• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AŞPA-da Azərbaycana qarşı təzyiqin arxasında Ermənistanın yeni boyunduruq axtarışında olması dayanır - ŞƏRH

Siyasət

24-01-2024, 12:35

Fevralın 7-də keçiriləcək prezident seçkilərini Azərbaycanın son 3 ildə yaratdığı regional reallığın dəyişməzliyinə vurulacaq möhür, eyni zamanda, “Ermənistana dəstək” adı altında dövlətimizə qarşı görünməmiş təzyiqlərin nəticəsizliyinin yekunu kimi dəyərləndirən bəzi çevrələrin hər cür təxribatlara əl atacaqları gözləniləndir. Bu qəbildən olan təxribatlardan biri də almaniyalı deputat Frank Şvabenin AŞPA-da Azərbaycanın qurumdakı təmsilçilərinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifidir.
Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.
Deputat bildirib ki, təklifin rədd edilməməsi, baxılmaq üçün Monitorinq Komitəsinə göndərilməsi bu qurumun da Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmasını həzm edə bilməyən səlibçi çoxluğun yığıncağı olduğunu deməyə əsas verir. Çünki söhbət həmin AŞPA-dan gedir ki, bir üzv dövlətinin digərinin torpaqlarını işğal etməsinə 30 il göz yumub. Bu, bir yana qalsın, həmin işğalçı ölkənin keçmiş “fürer”i Robert Köçəryan orada əsl nasist çıxışı edərək azərbaycanlılarla ermənilərin “genetik uyumsuzluq”larından dəm vuranda ona nəinki güldən ağır söz deməmiş, hətta alqışlamışdılar. Alqışlayan çoxluğun sırasında təbii ki, Almaniya təmsilçiləri də var idi. Yeri gəlmişkən, Almaniya təmsilçisinin AŞPA-dakı bu təklifi heç də onun öz təşəbbüsü deyil və fikrimcə, burada Parislə Berlinin birgə fəaliyyətlərindən çox, aralarındakı rəqabətdən danışmaq lazımdır.
“Şvabenin təklifi ona görə öz təşəbbüsü deyil ki, iki gün əvvəl Almaniya Bundestaqının Beynəlxalq əlaqələr komitəsinin sədri Mixael Rot X-də yazdığı cızma-qarasında Avropa İttifaqını “Bakının İrəvana qarşı təcavüz hədələrinə” və Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsinə böyük diqqət yetirməyə çağırırdı. Yəni, elə buradan onların hər ikisinin eyni mərkəzdən təlimatlandırıldıqları açıq-aydın görünür. Eyni zamanda, bir daha vurğulayıram ki, silahlı qüvvələrini çıxmaqla, Almaniya özünün bütün göstəriciləri ilə Fransanı kölgədə qoyduğu halda, Cənubi Qafqaz regionunda onun diktəsi ilə hərəkət etməz. Hər ikisi burada ancaq rəqabət apara bilər”, - deyə S.Alıyev vurğulayıb.
Almaniyanın da imperialist keçmişi olan dövlət olduğunu xatırladan deputatın sözlərinə görə, bu ölkə silahlı qüvvələrini də tez bir zamanda Fransanınkından qat-qat güclü etmək iqtidarındadır. Üstəlik, Berlin Makron Fransasının bizim regionla bağlı yürütdüyü siyasətin fiaskoya uğradığını və Ermənistanın yeni boyunduruq axtarışına çıxdığını aydın görür. Almaniya rəsmilərinin rəsmi İrəvanla son zamanlar diqqətçəkən sıx təmaslarından da bəlli olduğu kimi, o, öz boyunduruğunu təklif edir.
“Amma düşünmürəm ki, Berlindəkilərin son zamanlar yürütdükləri siyasət onların bizim regionda mövqelərinin güclənməsinə xidmət edəcək, əksinə, heç arzulamadıqları bir reallıqla üzləşə bilərlər. Ortada Fransa örnəyi var. Yaxşı olardı ki, rotlar, horfrayterlər, şvabelər britaniyalı deputat İan Liddel-Grangerin AŞPA-dakı dünənki çıxışında Azərbaycana qarşı addımların yanlış olduğu, bunun müsbət nəticə verməyəcəyi haqda xəbərdarlığından düzgün nəticə çıxarsınlar. Nəticə çıxaracaqlar ya yox, bunu bilmirəm. Amma Almaniyanın dünyada hegemonluq uğrunda savaşda Böyük Britaniyaya həmişə uduzmasının kökündə dayanan siyasətdə ikincinin birincidən qat-qat üstün olduğu dəqiqdir”, - deyə Sahib Alıyev diqqətə çatdırıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

23-01-2024, 16:32

“Erməni sevgisi” virusuna yoluxanlar Azərbaycana qarşı “AŞPA qalxanı”ndan istifadə etmək istəyirlər ŞƏRH

Siyasət

23-01-2024, 16:34

Avropada Azərbaycana qarşı əsassız təzyiqlər sifarişlə edilir - Politoloq

Siyasət

30-12-2023, 14:09

Deputat: Azərbaycan ilk ölkədir ki, hibrid savaş dönəmində torpaqları üzərində tam suverenliyini “ağıllı güc”lə təmin edib

Siyasət

24-01-2024, 12:32

Azərbaycan Avropada verilən haqsız qərarlar qarşısında heç vaxt geri addım atmayacaq

Siyasət

4-12-2023, 17:50

USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri də “beşinci kolon”ları maliyyələşdirməkdir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • Вчера, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • Вчера, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • Вчера, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • 14-10-2026, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • 13-10-2026, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • 13-10-2026, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • 13-10-2026, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • 13-10-2026, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • 13-10-2026, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • 13-10-2026, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
  • 13-10-2026, 11:40
    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:14
    Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:12
    Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:10
    Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva
  • 12-10-2026, 11:07
    Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
  • 12-10-2026, 10:59
    Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür
  • 12-10-2026, 10:54
    Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
  • 12-10-2026, 10:47
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 12-10-2026, 10:31
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 16:19
    Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə