• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” beynəlxalq konfransı və Türk xalqlarının ortaq mətbəxinin təqdimatı olub

İqtisadiyyat

1-12-2023, 19:07


Dekabrın 1-də Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Turizm Agentliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən təşkil olunan tədbirin məqsədi türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılması, bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak ediblər.

Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bu tədbirin Şuşa şəhərində keçirilməsinin təsadüfi olmadığını, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olması ilə yanaşı, Azərbaycan üçün qələbə və sülh rəmzinə çevrildiyini bildirib. A.Hüseynova tədbirin əhəmiyyətini vurğulayaraq, ortaq mədəni irsə sahib olan türkdilli dövlətlərin turizm sahəsində əməkdaşlığının gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib. O, konfransda səslənən fikirlərin türk xalqları arasında əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə dəstək olacağına əminliyini ifadə edib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Şuşanın ölkəmizin ən gözəl və tarixi-memarlıq abidələri ilə zəngin guşələrindən biri olduğunu söyləyib. O, şəhərin özündə və ətrafında mədəni turizmin inkişafi üçün kifayət qədər imkanların mövcudluğunu bildirib. Konfransın işinə uğurlar arzulayan T.Novruzov gələcəkdə yeni turizm marşrutlarının imkanlarını vurğulayıb.

Sonra konfransda TDT üzv ölkələrin nümayəndələri “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusunda təqdimatlarla çıxış ediblər.

Unudulmaqda olan köçəri həyat tərzinin türk xalqları arasında, eləcə də Azərbaycanda hələ də qorunub saxlandığı qeyd edilib. Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Agentliyin mütəxəssisləri tərəfindən hazırlanmış nominasiya sənədi ilə "Xınalıq kəndi və Köç yolu Mədəni Landşaftı"nın bu ilin sentyabrda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi vurğulanıb. Konfrans çərçivəsində, həmçinin iştirakçı ölkələrdə köçəri mədəniyyətini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.

Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Şuşa şəhəri Dövlət Qoruğu idarəsinin tərəfdaşlığı ilə türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı da keçirilib. Üzeyir bağında açıq havada təşkil olunan tədbirin açılışında Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov iştirak ediblər.

Qonaqlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mətbəx nümunələrini təqdim edən stendlərlə tanış olublar. Təqdimatın iştirakçıları hər bir türkdilli dövlətin milli xörəklərindən, şirniyyatlarından dadmaq imkanı əldə ediblər. Ziyarətçilərə qutab növləri, plovlar, beşbarmak, kumis, Qarabağ kətəsi, fərqli növ ət yeməkləri, türk qəhvəsi təqdim edilib. Həmçinin xüsusi dizayn edilmiş köşklərdə türkdilli ölkələrdən dəvət edilmiş tanınmış aşpazlar ustad dərsləri keçirərək canlı yemək bişirilməsi prosesini nümayiş etdiriblər.

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

3-10-2023, 08:56

Şuşa III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edəcək

Siyasət

3-11-2023, 13:35

İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”

İdman

31-10-2023, 15:37

TDT ölkələrinin çoxtərəfli tərəfdaşlığı yeni dinamika qazanıb - Mirziyoyev

Siyasət

4-10-2023, 10:18

İstanbulda Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi məsləhətləşmələr keçiriləcək

Cəmiyyət

26-10-2023, 11:52

“Elyazma.az” beynəlxalq konqresdə təqdim olunub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • Сегодня, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • Сегодня, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • Вчера, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • Вчера, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • Вчера, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • Вчера, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • 14-10-2026, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • 13-10-2026, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • 13-10-2026, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • 13-10-2026, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • 13-10-2026, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • 13-10-2026, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • 13-10-2026, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
  • 13-10-2026, 11:40
    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:14
    Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:12
    Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:10
    Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva
  • 12-10-2026, 11:07
    Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
  • 12-10-2026, 10:59
    Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür
  • 12-10-2026, 10:54
    Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə