• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb

Siyasət

27-12-2023, 10:50

Fransanın Azərbaycana qarşı uğursuz həmlələri, regionda möhkəmlənmək cəhdlərinin iflasa uğraması bu ölkənin regiondakı nüfuzuna ciddi zərbə oldu. Dövlət Təhlükəsizlik Xidməti Fransa casus şəbəkəsini zərərsizləşdirməklə tək Azərbaycanı deyil, region ölkələrini və müəyyən qədər MDB dövlətlərini Parisin çirkin siyasətindən qorumuş oldu. İfşa edilən şəbəkə bizim regionda kök salmışdı və onların Azərbaycandakı uzantılarının məhvi Fransa kəşfiyyatına çox böyük zərbə oldu.
Bu sözləri politoloq Ramiz Alıyev Fransanın anti-Azərbaycan siyasətini şərh edərkən söyləyib.
Onun sözlərinə görə, bu gün Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Xarici İşlər Nazirliyinə çağırılması gözlənilən idi: “Fransa səfirliyinin iki əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlərinə görə “persona-non-grata” elan olundu və həmin şəxslərə ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt verildi. Aydın idi ki, Azərbaycan Fransanın şər və böhtanlarını, qərəzli addımlarını cavabsız qoymayacaq. Bir neçə gün öncə agentura şəbəkəsinin ifşası və bu gün də iki fransız diplomatın arzuolunmaz şəxs elan edilməsi Bakının ilk cavab addımlarıdır. Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb. Fransanın bəzi şəhərlərində Azərbaycana aid sözlər, heykəllər götürülür. Özünü demokratiyanın beşiyi, dünya mədəniyyətinin mərkəzi sayan bir dövlət heç bir bəşəri dəyərlərə sığmayan addımlar atır. Dünyanın bir sıra ölkələrində, xüsusilə də Afrikada nüfuzunu sürətlə itirən Emmanuel Makron hökumətinin Azərbaycandakı “dayaqları” da məhv edildi. Fransa digər regionlardakı itkilərini Qafqazda kompensasiya etmək istəsə də, alınmadı. Fransa unutmasın ki, Qafqaz Azərbaycanın, Türkiyənin qırmızı xəttidir. Fransanın hətta Ermənistanda kök salması da Azərbaycanın milli maraqlarına təhdid hesab olunmalıdır. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hədyanlar cavabsız qalmayacaqdı. Fransa hazırda Hindistanla əlbir olaraq Ermənistanı silahlandırmaqla məşğuldur. Azərbaycan dövləti, xüsusi xidmət orqanları onların fəaliyyətini yaxından təqib edir və lazımi məqamlarda cavab tədbirləri görür. ATƏT-in Minsk qrupunun həmsədri kimi uğursuz fəaliyyət göstərən bu ölkə illərlə status-kvonun saxlanması ilə bu münaqişənin uzanmasına çalışıb. Qafqazı münaqişə ocağına çevirməklə buranı təsiri altında saxlamaq istəyən Paris hazırda Ermənistandakı revanşist qüvvələri qızışdırmaqla məşğuldur. Fransa İrəvana silah göndərməklə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə mane olur. Dəfələrlə Fransanın BMT TŞ-də Azərbaycana qarşı qətnamə qəbul edilməsi cəhdləri də uğursuzluqla nəticələnib”.
Politoloq qeyd edib ki, əgər Fransa Azərbaycana qarşı siyasətini yumşaltmasa, təhdidlərə son qoymasa, Bakı digər rıçaqları işə salmaq məcburiyyətində qalacaq: “Ksenofobiya, islamofobiya kimi zərərli kampaniyalar aparmaqla hakimiyyətə gələn E.Makron iqtidarı İslam və Türk dünyasına qarşı revanşist siyasət yürüdür. Azərbaycanın güclənməsi, ərazi bütövlüyünü təmin etməsi Fransa kimi dövlətlərin maraqlarına uyğun gəlmir. Paris Ermənistandan alət kimi istifadə edir.
Faransa birmənalı şəkildə daim Ermənistanın yanında durub və Qarabağda separatizmə dəstək verib. Bu dəstək bu gün də davam edir. Azərbaycanın BMT-nin 4 mühüm qətnaməsini icra etməklə Qarabağı işğalçılardan azad etməsini Paris alqışlamaq əvəzinə, beynəlxalq hüquqa qarşı kampaniya aparır. Bildiyiniz kimi, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan dövləti belə, bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris buna qarşı çıxıb. Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti barədə açıq danışması E.Makron hökumətinin anti-Azərbaycan mövqeyi tutmasına və hətta ölkəmizdə casus şəbəkəsi yaratmasına səbəb olub. Təbii ki, bizim də əlimizdə Fransaya qarşı istifadə ediləcək kifayət qədər rıçaqlar var. Fransanın Azərbaycanda kifayət sayda şirkətləri fəaliyyət göstərir, qazanc əldə edirlər. Onlar hər il ölkəmizdən mənfəət götürür, gəlir qazanırlar. Bu qazanclar isə Fransaya göndərilir. Yəni, münasibətləri korlamaq Fransanın nə siyasi, nə də iqtisadı maraqlarına cavab verə bilməz. Düşünürəm ki, E.Makron Azərbaycana qarşı atdığı yanlış addımların fərqinə varacaq və xarici siyasətindəki aqressiya ya müəyyən qədər son qoyacaq”.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-11-2023, 11:24

Qərbi Azərbaycan İcmasından Fransa ilə bağlı sərt bəyanat: “İfşa etməyə davam edəcəyik!”

Siyasət

13-11-2023, 16:22

Fransanın Ermənistanı silahlandırması: Paris Cənubi Qafqazda sülhə qarşı - ŞƏRH

Siyasət

26-11-2023, 20:44

Ermənistanın sülh müqaviləsini uzatması onu region ölkələrindən uzaqlaşdırır - ŞƏRH

Siyasət

23-11-2023, 10:39

Fransanın Ermənistanı silahlandırması regionda yeni münaqişənin yaranmasına xidmət edir ŞƏRH

Siyasət

29-11-2023, 14:43

“Ermənistan praktiki olaraq dövlət suverenliyini itirib, o artıq Fransanın müstəmləkəsidir” - RF-dən MÜSAHİBƏ

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 16:36
    QHT-lər üçün yeni qrant müsabiqəsi elan olunub
  • Вчера, 16:32
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək
  • Вчера, 12:05
    Vətən müharibəsinin xronikası: 22 oktyabr
  • Вчера, 12:01
    ® Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir
  • Вчера, 11:57
    TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində yeni mərhələyə keçidin ifadəsidir - ŞƏRH
  • Вчера, 11:53
    Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub
  • 21-10-2026, 13:03
    “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • 21-10-2026, 13:00
    Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 21-10-2026, 12:57
    Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb
  • 21-10-2026, 12:53
    Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
  • 20-10-2026, 17:41
    QHT-lər üçün dövlət sifarişləri üzrə müsabiqə elan edilir
  • 20-10-2026, 17:37
    Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb
  • 20-10-2026, 17:34
    DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
  • 20-10-2026, 11:32
    Ali Məhkəmə: Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil
  • 20-10-2026, 11:30
    Bu gün Zəngilan Şəhəri Günüdür
  • 20-10-2026, 11:24
    Fərid Şəfiyev: Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır
  • 19-10-2026, 14:02
    Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım aksiyaları davam edir
  • 19-10-2026, 13:58
    Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
  • 19-10-2026, 12:10
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
  • 19-10-2026, 11:59
    Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
  • 18-10-2026, 12:35
    Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir
  • 18-10-2026, 11:01
    FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb
  • 18-10-2026, 10:57
    Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 17-10-2026, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • 17-10-2026, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • 17-10-2026, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • 16-10-2026, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • 16-10-2026, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • 16-10-2026, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 16-10-2026, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə