• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ursula Fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası

Siyasət

2-07-2026, 12:52

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Ursula Fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası – TƏHLİL
02.07.2026.
Bakı, 2 iyul.

Beynəlxalq siyasətdə elə hadisələr var ki, onların əhəmiyyəti danışıqların özü ilə deyil, baş verdiyi kontekstlə müəyyən edilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri də məhz belə hadisələrdən biridir. Ayrıca baxıldıqda, bu, Azərbaycanla Avropa İttifaqı arasında müntəzəm siyasi dialoqun sadəcə növbəti mərhələsi kimi görünə bilər. Lakin aparılan danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın bu yaxınlarda baş tutan səfəri ilə birləşdirildikdə, münasibətlərdə daha dərin transformasiyanın baş verdiyi aydın olur.

Əslində, biz Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı əlaqənin yeni keyfiyyətinin yaranmasının şahidi oluruq. Əvvəllər münasibətlər daha çox Avropanın enerji təhlükəsizliyi ətrafında qurulurdusa, bu gün onlar nəqliyyat, logistika, rəqəmsal infrastruktur, yaşıl enerji, regional təhlükəsizlik və iqtisadi əlaqə məsələlərini əhatə edən hərtərəfli strateji meyar qazanır.

Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoqun intensivliyi xüsusilə diqqətəlayiqdir. Cəmi bir neçə ay ərzində Aİ-nin üç əsas qurumunun nümayəndələri ardıcıl olaraq Bakıya səfər ediblər. Diplomatik praktikada belə ardıcıl səfərlərə nadir hallarda təsadüf olunur. Bu, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin fəal şəkildə inkişaf etdiyini və Brüsselin Bakını Cənubi Qafqazdakı uzunmüddətli strategiyasında əsas tərəfdaş kimi gördüyünü göstərir.

Enerji tərəfdaşlığından strateji qarşılıqlı fəaliyyətə

2022-ci ildən sonra Avropa İttifaqı öz enerji təhlükəsizliyini təmin etmək üzrə mövqeyini yenidən və kökündən nəzərdən keçirmək zərurəti ilə qarşılaşdı. Rusiya qazının tədarükünün azalması alternativ enerji mənbələri axtarışını sürətləndirdi. Məhz həmin dövrdə Azərbaycanın Avropa üçün əhəmiyyəti kəskin şəkildə artdı.

Bakı təkcə etibarlı təbii qaz təchizatçısı statusunu təsdiqləmədi, həm də Avropaya ixrac həcmini əhəmiyyətli dərəcədə artırdı. Lakin bu gün aydın olur ki, enerji təhlükəsizliyi artıq ikitərəfli münasibətlərin yeganə təməli deyil.

Ursula Fon der Lyayenin hazırkı səfəri zamanı daha geniş məsələlər müzakirə olunub. Bu, Avropa İttifaqının Azərbaycana sadəcə enerji ixracatçısı kimi deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında uzunmüddətli strategiyasının həyata keçirilməsində əsas tərəfdaş kimi baxmağa başladığını göstərir.

Bu transformasiya tamamilə məntiqlidir. Bugünkü mühitdə enerji təhlükəsizliyi artıq qaz və ya neft təchizatı ilə məhdudlaşmır. Buraya nəqliyyat marşrutlarının dayanıqlılığı, infrastrukturun inkişafı, rəqəmsal şəbəkələr, elektrik ötürmə sistemləri və yeni logistika zəncirləri daxildir. Məhz buna görə də Azərbaycan eyni vaxtda bir neçə istiqamətdə Aİ üçün vacib ölkəyə çevrilir.

Coğrafiya strateji resurs qismində çıxış edir

Azərbaycanın artan rolunun əsas amillərindən biri onun coğrafi mövqeyidir. Son bir neçə ildə Bakı müasir nəqliyyat infrastrukturunun yaradılmasına, beynəlxalq dəniz nəqliyyatının, dəmir yolu əlaqələrinin və logistika mərkəzlərinin inkişafına ardıcıl olaraq sərmayə qoyub. Bu layihələr indi yeni əhəmiyyət kəsb edir.

Avropanın Orta Dəhlizə marağı artdıqca, Azərbaycan Avropa, Cənubi Qafqaz, Xəzər regionu və Mərkəzi Asiyanı birləşdirən marşrutda mərkəzi qovşağa çevrilir.

Hazırkı vəziyyətin xüsusiliyi ondan ibarətdir ki, Avropa İttifaqı üçün nəqliyyat bağlantısı tədricən təkcə iqtisadi deyil, həm də strateji dayanıqlıq məsələsinə çevrilir. Avropa ilə Asiya arasında nə qədər çox alternativ marşrut varsa, bu qitə üçün təchizat zəncirlərinin dayanıqlığı da bir o qədər yüksəkdir. Buna görə də bu gün Brüsselin Azərbaycanda nəqliyyat layihələrinin inkişafına marağı bir neçə il əvvəlkindən xeyli böyükdür.

Yeni energetika gündəliyi

Bərpaolunan enerji sahəsində əməkdaşlıq da az əhəmiyyət kəsb etmir. Bu yaxınlara qədər Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqu demək olar ki, tamamilə təbii qaz ətrafında qurulmuşdu.

Bu gün isə vəziyyət dəyişir. Avropa Komissiyası bərpaolunan mənbələrdən istehsal olunan elektrik enerjisinin ixracını nəzərdə tutan Yaşıl Enerji Dəhlizinin inkişafını vurğulayır.

Burada Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin potensialının birləşməsi xüsusilə mühüm rol oynayır. Əslində, tamamilə yeni bir energetika modeli yaranır ki, bu da Azərbaycanı təkcə qaz təchizatçısı deyil, həm də Avropaya yaşıl elektrik enerjisinin ötürülməsi üçün əsas tranzit mərkəzinə çevirə bilər.

Məhz buna görə Ursula Fon der Lyayenin energetika bağlantısı platformasının inkişaf etdirilməsi təklifi adi enerji sektoru təşəbbüsündən daha geniş şəkildə nəzərdən keçirilməlidir. Söhbət Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq üçün yeni infrastrukturun yaradılmasından gedir.

İqtisadiyyat əsas siyasət alətinə çevrilir

Hazırkı mərhələnin digər xüsusiyyəti Avropa İttifaqının Cənubi Qafqazdakı mövcudluğunu gücləndirmək üçün getdikcə daha çox iqtisadi mexanizmlərdən istifadə etməsidir.

Nəqliyyat infrastrukturunun, enerji şəbəkələrinin, rəqəmsal rabitənin və ticarət əlaqələrinin inkişaf etdirilməsi təklifləri uzunmüddətli əməkdaşlıq modelinə doğru keçidi göstərir. Bu, əsasən siyasi dialoqa yönəlmiş əvvəlki yanaşmalardan köklü surətdə fərqlənir.

Bu gün Aİ faktiki olaraq, investisiya qarşılıqlı fəaliyyəti modelini təklif edir. Bu yanaşma hər iki tərəf üçün faydalıdır. Belə bir model Avropa üçün öz iqtisadi təhlükəsizliyini gücləndirmək və strateji əhəmiyyətli regionda iştirakını genişləndirmək deməkdir. Azərbaycan üçün isə iqtisadiyyatını şaxələndirmək, yeni investisiyalar cəlb etmək və dünyanın ən böyük iqtisadi bloku ilə əməkdaşlığı genişləndirmək imkanı təqdim edir.

Sülh gündəliyi iqtisadi strategiya elementi kimi

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması xüsusilə diqqətəlayiqdir.

Qeyd etmək vacibdir ki, Avropa İttifaqı sülh prosesinə tədricən təkcə siyasi və ya humanitar nöqteyi-nəzərdən baxmır. Bu gün sülh böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün ilkin şərtə çevrilir. Nəqliyyat marşrutları, enerji şəbəkələri, rəqəmsal rabitə və beynəlxalq ticarət sabit regional mühitin olmasını tələb edir.

Məhz buna görə də Brüssel sərhəd bölgələrini dəstəkləmək üçün maliyyə mexanizmləri və iki cəmiyyət arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüslər təklif edir.

Bu, uzunmüddətli sülhün möhkəmləndirilməsi üçün iqtisadiyyatın təsirli vasitələrdən birinə çevrildiyi modelə tədrici keçidi göstərir.

Azərbaycanın çoxvektorlu siyasəti

Bu kontekstdə əsas amil Azərbaycanın müxtəlif qlobal güc mərkəzləri ilə eyni vaxtda münasibətlər qurmaq qabiliyyəti olaraq qalır.

Avropa İttifaqı ilə strateji tərəfdaşlıq ABŞ, Mərkəzi Asiya dövlətləri, Çin və digər beynəlxalq tərəfdaşlarla aktiv əməkdaşlıqla paralel inkişaf edir. Belə bir model ölkənin xarici siyasət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Bu, həmçinin Avropa İttifaqı üçün Azərbaycanla qarşılıqlı fayda əsasında münasibətlər qurmaq, konkret layihələr və investisiyalar təklif etmək zərurəti deməkdir. Avropa siyasətinin iqtisadiyyata və infrastruktura yönəlməsi də məhz bu amillə izah edilir.

Perspektivlər

Mövcud tendensiyaları təhlil etdikdə belə bir qənaət hasil etmək olar ki,

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yaxın illərdə bir-biri ilə əlaqəli bir neçə sahədə inkişaf edəcəyini gözləmək olar.

Birincisi, energetika əməkdaşlığı genişlənməyə davam edəcək. Lakin bu, artıq yalnız təbii qaza deyil, həm də bərpaolunan mənbələr və elektrik enerjisinin nəqli layihələrinə əsaslanacaq.

İkincisi, nəqliyyat əlaqələrinin əhəmiyyəti getdikcə daha da yüksələcək. Orta Dəhliz tədricən Avropa ilə Asiya arasında ən vacib marşrutlardan birinə çevrilir və Azərbaycanın əsas tranzit ölkəsi kimi rolu durmadan artacaq.

Üçüncüsü, infrastruktur layihələrinə, logistikaya, rəqəmsal texnologiyalara və regional ticarətin inkişafına Avropa investisiyalarının daha da artacağını gözləyə bilərik.

Nəhayət, tərəflər arasında siyasi dialoq daha praqmatik hala gələcək. Əvvəllər siyasi fikir ayrılıqları Aİ-Azərbaycan münasibətlərinə tez-tez hakim olsa da, bu gün hər iki tərəfdə strateji maraqların üst-üstə düşdüyü sahələrə diqqət yetirmək səyləri artmaqdadır.

Əsas nəticələr

Ursula Fon der Lyayenin səfərinin əsas nəticəsi təkcə imzalanmış müqavilələrdə və ya verilən bəyanatlarda deyil. Onun əhəmiyyəti başqadır: Avropa İttifaqı Azərbaycanla uzunmüddətli strateji mülahizələrə əsaslanan yeni münasibətlər modelinə doğru irəliləyiş nümayiş etdirir.

Azərbaycan artıq yalnız enerji təchizatçısı kimi qəbul edilmir. O, Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat qarşılıqlı əlaqəsinin yeni arxitekturasında mühüm elementə çevrilir.

Bakı ilə Brüssel arasındakı münasibətlərin hazırkı inkişaf mərhələsinin əsas nəticəsi arı-ayrı siyasi bəyanatlar deyil, məhz bu transformasiyadır. Mövcud tendensiyalar davam edərsə, Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlıq yaxın illərdə təkcə enerji ilə deyil, həm də Avrasiya üçün yeni geoiqtisadi arxitekturanın birgə formalaşması ilə müəyyən ediləcək.

Paylaş:
Digər xəbərlər

Siyasət

5-04-2024, 08:38

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Siyasət

8-01-2025, 18:38

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət

11-11-2024, 19:37

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

Siyasət

21-04-2024, 10:30

Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Siyasət

18-04-2026, 10:14

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə