• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Casus şəbəkəsinin ifşası Fransanın geosiyasi uğursuzluğunu daha da dərinləşdirir ŞƏRH

Siyasət

29-12-2023, 18:44

Mövcud diplomatik müstəvidə çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası və “Konsulluq münasibətləri haqqında” 1963-cü il Vyana Konvensiyası diplomatların qonaq olduqları ölkədə davranışlarını təfsilatlandırır. Bir çox hallarda isə diplomatik toxunulmazlıqdan sui-istifadə diplomatlara yaşadıqları və işlədikləri ölkənin qanunlarından imtiyazlı üstünlük mövqeyi verir. Diplomatik toxunulmazlıq “Soyuq müharibə” dövründə, diplomatların əslində münaqişəli mühitdə işlədiyi və təhlükələrlə üz-üzə qaldığı zamanlarda məna kəsb edirdi. Lakin bu, hazırda bir çox hallarda imtiyazlı mövqe kimi sui-istifadə olunmaqdadır. Bəzən isə bu imtiyazlar diplomatların yaşadıqları və işlədikləri ölkənin qanunlarından üstün tutulur.
Bu sözləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.
O bildirib ki, hazırda bütün dünyada xüsusi xidmət orqanları tərəfindən işçiləri səfirlik və digər diplomatik korpus nümayəndələri adı altında pərdələməklə ölkələrə yerləşdirmək təcrübəsi geniş şəkildə tətbiq olunur: “Bu status kəşfiyyatçılara rahat şəkildə digər ölkələrdə fəaliyyət göstərmək imkanı yaradır, onları qoruyur. Diplomatların cinayət və ya digər qeyri-qanuni fəaliyyətlərdə iştirak etdikləri aşkar ediləndə isə onları məhkəmə və ya həbs cəzası gözləmir, proses yalnız ölkə ərazisindən deportasiya olunmaqla yekunlaşır. Belə “diplomatlar” arasında əvvəllər diplomatik statusa uyğun gəlməyən qanunsuz fəaliyyətlərinə görə başqa ölkələrdən deportasiya olunmuş şəxslər də var. Kəşfiyyat strukturlarının diplomatik “örtüyü” olmayan nümayəndələri isə turistlər, elm adamları, jurnalistlər, iş adamları və ya diasporun üzvləri adı altında digər ölkələrə yerləşir və oradakı əməkdaşları ilə qarşılıqlı əlaqədə olurlar. Ümumiyyətlə, diplomat kimi akkreditə olunan belə şəxslərin fəaliyyətini müəyyən etmək və izləmək o qədər də asan məsələ deyil. Bəzi nüfuzlu KİV-lərdə son illərdə gedən faktoloji yazılarda Fransanın bir çox ölkələrdəki səfirliklərində diplomat adı altında fəaliyyət göstərən kəşfiyyatçılardan əlavə, çox vaxt qanunsuz əməliyyatları həyata keçirən şəxslərin də aşkar şəkildə kurasiya olunması haqqında səhih məlumatlar var”.
Politoloqun sözlərinə görə, 2015-ci ildə Parisdə baş verən silsilə terror aktlarından sonra Fransaya qarşı İkinci Dünya müharibəsindən bəri ən dəhşətli hücum kimi müzakirə edilən mövzulardan biri də bu ölkənin kəşfiyyat xidmətlərinin uğursuzluğu idi: “Eyni ildə “Charlie Hebdo” redaksiyasında terror aktı, Paris şəhərində supermarketdə alıcıların girov götürülməsi, Lion yaxınlığındakı “Air Products” zavodunda menecerin başının kəsilməsi kimi hadisələrdən sonra Fransa dövləti xüsusi xidmət orqanlarının büdcəsini bir neçə dəfə artırmaqla ölkənin müdafiəsinin gücləndirilməsini nəzərdə tuturdu. Çünki ölkə prezidenti Fransua Ollandın izləməyə getdiyi futbol matçı da daxil olmaqla eyni anda altı müxtəlif terror aktı həyata keçirilmişdi. Artırılan büdcə isə Fransanı daxili təhlükələrdən qorumağa ayrılsa da, lakin xaricdə kəşfiyyat şəbəkələrinin genişlənməsinə sərf olundu. Məsələn, Fransanın xüsusi xidmət şəbəkələri 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazisində Ermənistanın xeyrinə kəşfiyyat fəaliyyəti göstərirdi. Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə vətəndaşlar həmin şəxslərin səfirlik işçiləri və ya diplomat olduğuna inanıb əlaqə quraraq onlar tərəfindən dövlətin ərazisində casusluq işləri üçün istifadə olundular. Aşkarlanan casus şəbəkəsinin əsas məqsədi siyasi və hərbi xarakterli kəşfiyyat fəaliyyəti həyata keçirmək olub. Bu addımlar bir ölkənin daxili işlərinə müdaxilə edilməsi olduğu üçün diplomatik statusa uyğun gəlməyən davranışlardır”.
Y.Hacıyeva bildirib ki, Fransa dövlətçiliyinin mühüm tərkib hissəsi olan Afrikadakı postmüstəmləkə sisteminin çökməsi ilə paralel olaraq Cənubi Qafqazda xüsusi xidmət şəbəkəsinin ifşası bu dövlət üçün böyük geosiyasi uğursuzluqdur. Nəticədə son bir neçə ildir dünyada postmüstəmləkə siyasəti ilə təhrik edilən anti-fransız əhvali-ruhiyyəsinin kəskin artması kimi bir tendensiya izlənməkdədir. Eyni anda bir neçə cəbhədə oynamağa çalışan Fransanın xarici siyasəti əvvəlcə Ukraynada, sonra isə Afrikada uğursuzluğa düçar oldu. İndi isə Azərbaycanda casus şəbəkəsinin ifşa olunması Fransanın mövcud geosiyasi uğursuzluğunu daha da dərinləşdirir.

Paylaş:
Digər xəbərlər

Siyasət

27-12-2023, 10:53

Azərbaycanın müstəqil xarici siyasəti Fransanın bütün planlarını alt-üst edib

Siyasət

3-12-2023, 15:50

Lissabon sammitindəki diplomatik uğurumuz tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdı - ŞƏRH

Siyasət

16-12-2023, 16:27

“Diplomatik Protokol Bələdçisi” təqdim olunub 16.12.2023 [16:10] A+ A-

Siyasət

27-12-2023, 10:50

Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb

Siyasət

1-12-2023, 11:17

UNESCO-nun ikili siyasəti: separatizmin ideoloji dayaqlarının müdafiəsi ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • Сегодня, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
  • Сегодня, 14:43
    Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
  • Сегодня, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • Сегодня, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • Сегодня, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • Сегодня, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • Сегодня, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:54
    Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:49
    Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
  • 2-11-2026, 21:46
    DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 2-11-2026, 21:43
    Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
  • 1-11-2026, 14:33
    Media və Yayım Şurası bəyanat yayıb
  • 1-11-2026, 14:30
    Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək
  • 1-11-2026, 14:28
    Paytaxtın Nizami rayonunda yanğın olub
  • 1-11-2026, 14:23
    Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
  • 31-10-2026, 13:43
    Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır
  • 31-10-2026, 13:02
    Rezidentlik sertifikatı necə alınır?
  • 31-10-2026, 13:00
    31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür
  • 31-10-2026, 12:57
    Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub
  • 31-10-2026, 12:54
    Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib
  • 31-10-2026, 12:51
    Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb
  • 31-10-2026, 12:49
    Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • 30-10-2026, 17:14
    Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
  • 30-10-2026, 17:11
    ® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur
  • 30-10-2026, 17:07
    Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • 30-10-2026, 14:12
    Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur
  • 30-10-2026, 14:08
    Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə