İstanbul, 17 oktyabr.
Livandan ayrılmaq istəyən Türkiyə vətəndaşları üçün Beyrutdan İstanbula çarter reysi təşkil olunub.
Bu gün 169 sərnişinlə Beyrutdan ayrılan təyyarə əvvəl Türkiyənin Çukurova, sonra isə İstanbul hava limanına enib.
Təxliyə işləri Türkiyənin Xarici İşlər və Milli Müdafiə nazirliklərinin koordinasiyası ilə həyata keçirilib.
Xatırladaq ki, oktyabrın 11-də Türkiyə iki gəmi ilə Livandan 966 vətəndaşını təxliyə edib.