• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AZƏRTAC-ın təşkilatçılığı ilə Parisdə Ümummilli Lider Heydər Əliyevin yubileyinə həsr olunmuş fotosərgi açılıb

Siyasət

17-12-2023, 11:41


AZƏRTAC-ın təşkilatçılığı ilə Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini, dünya siyasi liderləri, eləcə də Fransanın sabiq prezidentləri ilə görüşlərini əks etdirən nadir fotolar nümayiş olunub. Bu fotolarda əbədiləşdirilən məqamlar Ulu Öndərin fəaliyyətinin tarixi məqamlarını əks etdirir.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AZƏRTAC-ın “Heydər Əliyev İli” çərçivəsində Parisdə təşkil etdiyi sərginin əhəmiyyətini vurğulayaraq, belə sərgilərin Ulu Öndərin əziz xatirəsini daim yaşatdığını bildirib.
Sonra Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Leyla Abdullayeva və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış ediblər.
Səfir Leyla Abdullayeva Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımızı təbrik edib. Səfir 2023-cü ilin Azərbaycan üçün çox önəmli olduğunu və bu il müasir Azərbaycanın banisi, qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dünya ölkələrində, eləcə də Fransada təntənəli şəkildə qeyd edildiyini bildirib. Vurğulayıb ki, məhz bu il Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə xalqımızın möhkəm iradəsi və hərbiçilərimizin şücaəti sayəsində Azərbaycanın ərazilərinin suverenliyi tam bərpa olunub.
Bildirib ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə qələbə-Zəfər ili kimi yazılıb və 2023-cü il isə bu qələbənin tacı olub. Zəfərimiz dövlətimizin, xalqımızın, eləcə də xaricdə yaşayan azərbaycanlıların birlik, həmrəylik və qürur rəmzinə çevrilib. Böyük Zəfər ölkəmizin tarixində yeni səhifə açdığı kimi, xaricdə yaşayan soydaşlarımızı birləşdirən diasporumuzun fəaliyyətində yeni dövrün əsasını qoyub. Vətən müharibəsi diasporumuzu daha da mətinləşdirib.
Ancaq 2023-cü il həm də çətin olub. Belə ki, müxtəlif ölkələrdə, eləcə də Fransada Azərbaycanın qələbəsini, ərazilərinin tam suverenliyinin bərpa edilməsini, gücünü qəbul edə bilməyən qüvvələr ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə başlayıblar. Ancaq xalqımız, diasporamız belə əsassız iddialara qürurla cavab verib və verəcəkdir. Çünki hüquq, ədalət və haqq məhz Azərbaycanın yanındadır.
Səfir Leyla Abdullayeva Azərbaycanın təşviqi və təbliğində rolu olanlara, Nant şəhərindəki “Qarabağ” və Parisdəki “Natəvan” məktəblərinin açılmasında və fəaliyyətində rolu olan diaspora üzvlərinə, eləcə də assosiasiyaların rəhbərlərinə təşəkkür edib. Qarşıdan gələn ildə də Fransada yaşayan hər bir azərbaycanlının ölkəmizin reallıqlarını yerli ictimaiyyətə çatdırmaq kimi daha vacib vəzifə durduğunu diqqətə çatdırıb.
Həmçinin səfir bildirib ki, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Azərbaycanın COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsinin və beynəlxalq ictimaiyyətin Azərbaycana yekdil dəstəyinin təzahürüdür. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Səfir UNESCO-da da ölkəmizin əldə etdiyi uğurları qeyd edib.
“Regionumuz sülhə və münasibətlərin normallaşmasına çox yaxındır. İki ölkə arasında razılaşdırılmış etimad quruculuğuna dair birgə bəyanat bizi sülh gündəliyinə daha da yaxınlaşdırır. Görülən tədbirlər və baş tutan birbaşa dialoq yaxın zamanlarda sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. İnanırıq ki, beynəlxalq hüquq prinsipləri əsasında imzalanacaq sülh müqaviləsi bir çox istiqamətlərdə müsbət təsirini göstərəcək”,- deyə səfri L.Abdullayeva bildirib.
Tədbir konsert proqramı ilə davam edib. Elnur Mikayılov (kamança), Kamal Nuriyev (tar) və Vüsal Bayramovun (nağara) müşayiəti ilə Əməkdar artist İlkin Əhmədov “Qarabağ”, “Laçın” kimi vətənpərvər mahnıları ifa edib.
Akademik musiqili teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev və Bakı Xoreoqrafiya Akademiyasının müəllim-xoreoqrafı Kamilə Əliyeva milli rəqslərimizi təqdim ediblər.
Tədbir bayram süfrəsi ilə başa çatıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

12-12-2023, 09:45

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət

11-12-2023, 20:46

Ulu Öndərin xatirəsi Tbilisidə ehtiramla yad olunub

Siyasət

16-12-2023, 16:27

“Diplomatik Protokol Bələdçisi” təqdim olunub 16.12.2023 [16:10] A+ A-

İqtisadiyyat / Cəmiyyət

12-12-2023, 19:54

Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Siyasət

19-10-2023, 11:25

Sülhün inkişafına töhfələr verənlər məhz qadınlardır - Bahar Muradova

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə