• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İqtisadi münasibətlərimizin davamlılığı sülhün əldə olunmasına töhfədir

Siyasət

12-11-2023, 19:40

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Müstəqilliyini əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən etibarən Azərbaycan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlərə imza atdı. İqtisadi müstəqilliyin tam təmin edilməsi məqsədilə çoxvektorlu iqtisadi siyasət, geniş iqtisadi və sosial proqramlar həyata keçirilməklə düzgün və mükəmməl idarəetmə modeli tətbiq edildi. Eyni zamanda beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edən və əhalinin rifah halına birbaşa təsir göstərən proqram və layihələr iqtisadiyyatın davamlı inkişafı ilə bağlı prioritetə çevrildi.
Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında milli iqtisadiyyatın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafı, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən görülmüş əməli işlər çərçivəsində 200 milyard dolları qeyri-neft sektorunun payına düşməklə Azərbaycan iqtisadiyyatına ümumilikdə 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub, habelə beynəlxalq və regional təşkilatlarla, eyni zamanda Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə Azərbaycan hökuməti arasında etimada və qarşılıqlı hörmətə əsaslanan iş münasibəti formalaşmışdır.
Bu gün Azərbaycan əldə etdiyi nailiyyətləri yüksək səviyyədə bütün beynəlxalq platformalarda nümayiş etdirir, eləcə də tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, bir daha dünya siyasətinə davamlı iqtisadi inkişafa nail olmağın yollarını göstərir.
Bu baxımdan 09 noyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin qardaş Özbəkistana rəsmi səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) keçirilən16-cı Zirvə toplantısında iştirakı, daha sonra orada təşkilata üzv dövlətlərin başçıları ilə ECO-nun gələcək fəaliyyət istiqamətlərini müəyyən edən bir sıra ikitərəfli görüşlərinin baş tutması ölkəmizin təşkilat üçün əhəmiyyətini ortaya qoydu, habelə enerji təhlükəsizliyi, regional inteqrasiya və sosial-iqtisadi inkişaf sahələrində üzərinə düşən gördüyü ardıcıl işlərin məntiqi nəticəsidir.
Region ölkələrini özündə birləşdirən, çox böyük resurs və potensiala malik qurumlardan biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində hər zaman fəal iştirak edib.
Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılmışdır. 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olmuşdur (Hal-hazırda Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan təşkilatın üzv dövlətləridir).
ECO-nun əsas məqsədi üzv ölkələrin və bütövlükdə bölgənin davamlı inkişafına töhfə verməkdən ibarətdir.
Azərbaycan Respublikası ECO Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilata üzv olmuşdur. Azərbaycan ECO daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan tərəfindən 10 müxtəlif saziş imzalanmışdır. ECO-nun 9 və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş, Bakı Bəyannamələri qəbul edilmişdir.
Daşkənddə keçirilən Zirvə Toplantısında Azərbaycanın əldə etdiyi Zəfərin üçüncü ildönümünün, o cümlədən cari ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa edilməsinin üzv dövlətlər tərəfindən dəstəklənməsi, Prezident İlham Əliyevin etdiyi dərin və məzmunlu çıxışının iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanması xüsusi qürurverici məqamdır.
Ölkə başçısı Zirvə Toplantısındakı nitqində ölkəmizin malik olduğu iqtisadi potensialdan, regional inkişafa, həmçinin təşkilata üzv ölkələr arasında loqistik əlaqələrin daha da möhkəmlənməsinə verilən töhfələrdən bəhs edərək, bərpa olunan enerji sektorunun inkişafı istiqamətində görülən işləri statistik rəqəmlərlə diqqətə çatdırdı: “Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 giqavat külək və Günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 giqavat külək enerjisi təşkil edir.”
Həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə son üç il ərzində 170 meqavat gücündə hidroelektrik stansiyaların istifadəyə verildiyi və yaxın gələcəkdə bu rəqəmin 500 meqavata çatacağı qeyd olundu.
Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın ECO-nun bir çox ölkələri üçün tranzit-nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaşa çevrildiyini bildirərək, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı ötürmə qabiliyyətinin genişləndirilməsi ilə bağlı milyardlarla ABŞ dolları həcmində qoyulan sərmayənin ECO məkanının nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün nə dərəcədə faydalı olduğunu ortaya qoydu.
Beləliklə, Azərbaycan son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü sübut etmişdir. Yalnız iki ölkəyə deyil, eyni zamanda Cənubi Qafqaz regionuna sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.
Prezidentimizin çıxışında diqqət göstərdiyi digər əsas məsələ bu günlərdə Azərbaycan xalqının 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdənin rəhbərliyi ilə 44 gün ərzində müzəffər Ordumuzun İkinci Qarabağ-Vətən Müharibəsində erməni faşizmi üzərində əldə etdiyi tarixi Qələbənin, Qarabağın incisi Şuşa şəhərinin işğaldan azad olunmasının üç illiyinin qeyd etməsi, eyni zamanda Zəfərimizilə bağlı İslam dünyasında bir sıra tədbirlərin həyata keçirilməsi oldu.
Bu gün Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir. Doğma Qarabağımızda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdədir.







Paylaş:
Digər xəbərlər

Siyasət

2-10-2023, 11:01

Heydər Əliyev öz andına, sözünə daim sadiq qaldığını nəinki bütün Azərbaycan xalqına, həmçinin bütün dünyaya nümayiş etdirdi

Gündəm / Siyasət

18-10-2023, 14:12

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

Siyasət

12-11-2023, 19:30

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Siyasət

2-11-2023, 11:58

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri ilə görüşüb

İqtisadiyyat

19-10-2023, 11:21

2027-ci ildə qeyri-neft sektorunun iqtisadiyyatda payı 79%-ə kimi artacaq

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • Сегодня, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • Сегодня, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • Сегодня, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • Сегодня, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Сегодня, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • Сегодня, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • Сегодня, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • Вчера, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • Вчера, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • Вчера, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • Вчера, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • Вчера, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 8-11-2026, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • 8-11-2026, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • 8-11-2026, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • 8-11-2026, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • 8-11-2026, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • 7-11-2026, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • 7-11-2026, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • 7-11-2026, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
  • 6-11-2026, 12:00
    6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 6-11-2026, 11:56
    Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
  • 6-11-2026, 11:54
    Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
  • 5-11-2026, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • 5-11-2026, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə