• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin plenar iclasında 11 məsələ müzakirə edilib YENİLƏNİB

Siyasət

29-10-2024, 19:35

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Milli Məclisin plenar iclasında 11 məsələ müzakirə edilib YENİLƏNİB
Bakı, 29 oktyabr.

Oktyabrın 29-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclasda çıxış edən Milli Məclisin sədri oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiyanın təşkil olunduğunu deyib. Bildirib ki, ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur.

O əlavə edib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi. Vətən müharibəsində və antiterror tədbirlərində tarixi qələbələrdən sonra isə Avropa Parlamentində, digər təşkilatlarda və ölkələrdə azərbaycanofob, türkofob və islamofob qüvvələr bütün beynəlxalq davranış normalarını və nəzakət qaydalarını bir kənara qoyaraq, ölkəmizə qarşı sanki yürüşə çıxıblar. Avropa Parlamenti Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. İqlim dəyişmələri qlobal problemdir və birlik tələb edir, lakin bu məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə olunur.

Sonra cari məsələlərin müzakirəsi keçirilib.

Çıxış edən komitə sədrləri Səməd Seyidov, Siyavuş Novruzov, deputatlar Azər Badamov, Tural Gəncəliyev, Elşən Musayev, Nizami Səfərov, Soltan Məmmədov, Razi Nurullayev, Sahib Alıyev, Kamal Cəfərov, Bəhruz Məhərrəmov Avropa Parlamentinin qətnaməsinə münasibətlərini bildiriblər.

Deputatlar ölkə daxilində və xaricdə gündəmdə olan bir sıra digər aktual məsələlər barədə də öz fikirlərini bölüşüblər.

Sonra Sahibə Qafarova gündəliyə 11 məsələnin daxil edildiyini, ilk 2 məsələnin beynəlxalq sənədlərin təsdiqi barədə qanun layihələri olduğunu deyib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, 12 maddədən ibarət olan Saziş 19 avqust 2024-cü il tarixində Bakı şəhərində 5 il müddətinə imzalanıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin rəyini açıqlayıb.

Məsələ ilə bağlı komitə sədri Musa Quliyev bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Növbəti məsələ - “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsini komitə sədri Səməd Seyidov təqdim edib. Diqqətə çatdırıb ki, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" 2024-cü il avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən imzalanıb. İyirmi dörd maddədən ibarət Müqavilə ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək və ona tərəflərin milli maraqlarına tam şəkildə cavab verəcək müttəfiqlik xarakterli yeni, çoxşaxəli məzmun vermək məqsədi daşıyır.

Bəzi deputatlar məsələ ilə bağlı fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Növbəti 3 məsələ birinci oxunuşda qanun layihələri olub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən söhbət açıb. Bildirilib ki, layihədə alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunmasına dair 29-1-ci maddənin əlavə edilməsi təklif olunur. Dəyişiklikdə alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən edilməsi, minimum qiymətin müəyyən edilməsi məqsədilə müvafiq qaydanın təsdiqlənməsi pərakəndə satışının minimum qiymətinin müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasının qadağan edilməsi ehtiva olunur.

Komitə sədri bəzi deputatların qanun layihəsi ilə bağlı qaldırdıqları məsələlərə aydınlıq gətirdikdən sonra sənəd birinci oxunuşda qəbul olunub.

Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb.

Nəzərə çatdırılıb ki, layihə bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir. Sənədə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları (banklar, ödəniş təşkilatları və digər) təmin edəcək.

Komitə sədri Azər Əmiraslanov sənəd barədə bu komitənin müsbət rəy verdiyini açıqlayıb.

Məsələ ətrafında aparılan müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən bəhs edib. O, qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunan sənəddə hərbi xidmətin təkmilləşdirilməsi və hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılma prosedurlarının daha şəffaf və səmərəli qaydada həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Bildirilib ki, layihə ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçuların səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyən edilməsi üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməsi hallarını müəyyən edir.

Layihə hərbi xidmətin keyfiyyətini artırmaq və hərbi qulluqçuların hüquqlarını daha səmərəli qorumaq məqsədilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Digər 6 məsələ ikinci oxunuşda qanun layihələri olub. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında”, “Torpaq icarəsi haqqında” qanunlarda, Mülki Prosessual Məcəllədə və “Kredit büroları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ətrafında aparılan müzakirələrdən sonra sənədlər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-10-2023, 12:15

Milli Məclisdə vəfat edən deputatların xatirəsi yad edilib

Siyasət

5-03-2024, 21:56

Milli Məclisin plenar iclasında 17 məsələ müzakirə olunub

Siyasət

19-04-2024, 19:35

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Video

29-09-2023, 22:09

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib

Siyasət

8-10-2024, 11:29

Milli Məclisin növbəti plenar iclası keçirilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Сегодня, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Сегодня, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Сегодня, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Сегодня, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Сегодня, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə