycanda keçiriləcək COP29 tədbirində çox aktiv iştirak etməyi nəzərdə tutur. Bilirsiniz ki, hazırda kosmos iqlim dəyişikliyi ilə mübarizədə əsas vasitələrdən biridir. Son illərdə, bizdən əvvəlki illərdə keçirilən COP tədbirlərində kosmosla məşğul olan insanlar, kosmik agentliklər, kosmik sənayenin nümayəndələri aktiv təmsil olunub. Bu il Azərbaycanda keçiriləcək COP29-da bunu davam etdirməyi planlaşdırırıq. Bu işlər artıq son təsdiqlənmə mərhələsindədir. Belə ki, COP29 çərçivəsində “Azərkosmos” çox böyük tədbir keçirməyi planlaşdırır. Tədbir çərçivəsində Kosmik Agentliklərin Sammitinin keçirilməsi nəzərdə tutulur”, - deyə S.Əsədov vurğulayıb.
“Azərkosmos”un sədri peyk xidmətləri istiqamətində həyata keçirilən yeniliklər barədə də məlumat verib: “Hazırda qlobal səviyyədə peyk xidmətlərinin göstərilməsi bazarının konyunkturası dəyişir. Peyk qruplaşmalarının buraxılması Starlink kimi və sair konyunkturanı dəyişir. İstər kiçik operatorlar (peyklərin sayı az olan kosmik agentliklər), həmçinin böyük operatorlar fərqli xidmətlər göstərməklə bazarda rəqabətədavamlı olmağa çalışırlar. “Azərkosmos” peyk xidmətlərinin satışının genişləndirməsi istiqamətində həm yeni peyklərin orbitə buraxılmasını, həm də “Azerspace” peyklər qrupunun davamlılığının təmin edilməsini nəzərdə tutur. “Azerspace 1” peykinin istifadə müddəti bu onilliyin sonuna bitəcək. Artıq bununla bağlı yeni işlərə başlamışıq. Yeni peykdə fərqli radiotezlik qəbulediciləri və ötürücüləri quraşdırmaqla müxtəlif spektrlərdə xidmətlər göstərilməsi, həm biznesə, həm də vətəndaşlara birbaşa xidmətlərin göstərilməsi nəzərdə tutulur. Faktiki olaraq bütün peyk operatorları rəqabətədavamlı olmaq üçün çalışırlar”.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-01-2024, 11:41

COP29-un Azərbaycanda keçirilməsi iqtisadi cəhətdən də çox dividend gətirə biləcək - AÇIQLAMA

Cəmiyyət

17-02-2024, 21:45

Muxtar Babayev Almaniya XİN-in nümayəndəsi ilə iqlim sahəsində birgə fəaliyyəti müzakirə edib

Siyasət

16-12-2023, 19:05

COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək -

Cəmiyyət

12-04-2024, 11:20

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

Cəmiyyət

26-10-2023, 10:58

Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edildi

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Сегодня, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Сегодня, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Сегодня, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Сегодня, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Сегодня, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə