Bakı, 13 dekabr.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
AMB-yə istinadla xəbər verilir ki, bu qərar noyabrın 27-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar, onların qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.