Bakı, 30 avqust.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.
AMB-dən bildirilib ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 17 iyul tarixli Qərarı ilə “Qoldenpey” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.