• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər

Siyasət

30-04-2026, 12:15

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
“Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər
30.04.2026.
“Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər
Bakı, 30 aprel.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü münasibətilə AZƏRTAC-ın müxbirləri uzun illər həmin qoşun növündə xidmət etmiş peşəkar hərbçilərlə həmsöhbət olublar. Görünməyən cəbhənin qəhrəmanları xidmətlərinin çətinliklərindən, məsuliyyətindən və qürurundan danışıblar.

XTQ-də xidmət etmək şərəflidir

XTQ-nin ehtiyatda olan mənsubu Yusif Cabbarov ömrünün 30 ilini Vətənə xidmətə həsr edib. Həmin dövrün 23 ilini məhz XTQ-nin hərbi qulluqçusu kimi keçirib. Bu illər ərzində Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və 44 günlük haqq savaşımızda iştirak edib:"1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmışam. 2022-ci ildə yaşla bağlı ordu sıralarından tərxis olunmuşam. İki il Birinci Qarabağ müharibəsində iştirak etmişəm. O zaman bizim vahid ordumuz yox idi. Nəticədə torpaqlarımızın 20 faizi işğal edildi, əsirlərimiz, şəhidlərimiz var idi... Başa düşdük ki, Vətəni qorumaq, onların qisasını almaq üçün hərbi sahədə qalmaq lazımdır. Bu istiqamətdə işlər aparmaq lazımdır ki, torpaqlarımızı azad edək. Dostlarımla bərabər qərar verdik və ordu sıralarında xidmətimizi davam etdirdik. 1999-cu il aprelin 30-da XTQ yaradıldı. 500-dən çox şəxsi heyət arasında 64 nəfər XTQ kursunu keçdi. Mən kurs birincisi oldum. Çətinliklərdən keçmək üçün xalqımızı, əsirlərimizi, şəhidlərimizi gözümüzün qarşısına gətirirdik. XTQ-də xidmət etməyimizin məqsədi o idi ki, torpaqlarımızı azad edək şəhidlərimizin qisasını alaq, əsirlərimizi azad edək... XTQ-də xidmət etmək şərəflidir Həmin şərəfli yolu keçmək üçün sənin sədaqətin olmalıdır”.

İnanırdıq ki, torpaqları azad edəcəyik

Yusif Cabbarov xatırladıb ki, XTQ-də təlimlər keçdikləri vaxt torpaqlarımız işğal altında idi. “Biz hazırlaşırdıq. İnanırdıq ki, nə vaxtsa təlimlərimiz bitəcək, müharibə əmri veriləcək və torpaqlarımızı azad edəcəyik”, - deyə o diqqətə çatdırıb.

XTQ-nin ehtiyatda olan mənsubu müharibə dövründə yadında qalan bir neçə epizodu da danışıb:”Biz 30 ilə yaxın idi ki, torpaqları görmək üçün həsrətlə yaşayırdıq. Birinci Cəbrayıl rayonu azad edildi. Mən Cəbrayıla ayaq basanda o qədər qürur hissi duydum ki, necə ifadə edim bilmirəm, onu hələ də yaşayıram... Mənim Birinci Qarabağ müharibəsində döyüşlərim Şuşa istiqamətində olmamışdı. Tərtər, Ağdam, Ağdərə, Goranboy, Naftalan istiqamətlərində hərbi əməliyyatlarda iştirak etmişdim. Lakin Şuşa, Füzuli, Cəbrayıl istiqamətlərində olmadığım üçün oraları görməmişdim. Şuşanın yaxınlığında Çılpaqdağ yüksəkliyi var, biz orada yerləşmişdik. Mən o yüksəkliyə çıxanda, Şuşanı ilk dəfə görəndə keçirdiyim hissləri hələ də unuda bilmirəm. Şuşaya Laçın dəhlizi istiqamətindən giriş oldu. Mən Laçın dəhlizinə daxil olanda yenə eyni cür təsirləndim. Torpaqlar alındıqca “Şuşa” deyərək irəli gedirdik. İnanırdıq ki, Şuşanı azad edəcəyik və buna nail olduq. Müharibə şəhidsiz keçmir. Allah şəhidlərimizə rəhmət eləsin!”

Yusif Cabbarov vurğulayıb ki, gənclərin XTQ mənsubu olmağa həvəsi var:”Onlara demək istəyirəm ki, XTQ mənsubu olmaq qürurdur".

Xalqın diqqətindəyik, bu, çox qürurvericidir

Ömrünün 23 ilini XTQ mənsubu kimi Vətənə xidmətə həsr edən Ədalət Məmmədov bildirib ki, torpaqlarımızın işğal altında olması, qisas hissi, xalqa, torpağa olan sevgi, hərb sahəsinə olan maraq onu özünü ordu sıralarında tapmasına sövq edib: "XTQ-nin adı gələndə tamam ayrı bir hiss yaranırdı: "Məndə alınarmı?", - deyib yoxladım və həqiqətən, alındı. Xüsusi təyinatlı olmaq üçün bizdə belə bir yanaşma var ki, sənin fiziki hazırlığın, nəzəri biliklərin nisbətən aşağı ola bilər, silahdan dəqiq atəş aça bilməzsən, düzgün qavramazsan, amma əsas olanı nizam-intizam, əxlaq, tərbiyə meyarlarıdır və bunlar daha çox yoxlanılır. Vətənə, bayrağa, millətə sevgi əsas götürülərək XTQ mənsubu seçilirsən. Əlbəttə ki, müəyyən dövr ərzində başda nizam-intizam olmaqla çatışmayan cəhətlər inkişaf etdirilir".

Ədalət Məmmədov cəmiyyətin xüsusi təyinatlıları gizli qəhrəmanlar kimi tanımasının verdiyi qüruru da bölüşüb: "Biz təlimlər, döyüş hazırlığı ilə daha çox məşğul olurduq, lakin ictimaiyyətin içinə çıxanda görürdük ki, insanlar necə rahat gəzirlər. Xalqımız arxayındır ki, onun güclü ordusu var. Hansı düşmən olursa olsun, Azərbaycan ordusu mətin addımlarla üstünə irəliləməyə hazırdır. Odur ki, gizli qəhrəmanlar olmaq çox qürurverici bir hissdir.

Müharibə dövründə biz xalqımızın diqqətini hiss etdik. Analarımız, bacılarımız öz əlləri ilə hazırladıqlarını birbaşa döyüş bölgəsinə göndərirdilər. Deyirdilər ki, bunu əsgərlərimizə, döyüşçülərimizə çatdırın, onlar torpaqlarımızı geri qaytarmağa gedirlər. Müharibədən sonra da tanıyanlar, yaxınlaşanlar olur. Deyirlər ki, biz sizinlə fəxr edirik, Allah sizə kömək olsun, nə yaxşı ki, varsınız, siz bizim qazimizsiniz. Xalqın diqqətindəyik, bu, çox qürurvericidir".

Nə qədər ki, sağam, əlimdən gələni etməyə hazıram

Keçdiyi döyüş yolundan bəhs edən Ədalət Məmmədovun sözlərinə görə, Aprel döyüşləri də daxil olmaqla bir çox əməliyyatlarda iştirak etsə də, onun üçün ən yaddaqalan hərbi əməliyyat 44 günlük müharibədir: "Biz alnıaçığıq, üzüağıq, torpaqlarımızı işğaldan azad etmişik, mənim üçün ən yaddaqalan elə 44 günlük müharibədə əldə etdiyimiz Zəfəridir. Düşmənin hücumlarının qarşısını almaq üçün Murovdağ istiqamətindən əməliyyatlara başladıq. Sonradan "İrəli" əmrini aldıq. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralandım. Hazırda səhhətimlə bağlı ordu sıralarından tərxis olunmuşam. Qələbə ilə yekunlaşdırmaq, qalib olaraq ayrılmaq çox gözəl, qürurverici hissdir. Sonda sən qalibsən, torpaqların işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində ağır yaralandığım üçün məcbur qalaraq xidmətdən ayrılmağım o demək deyil ki, mənim missiyam bitib. Nə qədər ki, varam, sağam xalqımız, dövlətimiz, bayrağımız, suverenliyimiz uğrunda əlimdən gələni etməyə hazıram. Mənim missiyam ancaq öləndə bitəcək. Ölənəcən "Vətən sağ olsun!", "Yaşasın, Azərbaycan!" deyəcəyəm".

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-01-2025, 19:04

Bir sıra qurumların həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb

Cəmiyyət

21-02-2024, 21:24

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Cəmiyyət

14-02-2025, 17:21

Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Cəmiyyət

23-11-2024, 20:14

Prezident vətəndaşların hərbi xidmətə çağırılması və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb

Cəmiyyət

1-01-2025, 12:56

Həqiqi hərbi xidmətə növbəti çağırış başladı

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • Сегодня, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Сегодня, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Вчера, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • Вчера, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • Вчера, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə