• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Jurnalistlər Balaxanı nefti ilə rəsm çəkiblər

İqtisadiyyat

4-07-2025, 11:10

Bakı, 4 iyul.

“Balakhani Operating Company LTD” tərəfindən təşkil edilən “Əkinçi” Dövrünün Neft Hekayələri” adlı tədbirdə Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi qeyd olunub.

Neft tariximizin beşiyi hesab edilən Balaxanıda ölkənin aparıcı media nümayəndələri Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat tariximizdə neft sənayesi izlərini nəzərdən keçiriblər.

“Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev çıxışında bildirib ki, milli mətbuatın yaranması bir xalq üçün onun milli şüurunun formalaşması, öz kimliyi və ictimai-siyasi mövcudluğunu anlaması baxımdan təməl nöqtələrindən biridir. Neft mövzusu Zərdabinin “Əkinçi”sindən bu günə qədər Azərbaycan mətbuatının əsas hekayələrindən biri kimi qalmaqdadır.

Onun sözlərinə görə, tarixi mətbuat səhifələrini vərəqləsək görərik ki, strateji resurs kimi Abşeron nefti hələ 19-cu əsrin sonlarında diqqət mərkəzində idi. Rusiya İmperiyasının qəzetləri Bakının çar iqtisadiyyatı üçün əhəmiyyətindən yazır, onu nəzarətdə saxlamağa çağırırdılar. Qərb qəzetləri isə Qafqazı “Wild East”- “Vəhşi Şərq” adlandıraraq burada səngiməyən neft mübarizəsi və inqilabları heyranlıqla işıqlandırır, Bakını “Qara Qızıl Paytaxtı” kimi tanıdırdılar.

Amerika nefti ilə Bakı nefti arasındakı rəqabət, Bakıda neft emal edən zavodların tikilməsi, yerli sakinlərin tez bir zamanda varlanmaq üçün hər şeylərini satıb Sabunçu ərazisində torpaq almağa can atmaları “Əkinçi” qəzetinin mövzularına çevrilirdi. “Bakinskiye izvestiya” isə öz səhifələrində Balaxanıda fəhlələr üçün yaradılan şəraitlə maraqlanırdı. O cümlədən, Balaxanı-Sabunçu fəhlələri və onların övladları üçün məktəblərin təsis edilməsi, mədənlərdə kitabxana və qiraətxanaların açılması, fəhlələrin maariflənməsi üçün teatr tamaşalarının təşkili, mədənlərdə feldşerli təcili yardım otaqlarının fəaliyyətindən yazırdı.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə yeni müstəqillik dövrümüzün mətbuat tarixi barədə söhbət açıb. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın cəmiyyəti formalaşdırması imkanlarını dəqiq görərək, media qurumlarının maddi-texniki bazasının və ölkədə söz azadlığının qanunverici əsasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Medianın səfərbəredici rolunu yüksək dəyərləndirən Ümummilli Lider mətbuatın və jurnalistlərin dövlət quruculuğunda öz missiyasının olduğunu daim vurğulayır, media vasitəsi ilə Azərbaycan xalqı ilə açıq söhbət qururdu.

Onun idarəçilik məktəbi və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev milli mətbuata dövlət qayğısının miqyasını daha da genişləndirib. Milli mətbuatımızın yubiley illərinin dövlət səviyyəsində qeyd olunması artıq ənənə şəklini alıb. Tarixi irsimizi yaşatmaqla yanaşı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşməsi” haqqında fərmanına əsasən yaradılan Medianın İnkişafı Agentliyi sürətlə dəyişən informasiya texnologiyaları dünyasında milli mətbuatımızı daha da hazırlıqlı etməkdədir.

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva isə müasir cəmiyyətdə media savadlılığının artırılması zərurətinə diqqət çəkib. O vurğulayıb: “İnformasiya texnologiyalarının inkişafı medianın təsir gücünü elə həlledici dərəcəyə çatdırıb ki, mətbuatın istehsal etdiyi məlumat hər bir fərdin öz həyatı, çevrəsi, xalqı, ölkəsi barədə rəyini bilavasitə formalaşdırmaqdadır. Cəmiyyətə məlumatın çatdırılmasında mətbuatın müxtəlif təşkilatların İctimai əlaqələr şöbələri ilə əməkdaşlığının vacibliyini qeyd edən ADA müəllimi xatırladıb ki, bu tərəfləri birləşdirən nöqtə cəmiyyətə faydalı məlumat vermək istəyi olmalıdır. Qədim yunan filosofu Sokratın deyimini xatırlatsaq, “üç süzgəciniz olmalıdır: - doğrudurmu? vacibdirmi? mərhəmətlidirmi?”. Bu süzgəclərdən keçə bilən məlumat ictimai fayda verərək medianı müasir dünyada əzəl missiyasına sadiq saxlayacaq”.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra media nümayəndələri incəsənət sessiyasında iştirak edərək neft boyası ilə rəsm əsəri üzərində işləyiblər. Peşə bayramları münasibətilə onlara hədiyyələr təqdim olunub.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-07-2024, 14:35

Azərbaycan mətbuatının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Siyasət

19-07-2024, 14:44

Rəşad Məcid: 149 il əvvəl Həsən bəy Zərdabinin başlatdığı yol Azərbaycanın gələcək taleyinə böyük təsirlər göstərib

Mədəniyyət

28-06-2025, 11:50

Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

Cəmiyyət

3-07-2025, 11:33

Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə mediatur təşkil olunub

Siyasət

19-07-2024, 14:48

Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib YENİLƏNİB

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • Сегодня, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • Сегодня, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • Сегодня, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • Сегодня, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • Сегодня, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • Вчера, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Вчера, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə