• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BMTM-in sədri: Ermənistan müstəqil olmadığından sülh müqaviləsi barədə nə isə demək çətindir - MÜSAHİBƏ

Siyasət

23-11-2023, 18:46


Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
BMTM-in sədri: Ermənistan müstəqil olmadığından sülh müqaviləsi barədə nə isə demək çətindir - MÜSAHİBƏ
23.11.2023 [17:36]
A+ A-
BMTM-in sədri: Ermənistan müstəqil olmadığından sülh müqaviləsi barədə nə isə demək çətindir - MÜSAHİBƏ
Bakı, 23 noyabr, Tərgül Babayeva, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Fərid müəllim, nə üçün ABŞ Azərbaycana münasibətdə mövqeyini tez-tez dəyişir? Biz bilirik ki, bu dalğalar həmişə olub, lakin İkinci Qarabağ müharibəsindən sonra biz Vaşinqtonun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindəki təşəbbüsünü gördük. Bəs nə dəyişdi, hazırda nə baş verir?

- Əvvəlcə tarixə nəzər salaq. Son 30 ildə Amerikanın mövqeyi nədən ibarət idi? Burada 1992-ci il çox vacib bir dövrdür. Həmin dövrdə Azərbaycan Şuşanı itirmişdi, Şuşa işğal olunmuşdu, Azərbaycana qarşı Xocalı soyqırımı törədilmişdi. Onu da xatırlatmaq lazımdır ki, 1992-ci ildə Azərbaycanda fərqli bir hökumət var idi. Bunu niyə vurğulayıram? Ona görə ki, indi bəzi şərhçilər deyirlər Amerikanın Azərbaycana qarşı hazırkı bu mənfi mövqeyi bugünkü vəziyyətlə bağlıdır. Yox, bunu 1992-ci ildə də biz görmüşük. Bu, məhz Ermənistan-Azərbaycan kontekstində Azərbaycana qarşı mənfi yanaşmadır, ermənipərəst mövqedir. Bu ermənipərəst mövqe Amerikanın siyasətində həmişə var idi. Bunun bir sıra səbəbləri var. Burada həm islamofobiya, həm türkofobiya motivləri var.

Amerikada ənənəvi olaraq erməni lobbisindən başqa Ermənistanı həmişə dəstəkləyən iki element, qüvvə var. Birincisi, sağçı xristian qruplarıdır. Onlar üçün Ermənistanın xristian bir ölkə olması yetərlidir. Onların fikrincə, xüsusən də qarşı tərəf müsəlmandırsa, xristianları həmişə dəstəkləmək lazımdır. Bu qrupun Konqresdə yetərli qədər qüvvələri var. İkinci qrup solçulardır. Maraqlıdır, Amerikanın daxilində həmin iki qrup həmişə mübarizə aparır, amma bu məsələdə biz görürük ki, onların mövqeyi yekdildir. Yəni onlar Ermənistanı dəstəkləyirlər. Bəs solçuların Ermənistanı dəstəkləməsinin səbəbi nədir? Ona görə ki, vaxtilə Amerikanın bəzi siyasətçiləri - Vilson və digərləri - düşünürdülər ki, erməni elementi vasitəsilə Osmanlı imperiyasını dağıdacaqlar. Biz bilirik ki, Birinci Dünya müharibəsində İngiltərə, Fransa və Rusiya eyni tərəfdə idi, Almaniya, Osmanlı və Avstriya-Macarıstan imperiyaları onlara qarşı idi. Amerika da sonra birinci qrupu dəstəklədi. Onların baxışı ondan ibarətdir ki, burada Ermənistan Türkiyəyə qarşı vacib elementdir. Sovet dönəmində də bu solçu qruplar məhz belə düşünürdülər ki, erməni elementi, layihəsi Sovetin dağılmasına kömək edəcək. Onlar erməni ideyasının mahiyyətinə heç baxmırdılar. Erməni ideyasının mahiyyəti “böyük ermənistan”ın yaradılmasıdır. Bu, tamamilə irqçi, millətçi layihə idi, amma onu mahiyyətinə baxmadan dəstəkləyirdilər. Ənənəvi olaraq bu iki qrup Amerikada bizə qarşı fəaliyyət göstərir. Xüsusən, bu daha çox Demokratlar Partiyasında özünü büruzə verir. Əvvəl Obama, indi də Bayden administrasiyasındakı bu qüvvələr Azərbaycana qarşı fəaliyyət göstərirlər.

Düzdür, İkinci Qarabağ müharibəsindən sonra ABŞ müəyyən dərəcədə Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləmişdi. Əlbəttə, burada Azərbaycan-Ermənistan maraqlarından daha çox onların öz milli maraqları üstün idi. Onlar Rusiyanı buradan tamamilə sıxışdırıb çıxartmaq istəyirdilər. Bu səbəbdən də onlara görə bu məsələ bitməli idi. Amma ümumən, bəzi amerikalı siyasətçilərin fikrincə, Qarabağ ermənilərdə olmalı idi. İkinci Qarabağ müharibəsindən əvvəl bir ərazi kimi, sonrakı mərhələdə isə fikirləşirdilər ki, orada müəyyən bir müstəqil bir qurum yaradılmalıdır. Ona görə status məsələsini dəstəkləyirdilər. Amma cari ilin sentyabrındakı lokal antiterror tədbirlərindən sonra Azərbaycan bu planları darmadağın edib.

Otuz illik tarixə nəzər salsaq, Ki-Uest danışıqlarında da Amerikanın vasitəçi siyasəti ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ ərazisi Ermənistana verilsin. Azərbaycan buna getmədi. Nəhayət, İkinci Qarabağ müharibəsi və sentyabrdakı antiterror tədbirləri ilə bizim bütün suverenliyimiz tam bərpa olundu. Bu, onların planlarını darmadağın edib.

- Sizcə, ABŞ-ın Cənubi Qafqazda planları və maraqları nədən ibarətdir? Bəzi məqamlarda Qərb, xüsusən də ABŞ və Fransa Azərbaycana qarşı hətta Ermənistandan da sərt ritorika nümayiş etdirir. Sanki onlar regiona əbədi sülhün gəlməsinə qarşı çıxırlar. Bununla bağlı fikirləriniz maraqlı olardı...

- Mən düşünürəm ki, onlar bəlkə də sülhü şərti olaraq istəyirlər. Yəni sülh onların nəzarəti altında həyata keçirilsin. Onların geosiyasi məqsədi Rusiyanı buradan sıxışdırıb çıxartmaqdır. Ona görə hansı qüvvə buna xidmət edəcəksə, onu dəstəkləyirlər. Azərbaycanın siyasəti isə fərqlidir. Biz regionda üçtərəfli platforma (Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə - red.) yaratmaq istəyirik. Burada Türkiyə, İran, Rusiya kimi qonşu dövlətlər də var. Həmin ölkələrlə də istər iqtisadiyyat sahəsində, istər siyasi münasibətlərdə müəyyən ortaq bir mövqe tapmağa çalışırıq.

Gələk Amerikaya. 1990-cı illərdə ABŞ administrasiyası Azərbaycanın müstəqilliyini, Azərbaycana bağlı olan enerji layihələrini dəstəkləyirdi. Təəssüflər olsun ki, bu mövqe sonralar Obama və indiki administrasiya zamanı müəyyən dərəcədə dəyişdi. Amerikanın Cənubi Qafqazda yekdil, ardıcıl bir siyasəti yoxdur. Bu təkcə mənim mövqeyim deyil, hətta bəzi Amerika mütəxəssisləri də bunu qeyd edirlər.

O ki, qaldı Fransaya, bu ölkə ənənəvi olaraq ermənipərəst siyasət irəli sürür. Burada təbii ki, erməni diasporu da rol oynayır, amma digər elementlər də var. Yəni bu, təkcə diaspor faktoru deyil. Ənənəvi olaraq, Fransa Türkiyəyə qarşı siyasət aparıb. Yenə də deyirəm, bunun kökləri Birinci Dünya müharibəsinə qədər gedir. Son 5-6 ildə Yunanıstanla bağlı da orada mübahisələr var idi. İndi də burada təəssüflər olsun ki, Fransa öz siyasətini davam etdirir.

- Bu günlərdə ABŞ Senatında 907-ci düzəlişin dayandırılmasını Prezidentə qadağan edən sənəd gündəmə gətirildi. Orada 907-ci düzəlişin ləğvi ilə bağlı ABŞ Prezidentindən qərar vermək hüququnu alırlar. 907-ci düzəlişin təkrar tətbiqinin anonsu nədən xəbər verir? Xüsusən də siyasi tərəfdən münasibətlərə təsiri necədir?

- Bu düzəliş 1992-ci ildə qəbul olunmuşdu. 2001-ci ilə qədər, yəni doqquz il ərzində bu qüvvədə idi. O vaxt Azərbaycan torpaqları işğal olunmuşdu, iqtisadi, sosial vəziyyəti çox mürəkkəb idi. O zaman ABŞ belə bir embarqo tətbiq etmişdi, bu düzəlişi qəbul etmişdi. Amma Azərbaycan yol tapdı, ölkəmiz müstəqilliyini saxladı, gücləndirdi, iqtisadiyyatını yavaş-yavaş inkişaf etdirdi. Hərbi cəhətdən də Azərbaycan yollar tapdı, Ordumuz gücləndi.

907-ci düzəliş 2001-ci ildə dayandırıldı. Niyə? Ona görə ki, ABŞ Əfqanıstanda əməliyyata başladı. Yəni ABŞ-ın bizə ehtiyacı var idi. Bizim ABŞ-a hərbi cəhətdən ehtiyacımız yox idi. Onsuz da 2001-ci ildən bu yana bizə verilən yardım daha çox Amerika maraqlarına xidmət edirdi. Məsələn, Xəzər dənizində olan bəzi avadanlıqlar, gəmilər verilib ki, onlar bizim hərbi potensialı o qədər də gücləndirməyiblər. Azərbaycan Ordusunu öz hesabına inkişaf etdirib, Amerikadan demək olar ki, silah almayıb. Silahların əksəriyyəti digər mənbələrdən əldə olunub.

Əfqanistanda da biz ABŞ-a yardım etdik. İndi düşünürlər artıq Əfqanistanda Azərbaycanın yardımına ehtiyac yoxdur. Bu son hadisələr də göstərir ki, Amerikanın siyasəti ardıcıl deyil. Ola bilər ki, gələn il Amerikada seçkilər keçirilər, yeni bir administrasiya gələr, onlar yanaşmanı dəyişdirər. Özləri bilərlər. Azərbaycan hərbi cəhətdən ABŞ-dan asılı deyil.

- Son zamanlar Qərbin Ermənistanı ukraynalaşdırma və suriyalaşdırma istəkləri ilə bağlı fikirlər də səsləndirilir. Bununla bağlı nə düşünürsüz?

- Bu məsələdə bənzətmə istifadə edilsə, Suriyanın adını demək lazımdır. Ona görə ki, Suriyada da müxtəlif qüvvələr var: İran, Rusiya, ABŞ. Ermənistanda da üç ölkənin təsiri, maraqları var. Nəticə olaraq bu onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil. Özü üçün “böyük qardaş”dan sonra “böyük bacı” axtarıb. Bu ölkələr də Ermənistanı öz məqsədləri üçün istifadə edirlər. Belə bir təhlükə (Ermənistanın Suriyanın vəziyyətinə düşməsi – red.) var, amma bunu Ermənistan, ermənilər özləri düşünməlidirlər. Bu ölkənin gələcəyi nədən ibarətdir? Həmişə alət olaraq qalmaq və yaxud da bir müstəqil dövlətə çevrilmək.

- ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer Qarabağdan öz istəyi ilə çıxan ermənilərlə görüşüb. USAID onlar üçün əlavə 4 milyon dollar ayıracaq. Bu təşkilatın və rəhbərinin bu davranışını necə qiymətləndirirsiniz? Niyə ötən 30 il ərzində Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə bu səviyyədə görüş keçirilməyib?

- Nəinki 30 il ərzində, hətta oktyabrdakı səfəri zamanı da belə görüşdən imtina elədi. Samanta Pauerun mövqeyi bizim üçün aydındır. Həmişə Azərbaycana, Türkiyəyə qarşı olub. O, Birinci Dünya müharibəsində ermənilərin “soyqırımı”yla bağlı “elmi araşdırması”nda tam yanlış, feyk mənbələrə istinad edib. Hansı ki, artıq tarixçilər də o mənbələrə istinad etmirlər. Onun hələ 1990-cı illərin sonunda, 2000-ci illərin əvvəlində bəzi “elmi əsərlər”i var ki, orda açıq-aşkar Türkiyəyə qarşı öz qərəzli mövqeyini ifadə edir.

- Sizcə, son bu hadisələr Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına necə təsir edir?

- Təbii ki, bütün bunlar mənfi təsirlərdir. Onlar dərk etməlidirlər ki, regionda ən güclü ölkə Azərbaycandır. Sülhdən danışırıqsa, bu, hər iki tərəfdən, xüsusilə Azərbaycandan asılıdır. Azərbaycan vaxtilə də təşəbbüs irəli sürüb. Ümumiyyətlə, onlar vasitəçi olmaq istəyirlər. Vasitəçi neytral olmalıdır. Burada neytrallıq yoxdur. Bütün bunlar təbii ki, mənfi təsir göstərir. Amma son günlərdə görürük ki, Azərbaycan hər hansı vasitəçi olmadan Ermənistanla görüşmək üçün yenə də müraciət edib. Görək ermənilər nə cavab verirlər. Proqnozlaşdırmaq çətindir, amma aydındır ki, nə Fransanın, nə ABŞ-ın hazırda regionda bir konstruktiv siyasəti yoxdur.

- Yeri gəlmişkən, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla danışıqlarda iştirak etməyə hazır olduğunu açıqlayıb. Sizcə, bu ilin sonuna qədər Ermənistanla sülh müqaviləsinin imzalanması mümkündürmü? İlin sonuna qədər olmasa da, yaxın aylarda sülh müqaviləsi imzalana bilərmi?

- Biz keçən il də onu gözləyirdik ki, bu sülh müqaviləsi imzalanacaq, belə fikirlər var idi. Hətta may ayında Paşinyan artıq etiraf etdi ki, Qarabağ Azərbaycandır. Bu sülhün Kişineu Zirvə toplantısı zamanı imzalanacağı da deyilirdi. Hətta mən fikirləşirdim, bu proses bir az tez gedəcək. Hadisələr göstərir ki, Ermənistanla bağlı ümumiyyətlə, hər hansı bir proqnoz etmək çox çətindir. Niyə? Ona görə ki, müstəqil bir dövlət deyil, müstəqil siyasət aparmır, həmişə özü üçün müəyyən bir arxa tapmağa çalışır. O arxa, geosiyasi qüvvələr də nə deyirsə, onu eləyir. Əvvəl bu Moskva idisə, indi Vaşinqton, Parisdir. Ona görə də biz Ermənistanla nəyə isə nail olacağıq, ya yox, bunu demək çətindir

Paylaş:
Digər xəbərlər

Siyasət

26-10-2023, 14:12

Əli Əsədov Paşinyana cavab verdi

Siyasət

30-10-2023, 15:58

Azərbaycan XİN başçısının müavini: Sülh sazişi ilə bağlı bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır - EKSKLÜZİV 30.10.2023 [14:15] A+ A-

Siyasət

18-11-2023, 20:22

Ermənistanın əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb - XİN

Siyasət

2-11-2023, 11:58

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri ilə görüşüb

Siyasət

21-11-2023, 10:31

Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 09:14
    MDU-nun rektoru: Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir
  • Сегодня, 09:10
    Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq
  • Сегодня, 09:07
    Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
  • Вчера, 14:48
    Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb
  • Вчера, 14:47
    BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası başlayır
  • Вчера, 14:45
    Doktorantura və fəlsəfə doktoru imtahanlarının qrafiki müəyyənləşib
  • Вчера, 14:43
    Qızıla investisiya marağı artır, zərgərlik tələbatı azalır
  • Вчера, 14:37
    Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib
  • Вчера, 14:29
    Baş nazir Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb
  • Вчера, 11:42
    Xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək
  • Вчера, 11:39
    DYP: Sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir
  • Вчера, 11:35
    Maqbat Spanov: Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdırıla bilər
  • Вчера, 09:13
    Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb
  • Вчера, 09:11
    Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
  • Вчера, 09:05
    BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub
  • 3-06-2026, 15:18
    Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb
  • 3-06-2026, 15:16
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • 3-06-2026, 12:56
    Əli Hüseynli: Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur
  • 3-06-2026, 12:52
    Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir TƏHLİL
  • 3-06-2026, 12:49
    Bakı Amritsar hadisələrinə həsr olunan beynəlxalq konfransa ev sahibliyi edir
  • 3-06-2026, 11:42
    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli olacaq
  • 3-06-2026, 11:39
    Azərbaycan nefti 101 dollara satılır
  • 3-06-2026, 11:37
    Lənkəranda avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb
  • 3-06-2026, 11:35
    DİM: 51 mindən çox abituriyent qəbul imtahanı verəcək
  • 3-06-2026, 11:25
    Keniya Ali Məhkəməsinin sədri Milli Aviasiya Akademiyasında olub
  • 2-06-2026, 18:33
    FHN Akademiyasının yaradılmasının 18 illiyi qeyd olunub
  • 2-06-2026, 18:31
    AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib
  • 2-06-2026, 18:29
    Fövqəladə hallar naziri Xırdalanda vətəndaşların müraciətlərini dinləyib
  • 2-06-2026, 18:24
    Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb
  • 2-06-2026, 15:14
    AzTU Azərbaycanın ilk süni intellektəsaslı təcrübə portalını təqdim edib
  • 2-06-2026, 15:11
    “Kahı” yükü adı ilə külli miqdarda narkotik vasitələrin Azərbaycandan tranzit olunmasının qarşısı alınıb
  • 2-06-2026, 15:09
    Ədliyyə Nazirliyi: Məhkəmə-mühasibat və tikinti-texniki ekspertizalarına tələbat daha da artıb
  • 2-06-2026, 15:05
    Vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüşdə DİN-in cinayətkarlıqla mübarizə sahəsində gördüyü işlər diqqətə çatdırılıb
  • 2-06-2026, 15:03
    Ədliyyə Nazirliyinin Tibb baş idarəsində vakant vəzifələr üzrə müsabiqə elan edilib
  • 2-06-2026, 15:00
    Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə