• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müasir silahlar, zirehli texnika və yüksək hazırlıqlı şəxsi heyət – Media nümayəndələri Azərbaycan Ordusunun imkanları ilə tanış olublar

Siyasət

8-05-2026, 19:06

Bakı, 8 may.

Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biri kimi quruda, suda və havada balanslı hərbi potensiala malikdir.

Quru Qoşunları müasir silahlar, zirehli texnika və yüksək hazırlıqlı şəxsi heyətlə ölkənin ərazi bütövlüyünü qorumaqda əsas rol oynayır. Xüsusilə son illərdə aparılan modernizasiya işləri nəticəsində həmin qoşun növünün imkanları xeyli genişlənib.

Hərbi Hava Qüvvələri (HHQ) Azərbaycanın müdafiə sisteminin ayrılmaz hissəsidir. Müasir döyüş təyyarələri, helikopterlər və hava hücumundan müdafiə sistemləri sayəsində ölkənin hava məkanı etibarlı şəkildə qorunur. Eyni zamanda, yüksək texnologiyalı pilotsuz sistemlər döyüş meydanında Ordumuza üstünlük qazandıran əsas amillərdən birinə çevrilib.

Hərbi Dəniz Qüvvələri (HDQ) ölkənin Silahlı Qüvvələrinin xüsusi bir hissəsini təşkil etməklə, Xəzər dənizinin Azərbaycana aid hissəsində onun suverenliyini, iqtisadi maraqlarını və təhlükəsizliyini təmin edir. Donanma sahil mühafizəsi, enerji infrastrukturunun qorunması və dəniz sərhədlərinin müdafiəsi üçün müasir gəmilərlə və texnologiyalarla təchiz edilib. Bütün bu komponentlərin vəhdəti Azərbaycan Ordusunu çevik, güclü və müasir çağırışlara cavab verə bilən hərbi qüvvəyə çevirir.

Media nümayəndələri cəmiyyətlə ordu arasında mühüm informasiya körpüsü rolunu oynayırlar. Onların fəaliyyəti sayəsində ictimaiyyət Azərbaycan Ordusunun fəaliyyəti, gücü, modernləşməsi və əldə etdiyi nailiyyətlər haqqında operativ və düzgün məlumat əldə edir. Xüsusilə müasir dövrdə informasiya təhlükəsizliyi və ictimai rəyin formalaşdırılması baxımından medianın rolu daha da artıb.

Bütün bunlar nəzərə alınaraq hərbi sahə üzrə çalışan media nümayəndələrinin Ordunun gündəlik fəaliyyəti və mövcud imkanları barədə dolğun məlumat əldə etməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən müxtəlif hərbi hissələrə mediaturlar təşkil olunub. Mediaturlar zamanı jurnalistlər quru, hava və dəniz qüvvələrinin hərbi hissələrində yaradılmış şərait, şəxsi heyətin xidmət və məişət şəraiti, döyüş hazırlığı prosesi, müasir texnika və silah sistemləri ilə tanış olublar. Eyni zamanda, media nümayəndələrinə Orduda həyata keçirilən islahatlar, peşəkar hazırlıq səviyyəsi və hərbi qulluqçuların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Əvvəlcə Azərbaycan Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birini ziyarət edən media nümayəndələrinə hərbi hissənin fəaliyyəti, komandoların peşəkar hazırlıq prosesi və müasir döyüş tapşırıqlarının icrası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2023-cü il iyunun 23-də hərbi hissənin açılışını edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

Daha sonra jurnalistlər hərbi hissədə yaradılmış şəraitlə tanış olublar. Onlar tibb məntəqəsinə, əsgər yataqxanasına, silah otağına, əşya anbarına, məişət və yataq otaqlarına baxış keçirib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün aparılan ideoloji işlə tanış olublar. Həmçinin

“TİR” təlim sahəsində şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi prosesi barədə məlumat alıb, idman şəhərciyində komandoların idman məşqlərini izləyiblər. Mediatur iştirakçılarına istifadə olunan müasir silah və texnikalar, eləcə də həmin xüsusi təyinatlı silahlı birləşmələrin geyim formaları nümayiş etdirilib.

Media nümayəndələrinin növbəti dayanacağı HHQ-nin hərbi hissələrindən biri olub. Əvvəlcə media nümayəndələri üçün HHQ-nin fəaliyyəti barədə geniş təqdimat edilib, hava məkanının qorunması, hava hədəflərinin aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Hərbi hissədə yaradılmış şəraitlə tanışlıq zamanı şəxsi heyətin xidmət və məişət imkanlarının müasir standartlara uyğun təşkil olunduğu diqqətə çatdırılıb. Media nümayəndələri müasir radiolokasiya sistemləri, zenit-raket kompleksləri və digər hava hücumundan müdafiə vasitələri ilə yaxından tanış olub, onların taktiki-texniki imkanları barədə məlumat əldə ediblər. Qeyd olunub ki, hərbi hissənin ərazisindəki uzaqmənzilli “S-300” zenit-raket kompleksi Vətən müharibəsində Azərbaycanın strateji obyektlərinin qorunmasında böyük rol oynayıb. Düşmən tərəfindən atılan iki ballistik raket havada zərərsizləşdirilərək məhv edilib. Ümumilikdə həmin kompleksin ballistik hədəflərə qarşı təsiretmə məsafəsi 40, aerodinamik hədəflərə qarşı isə 200 kilometrə qədərdir. Hərbi hissənin ərazisində düşmənin alçaqdan uçan hava hədəflərini, canlı qüvvəsini, atəş dəstələrini, yüngülzirehli və suüstü hədəflərini, paraşüt desantları məhv etmək üçün də qurğular mövcuddur.

Mediaturların sonuncu ünvanı HDQ-nin hərbi hissələrindən biri olub. Əvvəlcə HDQ-nin yaranması və əsas fəaliyyət istiqamətlərinə dair təqdimatlar edilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Jurnalistlər şəxsi heyətin xüsusi geyim və təchizat vasitələri, o cümlədən istifadə edilən silah və hərbi texnika ilə yaxından tanış olublar.

Daha sonra jurnalistlərə desant gəmiləri divizionunun fəaliyyəti barədə ətraflı məlumat verilib, divizionun dəniz əməliyyatlarında və sahil təhlükəsizliyinin təmin edilməsində rolu izah olunub.

Mediaturların ən maraqlı məqamlarından biri isə şərti olaraq “terroristlər” tərəfindən ələ keçirilmiş gəminin azad edilməsi üzrə keçirilən təlim əməliyyatı olub. Təlim zamanı dəniz xüsusi təyinatlıları sürətli və koordinasiyalı şəkildə əməliyyat icra edərək gəmini nəzarətə götürüb, bununla da döyüş hazırlığı və operativ müdaxilə bacarıqlarını nümayiş etdiriblər.

Üç istiqamət üzrə – Quru Qoşunları, HHQ və HDQ-nin hərbi hissələrinə təşkil olunan mediaturlar nəticəsində jurnalistlər Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin real döyüş hazırlığı və müasir imkanlarını yerində izləyiblər. Keçirilən tədbirlər ordu ilə media arasında qarşılıqlı etimadın güclənməsi, Silahlı Qüvvələrin peşəkarlığının, yüksək hazırlıq səviyyəsinin, sosial-məişət şəraitinin, təlim və tədris infrastrukturunun cəmiyyətə nümayişi baxımından əhəmiyyətli olub. Bu cür təşəbbüslər Azərbaycan Ordusu haqqında daha dolğun təsəvvürün formalaşdırılmasına mühüm töhfə verir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

19-04-2024, 12:48

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib

Cəmiyyət

17-07-2024, 18:03

“Birləşdik – 2024” beynəlxalq təlimi başa çatıb

Siyasət

25-09-2024, 13:15

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2

Siyasət

14-02-2026, 10:37

Azərbaycan səmasının keşikçiləri

Cəmiyyət

14-02-2025, 15:50

Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • Сегодня, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Сегодня, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • Вчера, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • Вчера, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • Вчера, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə