• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda müstəmləkəçiliyə dair beynəlxalq konfrans keçirib YENİLƏNİB

Siyasət

21-06-2024, 10:52

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda müstəmləkəçiliyə dair beynəlxalq konfrans keçirib YENİLƏNİB
21.06.2024 [02:25]
Nyu-York, 21 iyun

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda, El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya, Fələstin və Qəmər Adaları İttifaqının BMT-dəki Daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.

Əvvəlcə Yeni Kaledoniyada ötən gün Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev bildirib ki, BTQ sayca 11-ci beynəlxalq konfransını təşkil edib və müstəmləkə ərazilərinin üzləşdiyi problemlər Fransanın tətbiq etdiyi blokadadan səmərəli şəkildə çıxmaqla dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. O, həmçinin əlavə edib ki, Yeni Kaledoniyada baş verən son hadisələr bir daha göstərir ki, problemin dondurulması məqsədəuyğun həll yolu deyil və bölgənin qanuni sahibləri olan yerli əhalinin dekolonizasiya tələbləri ciddi şəkildə nəzərə alınmalıdır.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov videomüraciətində qeyd edib ki, BTQ davamlı olaraq müstəmləkəçiliyə məruz qalmış regionlarda real vəziyyəti dünya ictimaiyyəti qarşısında qaldırır. O, təmsil etdiyi qurumun insan haqlarının təbliği və müdafiəsi vasitəsilə müstəmləkəçiliyin aradan qaldırılmasına vacib töhfə verəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək.

Daha sonra çıxış edən Fransız Polineziyasının hakim “Tavini” partiyasının Siyasi məsələlər üzrə direktoru Riçard Tuheyava deyib ki, müstəmləkəçi ölkə olan Fransa C24-də faktiki olaraq iştirak etmir və Fransız Polineziyası ilə bağlı BMT-nin Nizamnaməsinə uyğun addımlar atmır. Əlavə edib ki, təmsil etdiyi partiyanın əsas məqsədlərindən biri fəaliyyətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. O, bu istiqamətdə “Tavini” partiyası ilə BTQ arasında əməkdaşlıq sazişinin imzalandığını qeyd edib və konfransın təşkili üçün Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.

Sent-Martin 1SXM Assosiasiyasının rəhbəri Rhoda Arrindel bildirib ki, Sent-Martinin bir hissəsində Fransa, digər hissəsində Niderland müstəmləkəçiliyi hökm sürür. Vurğulayıb ki, onlar bir xalqdırlar və bu konfrans vasitəsilə adadakı vəziyyəti dünya ictimaiyyətinə çatdırmağa çalışırlar.

Yeni Kaledoniyanın xarici işlər naziri Mikhael Forrest xalqının çətin dönəmdən keçdiyini diqqətə çatdırıb və Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsinin yad edildiyi üçün konfrans iştirakçılarına təşəkkür edib. Bildirib ki, Bakı Təşəbbüs Qrupunun bu konfransı Yeni Kaledoniya kimi müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz səslərini eşitdirmək imkanı yaradıb.

Tədbirdə Sent-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelup və Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikləri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.

Konfransın sonunda siyasi müraciət qəbul olunub. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmağa dair öhdəlik götürüblər. Həmrəylik addımlarını gücləndirməklə bağlı qərar qəbul ediblər.

Paylaş:
Digər xəbərlər

Siyasət

18-04-2024, 20:54

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib YENİLƏNİB

Siyasət

16-02-2024, 20:24

Əli Hüseynli: Paris Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini açıq şəkildə

Cəmiyyət

26-04-2024, 20:37

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Siyasət

5-03-2024, 21:44

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda tədbirlə bağlı mətbuat konfransı keçirilib

Cəmiyyət

12-06-2024, 10:20

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanına qeydiyyat davam edir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:09
    Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 15:06
    Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 12:11
    Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
  • Вчера, 12:04
    Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
  • Вчера, 12:02
    Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür
  • Вчера, 11:59
    Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib
  • Вчера, 11:57
    Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
  • Вчера, 11:53
    Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb
  • 22-09-2026, 10:08
    Azərbaycan nefti 116 dollara satılır
  • 22-09-2026, 10:06
    Bakının üç rayonunda elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
  • 22-09-2026, 09:14
    Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksəksəviyyəli görüş keçirilir
  • 22-09-2026, 09:08
    Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
  • 21-09-2026, 12:00
    Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
  • 21-09-2026, 11:56
    Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
  • 21-09-2026, 11:54
    Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT
  • 21-09-2026, 10:41
    “Səhər danışarıq...” – şəhid Hacıəli Qasımovun yarımçıq qalan son sözü
  • 21-09-2026, 10:38
    “Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 21-09-2026, 10:31
    Bu gün Beynəlxalq Sülh Günüdür
  • 21-09-2026, 10:28
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub
  • 20-09-2026, 08:26
    Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə
  • 19-09-2026, 16:11
    “Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
  • 19-09-2026, 12:20
    Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür
  • 19-09-2026, 12:17
    Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır
  • 19-09-2026, 12:12
    Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL
  • 19-09-2026, 09:58
    Antiterror tədbirləri: DİN-in döyüş yolu
  • 19-09-2026, 09:55
    Bir sutkada qazanılan tarixi Zəfər
  • 18-09-2026, 13:34
    Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək
  • 18-09-2026, 13:28
    EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb
  • 18-09-2026, 13:25
    Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
  • 18-09-2026, 10:41
    DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var
  • 18-09-2026, 10:37
    SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
  • 18-09-2026, 10:33
    Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir
  • 17-09-2026, 11:24
    Sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
  • 17-09-2026, 11:22
    Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
  • 16-09-2026, 17:56
    İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə