• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Almaniya ilə münasibətlərin inkişafı Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı baxımından da mühümdür ŞƏRH

Siyasət

22-07-2026, 17:02

Bakı, 22 İyul.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov deyib.

Onun sözlərinə görə, səfərin ən mühüm nəticəsi Azərbaycan ilə Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamənin imzalanması və Alman–Azərbaycan Biznes Şurasının yaradılması olub. Bu addımlar əməkdaşlığı uzunmüddətli, institusional və çoxşaxəli strateji tərəfdaşlıq müstəvisinə keçirir. Səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı nöqteyi-nəzərindən mühüm siyasi əhəmiyyət daşıyır. Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatı və aparıcı siyasi gücü kimi Azərbaycanla strateji gündəlik formalaşdırmaqla Aİ daxilində ölkəmizlə əməkdaşlığın dərinləşdirilməsinə mühüm siyasi impuls verir. Bu baxımdan, Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın ikinci böyük dövləti ilə strateji çərçivə sənədi imzaladığı ölkəyə çevrilib ki, bu da Azərbaycanın Avropanın əsas siyasi və iqtisadi mərkəzləri ilə münasibətlərinin ardıcıl şəkildə yeni səviyyəyə yüksəldiyini göstərir.

V.Hüseynov vurğulayıb ki, enerji sahəsində əldə olunan nəticələr də xüsusi əhəmiyyət kəsb edir. "Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac olunur. Bu il ilk dəfə olaraq Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə birbaşa Almaniyaya çatdırılması əməkdaşlıqda yeni mərhələ yaradıb. Eyni zamanda, imzalanmış strateji sənəd əməkdaşlığı yalnız təbii qazla məhdudlaşdırmır, yaşıl enerji, hidrogen, enerji səmərəliliyi və iqlim gündəliyi kimi yeni istiqamətləri də əhatə edir. Bu isə Azərbaycanın Almaniyanın enerji transformasiyasında uzunmüddətli tərəfdaş kimi rolunu daha da möhkəmləndirir. Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da səfərin əsas nəticələri sırasında yer alır. Almaniya rəhbərliyi Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən strateji bağlantı məkanı kimi artan rolunu açıq şəkildə vurğuladı. Bu, Azərbaycanın Orta Dəhlizin əsas iştirakçısı kimi əhəmiyyətinin Avropanın aparıcı iqtisadiyyatı tərəfindən yüksək qiymətləndirildiyini göstərir”.
O qeyd edib ki, iqtisadi əməkdaşlığın institusional əsaslarının genişləndirilməsi də səfərin mühüm nəticələrindən biridir. Alman–Azərbaycan Biznes Şurasının yaradılması dövlət qurumları ilə özəl sektor arasında davamlı dialoq platforması formalaşdırır, investisiyaların təşviqi, birgə layihələrin hazırlanması, innovasiya və texnologiya transferi üçün yeni imkanlar açır. Bu mexanizm Almaniyanın Azərbaycanın iqtisadi potensialına və regional roluna artan etimadının göstəricisidir.

Şöbə müdiri bildirib ki, regional təhlükəsizlik və sülh məsələləri də danışıqların əsas istiqamətlərindən biri olub. "Almaniya rəhbərliyinin Azərbaycan–Ermənistan normallaşma prosesinə və regionda dayanıqlı sülhün əldə olunmasına verdiyi dəstək Azərbaycanın həyata keçirdiyi sülh gündəliyinə beynəlxalq etimadın daha da gücləndiyini göstərir. Bu yanaşma Azərbaycanın Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın təşviqində aparıcı rolunu təsdiqləyir və Avropa dövlətlərinin regiona yanaşmasında praqmatik əməkdaşlığın ön plana çıxdığını nümayiş etdirir”, -deyə o əlavə edib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-04-2024, 10:39

Almaniya-Azərbaycan əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir

Siyasət

22-07-2026, 11:09

Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

Siyasət

26-04-2024, 16:49

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Siyasət

2-07-2026, 12:52

Ursula Fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası

Siyasət

27-04-2026, 14:31

Azərbaycan artan diplomatik cazibə mərkəzi kimi: Çexiya Baş nazirinin Qəbələ səfəri kontekstində yeni reallıqlar TƏHLİL

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • Сегодня, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • Сегодня, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • Вчера, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • Вчера, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • Вчера, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • Вчера, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • 14-10-2026, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • 13-10-2026, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • 13-10-2026, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • 13-10-2026, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • 13-10-2026, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • 13-10-2026, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • 13-10-2026, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
  • 13-10-2026, 11:40
    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:14
    Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:12
    Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:10
    Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva
  • 12-10-2026, 11:07
    Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
  • 12-10-2026, 10:59
    Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür
  • 12-10-2026, 10:54
    Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə