• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İnsan Hüquqlarının Müdafiəsi adı ilə siyasi riyakarlıq - ŞƏRH

Siyasət

9-10-2024, 09:55

Bakı, 9 oktyabr.

Azərbaycanın dünyanın ən stabil siyasi sistemlərindən birinə çevrilməsi, beynəlxalq nüfuzunun durmadan artması və ərazi bütövlüyünü təmin edərək yeni inkişaf mərhələsinə qədəm qoyması ölkəmizə qarşı bəzi qərəzli beynəlxalq təşkilatları, o cümlədən Qərbin ayrı-ayrı siyasi qüvvələrini təşvişə salıb. Adlarını siyasətçi qoyan, kimlərinsə sifarişini yerinə yetirən və erməni lobbisinin çirkli pulları hesabına ağa qara deməyə adət edənlər ölkəmizə qarşı mütəmadi olaraq qarayaxma kampaniyaları aparır və Azərbaycanın dünyada getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər. Ölkəmizdə COP29-a ciddi hazırlıq işləri görüldüyü ərəfədə anti-Azərbaycan qüvvələr daha da fəallaşmış, bu nüfuzlu tədbirə Azərbaycanın ev sahibliyi etməsindən təlaşlandıqlarını ört-basdır edə bilmirlər.

Bu fikirləri açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O, qərəzli beynəlxalq təşkilatların və Qərbin bəzi qüvvələrinin ölkəmizə qarşı hücumlarına münasibət bildirərkən bütün bunların Azərbaycanın sürətli inkişafı, hərbi qüdrətinin artması və dünya birliyində getdikcə söz sahibinə çevrilməsi ilə əlaqələndirib. Siyasi şərhçi qeyd edib ki, cəmi 33 il müstəqillik tarixi olan bir ölkənin dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının diqqət mərkəzinə çevrilməsinin əsas səbəbi dövlət başçımızın həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan artıq etirbarlı tərəfdaş kimi həm ikitərəfli münasibətlərdə, həm də qlobal məsələlərdə özünü dəfələrlə sübut edib. Ölkəmizin dünyada sülh və sabitlik sahəsindəki fəaliyyəti tanınmış beynəlxalq ekspertlər tərəfindən də etiraf olunur.

Ə.Bədəlov deyib ki, dövlətimizin başçısının həyata keçiridiyi xarici siyasətin prioritetini hər zaman milli maraqlar təşkil edib. Son vaxtlar ölkəmizə qarşı hücumlarda bəhanə guya insan haqlarının pozulmasıdır: “Təəssüf edirik ki, özünü İnsan Hüquq və Azadlıqlarının Müdafiəçisi kimi təqdim edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında ölkəmizin iştirakı təmin edilmədən Azərbaycanda insan haqları mövzusunda dinləmələr keçirilib. Bu dinləmələrdə əlləri günahsız insanların qanına batmış Bakıda həbsdə olan erməni separatçı qatillərin, guya işgəncələrə məruz qaldıqlarını, həmçinin Qarabağda ermənilərə qarşı etnik təmizləmə tətbiq edildiyi kimi, əsassız iddia isrəli sürülüb. Görəsən bu iddiada olan “insan hüquqlarının müdafiəçiləri” ev-eşikləri Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış, 30 il məcburi köçkün həyatı yaşayan bir milyondan artıq azərbaycanlının, vəhşicəsinə qətlə yetirilmiş Xocalı sakinlərinin və minlərlə günahsız insanların hüquqları ilə bir dəfə də olsun niyə maraqlanmayıblar?”.

Siyasi şərhçi Qərbin COP29 ərəfəsində ölkəmizə qarşı bu cür əsassız və ədalətsiz səlib yürüşünün məqsədinin aydın olduğunu bildirib. O deyib ki, ABŞ başda olmaqla Qərb erməni lobbisnin çaldığı hər havaya oynayır: İnsan haqlarının müdafiəçiləri” olan siyasi riyakarların məqsədi günahsız insanların qatili olan erməni canilərini siyasi dustaq statusuna qaldırmaqla onların azadlığına nail olmaqdır. Bu yaxınlarda Amerikanın senator və konqresmenlərin ABŞ Dövlət katibi Antoni Blinkenə məktub yazaraq ölkəmizə insan hüquqları ilə bağlı təzyiq göstərməyə çağırmasının arxasında da məhz bu dayanır. Siyasi şərhçi bu məsələnin Prezident İlham Əliyevin bir neçə gün əvvəl Cəbrayıl rayonunda sakinlərlə görüşü zamanı da diqqətə çartdırdığını xatırlatdı: “Dövlətimizin başçısı dedi ki, ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır”.

Ə.Bədəlov deyib ki, Azərbaycana qarşı müharibə cinayətkarlarının və qatillərin azadlığa buraxılmasına və ya siyasi dustaq statusu almalarına çağırışlar, təbii ki, qəbuledilməzdir. Bu, İnsan Hüquq və Azadlıqlarına, eləcə də bu istiqamətdə qəbul edilmiş beynəlxalq konvensiyalara ziddir. Bu yaxınlarda Milli Məclisin bir qrup deputatının xarici işlər naziri Ceyhun Bayramova ünvanaldığı müraciətdə ABŞ-ın bir milyondan artıq soydaşımızın Ermənistan tərəfindən pozulmuş hüquqlarına biganəliyinin şahidi olduq. Müraciətdə qeyd edildiyi kimi, məgər konqresmenlər bilmirlər ki, onların “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki, taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?! Konqresmenlərin “demokratik” ölkə hesab etdiyi Ermənistan 30 il başqa ölkənin ərazisini işğalda saxlamış, etnik təmizləmə törətmiş, milli müstəsnalıq xəstəliyinə tutulmuş, indinin özündə də hərbi caniləri mühakimə etməmiş, əksinə, onları qəhrəmanlaşdırmış bir ölkədir.

“Təəssüf edirik ki, özlərini demokratiyanın beşiyi adlandıran ABŞ, Fransa, Qərbin bəzi dövlətləri, həmçinin AŞPA, ATƏT DTİHB, Avropa Parlamenti və bu kimi digərləri Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini açıq şəkildə pozmasını, Azərbaycanın torpaqlarının təxminən 20 faizini 30 il işğalda saxladığını, etnik təmizləmə siyasəti apardığını, işğal etdiyi ərazilərdə bütün şəhər və kəndləri, tarixi mədəni abidələri, qəbirstanlıqları viran qoyduğunu hələ də görməzliyə vururlar. Bunun bir adı var: siyasi korluq” - deyə Ə. Bədəlov bildirib.

Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 08:23

Azərbaycanın əleyhinə yönəlmiş hesabatlar, qətnamələr, qərarlar-siyasi riyakarlıq nümunəsi

Siyasət

8-10-2024, 12:05

İcma: Azərbaycana qarşı bəyanatların eyni gündə yayımlanması ölkəmizə qarşı hücumların vahid mərkəzdən idarə olunduğunu göstərir

Siyasət

3-02-2024, 11:29

Təzyiq və təhdidlər Azərbaycanı mövqeyindən döndərə bilməz

Siyasət

21-02-2024, 10:44

Münxen görüşləri AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarına tutarlı cavab oldu - AÇIQLAMA

Siyasət

14-12-2023, 10:59

Sizin vasitəçiliyinizə ehtiyac yoxdur, “mister və müsyölər!

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • Сегодня, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • Сегодня, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə