• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qaradağlı faciəsindən 33 il ötür

Siyasət

17-02-2025, 14:55

Bakı, 17 fevral.

1991-ci ilin noyabrından başlayaraq Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış hadisələrdən biri də 1992-ci il fevralın 17-də baş verən Qaradağlı faciəsidir. Qaradağlı kəndində erməni silahlı qüvvələri tərəfindən törədilmiş bu faciə, Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirilən kütləvi soyqırımlardan biridir. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir.

Tarixçə

1990-cı il noyabrın 24-ü. 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib.

1991-ci il yanvarın 9-u. Qaradağlı kəndinə gedən UAZ markalı avtomobil ermənilər tərəfindən atəşə tutulub, bir nəfər qətlə yetirilib, 4 nəfər yaralanıb. Onlardan 2-si aldığı yaralardan sonralar dünyasını dəyişib.

1991-ci il martın 8-i. Kəndin yaxınlığında 2 nəfər vəhşicəsinə qətlə yetirilib.

1991-ci il iyunun 28-i. Kəndin yaxınlığındakı fermada 3 kişi və 3 qadın diri-diri yandırılıb.

1991-ci il sentyabrın 8-i. Ağdamdan Qaradağlıya gedən sərnişin avtobusu erməni quldurları tərəfindən atəşə tutulub, 8 sərnişin həlak olub.

1992-ci il yanvarın 8-i. Kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, ermənilər 100-ə yaxın qoyunu quldurluqla aparıblar.

Həmin hadisələr zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5-i qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Bu soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəbyaşlı uşaq olub. Ümumilikdə 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. 200 yaşayış evi, 800-dək sakini olan kənd erməni vəhşiliyinin, qəddarlığın dəhşətli qurbanına çevrilib. Qaradağlı faciəsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin tarixində insanlıq cinayəti kimi dəyərləndirilməli və dünya ictimaiyyəti bu cür qətliamların təkrarlanmaması üçün tədbirlər görməlidir.

Azərbaycan xalqı Qaradağlı və digər işğal edilmiş kəndlərini azad etməklə şəhidlərinin qanını yerdə qoymadı və tarixi ədaləti bərpa etdi. Ancaq bu faciənin dünya miqyasında tanınması və ona hüquqi qiymət verilməsi üçün mübarizəmiz davam etməlidir. Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilis dillərində “Soyqırımı: Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Kənddə törədilən soyqırımı ilə bağlı “Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-02-2024, 08:40

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

Cəmiyyət

26-02-2024, 09:14

XX əsrin ən dəhşətli cinayətlərindən biri - Xocalı soyqırımından 32 il ötür

Hadisə

17-02-2024, 15:24

Hərbi Prokurorluq: Qaradağlı soyqırımını törətməkdə təqsirli bilinən şəxslərin axtarışları davam etdirilir....

Siyasət

26-02-2024, 14:01

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Hadisə

24-03-2024, 01:18

Bağanis-Ayrım soyqırımından 34 il ötür

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə