• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dövlətçilik və dostluq salnaməsi: Ulu Öndərin xatirəsi Gürcüstanda yad edilib

Siyasət

9-05-2026, 17:49

Tbilisi, 9 May.

Bu gün Marneulidə “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dostluğun memarı – Heydər Əliyev” adlı tədbir və fotosərgi keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının zabiti polkovnik-leytenant Fəxrəddin Ağayev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli şəhərinin meri Daur İsmayılov, merin birinci müavini Qiorqi Qodabrelidze, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, bələdiyyə məclisinin üzvləri, Türkiyənin “MAARİF” məktəblərinin Gürcüstan nümayəndəliyinin rəhbərliyi, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, xalqın milli birliyinin təmin olunmasında və Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb.

O qeyd edib ki, Heydər Əliyevin siyasi və elmi irsi bu gün də Azərbaycan xalqı üçün mühüm yol xəritəsidir və onun əsasını qoyduğu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə regionda sabitliyin, qarşılıqlı əməkdaşlığın və xalqlar arasında dostluq münasibətlərinin inkişafına xüsusi önəm verilib.

Polkovnik-leytenant Fəxrəddin Ağayev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətçiliyi tarixində xüsusi yer tutan, dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi işinə əvəzsiz töhfələr vermiş böyük siyasi və dövlət xadimidir. Onun sözlərinə görə, Ümummilli Liderin həyatı və fəaliyyəti təkcə bir liderin tərcümeyi-halı deyil, həm də Azərbaycanın inkişafının, çətin və şərəfli yolunun tam və canlı salnaməsidir. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət, dövlətçilik prinsipləri və milli maraqlara söykənən strateji qərarlar bu gün daha aydın şəkildə öz nəticəsini göstərir.

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxışında bildirib ki, gürcü xalqının da yaxın dostu olan Heydər Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsində, siyasi sabitliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır.

Heydər Əliyev təkcə Azərbaycanın dövlətçilik tarixində deyil, bütövlükdə regionumuzun inkişafında mühüm rol oynamış böyük siyasi xadim idi. Məhz onun və Eduard Şevardnadzenin uzaqgörən siyasəti nəticəsində Gürcüstan və Azərbaycan arasında möhkəm dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin təməli qoyuldu. "Biz, Gürcüstanda yaşayan azərbaycanlılar üçün bu dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Çünki xalqlarımızı yalnız siyasət deyil, tarix, mədəniyyət, qarşılıqlı hörmət və qardaşlıq bağları birləşdirir", - deyə Z.Darğallı vurğulayıb.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze qeyd edib ki, Heydər Əliyev Gürcüstanın və gürcü xalqının ən yaxın dostu olub. O bildirib ki, iki ölkə arasında dostluq, strateji müttəfiqlik və mehriban qonşuluq bu gün yüksək səviyyədə inkişaf edir, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində Cənubi Qafqazda sülh əmin-amanlıq və sabitlik hökm sürür.

Daha sonra bələdiyyə məclisinin sədr müavini Vasil Xaxulaşvili, bələdiyyə məclisinin üzvü Anar Piriyev, sabiq deputatlar İsaq Novruzov, Ramiz Bəkirov, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nizami Məmmədov, ictimai fəal Növrəstə Məhərrəm qızı və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında əsrlərdir dostluq münasibətləri olub. Dahi Heydər Əliyev 90-cı illərin əvvəlində Azərbaycana və siyasi hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlər bu gün strateji müttəfiqlik müstəvisinə qalxıb. Bu gün gürcü xalqı da Azərbaycan xalqı kimi böyük lider Heydər Əliyevi dərin hörmətlə anır.

Paylaş:
Digər xəbərlər

Siyasət

11-12-2023, 20:46

Ulu Öndərin xatirəsi Tbilisidə ehtiramla yad olunub

Cəmiyyət

12-12-2024, 14:51

Xankəndidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Cəmiyyət

11-05-2024, 16:36

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Siyasət

11-05-2024, 11:06

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Cəmiyyət

3-10-2024, 22:17

“Mənim Ulu Öndərim” adlı tədbir keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 17:18
    Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH
  • Сегодня, 17:14
    Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır
  • Вчера, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Вчера, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Вчера, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Вчера, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Вчера, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Вчера, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • 13-11-2026, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • 13-11-2026, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • 13-11-2026, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • 13-11-2026, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 13-11-2026, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • 13-11-2026, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə