• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın Baş naziri Böyük Britaniyanın Dövlət katibinin müavini ilə görüşüb

Siyasət

7-12-2023, 17:42


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Dövlət katibinin parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Lord Offordla görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.
Dövlətlərarası münasibətlərin gündəliyinin çox geniş olduğu bildirilərək iqtisadi-ticari əməkdaşlığın dinamikasından məmnunluq ifadə edildi.
Bildirildi ki, 2022-ci ildə ticarət dövriyyəsinin həcmi 55 faizdən çox artaraq bir milyard ABŞ dollarını üstələyib.
Bununla yanaşı, ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi üçün yaxşı imkanların mövcud olduğu diqqətə çatdırılıb. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasının bu istiqamətdə birgə atılan səylərə töhfə verəcəyinə əminlik ifadə olunub.
Böyük Britaniyanın 35 milyard ABŞ dollarına yaxın sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investor olduğu bildirilib.
İki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib, bu baxımdan BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının nümunəsi kimi dəyərləndirilib.
Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması planları barədə məlumat verilib. Bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam edəcəyinə ümidvarlıq ifadə olunub.
Eyni zamanda, iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edilib. BP ilə Cəbrayılda həyata keçiriləcək 240 MVt gücündə günəş enerjisi layihəsinin ölkəmizin “yaşıl” enerjiyə keçid istiqamətində səylərinə mühüm töhfə verəcəyi bildirilib.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.
Hazırda həmin ərazilərdə həyata keçirilən layihələrə, xüsusilə minatəmizləmə işlərinə bir neçə Böyük Britaniya şirkətinin cəlb olunduğu bildirilib.
Tərəflər nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər. Azərbaycanın Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi bildirilib. Son vaxtlar Orta Dəhlizin artan aktuallığına diqqət çəkilərək bu beynəlxalq nəqliyyat marşrutunun Böyük Britaniya hökuməti tərəfindən də maraqla izlənməsi və dəstəklənməsi təqdir edilib.
Tərəflər, həmçinin humanitar əməkdaşlığı nəzərdən keçiriblər, təhsil sahəsini bu kontekstdə vacib istiqamət kimi dəyərləndiriblər.
Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

5-10-2023, 10:19

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edib

Siyasət

22-11-2023, 16:20

Nazir Ceyhun Bayramov britaniyalı həmkarını bölgədə mövcud vəziyyət və reallıqlar barədə məlumatlandırıb

Siyasət

1-12-2023, 16:38

Monteneqronun XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında mövcud potensialdan istifadə olunmasında maraqlıyıq

İqtisadiyyat

13-11-2023, 12:56

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunda məhsul ixracı 11 faizdən çox artıb

İqtisadiyyat

28-10-2023, 19:58

Azərbaycanla ticari və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üzrə müzakirələrə hazırıq - İran rəsmisi

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • Вчера, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • Вчера, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • Вчера, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • 14-10-2026, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • 13-10-2026, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • 13-10-2026, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • 13-10-2026, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • 13-10-2026, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • 13-10-2026, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • 13-10-2026, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
  • 13-10-2026, 11:40
    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:14
    Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:12
    Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:10
    Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva
  • 12-10-2026, 11:07
    Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
  • 12-10-2026, 10:59
    Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür
  • 12-10-2026, 10:54
    Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
  • 12-10-2026, 10:47
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 12-10-2026, 10:31
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 16:19
    Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə