• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

Siyasət

29-05-2026, 11:35

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir
29.05.2026.
Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir
Bakı, 29 May.

Müasir dünyada geosiyasi gərginliyin artması ilə baş verən müharibələr dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir.

ABŞ sosioloqu, Harvard Universitetinin professoru Tolkott Parsons “Müasir cəmiyyətlərin sistemi” əsərində yazırdı ki, hər bir cəmiyyətdə insanlar vergilərin artmasını və iqtisadi çətinlikləri dövlətə güzəştə gedə bilərlər. Lakin təhlükəsizlik məsələsində cəmiyyət dövlətə heç nəyi güzəşt eləmək istəmir. Çünki fərdlər və ya bütövlükdə toplum hesab edir ki, dövlət istər xarici aqresiyanın, istərsə də daxili qeyri-stabilliyin öhdəsindən mütləq gəlməlidir. Bunun üçün dövlətin resursları var. Tanınmış sosioloqun həmin fikri bu gün özünü bütün aspektləri ilə doğruldur.

Azərbaycanın cənubunda və şimalında davam edən müharibələr bir sıra iqtisadi çətinliklər yaratsa da, dövlətimiz təhlükəsizliyin qorunması üçün resurslardan səmərəli istifadə edir. Qonşularımızda daxili gərginliyə və müharibələrə baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür. Qarabağın işğaldan azad edilməsi isə bu sabitliyi daha da möhkəmləndirib. Əlbəttə ki, Azərbaycanı regionda davam edən münaqişələrə cəlb etmək cəhdləri də müşahidə edildi. Lakin Prezident İlham Əliyevin praqmatik siyasi xətti bu müdaxilələrin qarşısını aldı.

Bəs müdaxilələrin qarşısını almaq iqtidarına malik olan, təhlükəsizliyi və sabitliyi təmin edən “praqmatk siyasi xətt“ nədir?

“Praqmatizm nəzəriyyəsi” ilk dəfə ABŞ filosofu Çarlz Pirs tərəfindən yaradılıb. Bu nəzəriyyəyə görə, praqmatizm reflektor yox, şüurlu və məqsədyönlü xarakter daşıyan hərəkətdir. Praqmatizm bu və ya digər formada insan həyatının və fəaliyyətinin əsas formasını təşkil etdiyindən, məhsuldar hərəkəti təmin edən şüur mexanizmidir. Siyasi praqmatizm isə hər hansı bir ideoloji xətti və siyasi ambisiyanı həyata keçirmək deyil, milli maraqlara və mövcud şəraitə əsaslanan idarəçilik və diplomatiya yanaşmasıdır. Praqmatizm eyni zamanda maraqları uzlaşdırmaq qabiliyyətidir. Dövlət və cəmiyyət üçün ən sərfəli və təhlükəsiz siyasət prioritet istiqamət kimi seçilir və yürüdülür. Azərbaycan dövlətinin də siyasəti məhz praqmatik olduğu üçün uğurludur.

İctimai-siyasi sabitlik olmayan yerdə inkişafdan danışmaq yersizdir. Təsadüfi deyil ki, 1993-cü ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə sabitliyi yaratmağa nail oldu. Məhz bundan sonra Azərbaycana xarici sərmayə axını başladı və “Əsrin müqaviləsi” adi ilə tarixə düşən neft kontraktları imzalandı, Azərbaycanın inkişafının yeni mərhələsinin əsası qoyuldu.

Bu gün Azərbaycanda təhlükəsizlik problemi tamamilə həll olunub və ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Qlobal məsələlər artıq Azərbaycanda müzakirə olunaraq həll edilir. Məsələyə bu konteksdən yanaşdıqda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13 cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi də təsadüfi xarakter daşımırdı. Dünyanın 100-dən çox dövlətinin 60 minə yaxın nümayəndəsinin paytaxtımıza səfəri dayanıqlı sabitliyin və təhlükəsizliyin təmin olunmasının göstəricisi idi.

Dünyanın siyasi arenasında yüz illərlə fəaliyyət göstərən dövlətlər “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini reallaşdıraraq, insanlara rahat həyat bəxş etməyə çalışır. Azərbaycan isə müstəqillik dövründə 100 ilə bərabər inkişaf yolu keçərək, qısa müddətdə yeni texnologiyaların tətbiqi ilə alternativ enerji istehsalına və “ağıllı” kənd və şəhərlər salmağa başlayıb.

WUF13-ün Bakıda keçirilməsi dünya ictimaiyyətinə bir sıra uğurlarımızı nümayiş etdirdi.

Birincisi, Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunu, daim inkişaf meyilləri ilə addımlayaraq qlobal problemlərə biganə qalmadığını göstərdi.

İkincisi, Azərbaycan enerji keçidi etdiyini, karbon emissiyasını azaltmaq üçün alternativ və bərpaolunan enerji hasilatına xarici sərmayə də cəlb edib geniş infrastruktur yaratdığını nümayiş etdirdi.

Üçüncüsü, Azərbaycan qlobal məsələlərin müzakirəsinə açıq, problemlərin həlli istiqamətində əməkdaşlığa hazır olduğunu bəyan etdi.

Bütün bunlar ölkədə yaradılan dayanıqlı sabitlik və təhlükəsizliyin təmin olunmasının nəticəsidir.

Təsadüfi deyil ki, bu gün Azərbaycan Avropa ilə Asiya arasında ticarət dəhlizlərinin kəsişdiyi mərkəzə çevrilib. Orta Dəhliz, Zəngəzur Dəhlizi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və digər marşrutlar ona görə Azərbaycandan keçir ki, burada sabitlik var və məkanın təhlükəsizliyi təmin olunub. Hər hansı bir transmilli koorporasiya və dövlət strateji yükünü Azərbaycan ərazisindən ona görə daşıyır ki, burada praqmatik siyasətin yürüdüldüyünü bilir. Yükünün mənzil başına təhlükəsiz çatacağına inanır.

Mərkəzi Asiya respublikaları da alternativ enerjini Azərbaycan üzərindən Avropaya ixrac etməyi düşünürlər. Bu istiqamətdə artıq çox böyük işlər görülür. Tranzit mərkəzi olan Azərbaycan bu illər ərzində siyasi ambisiyalara deyil, əməli fəaliyyətə (praqmatizmə) yönələrək, nəqliyyat və tranzit infrastrukturu yaradıb və bu gün onun nəticələrindən faydalanır.

Regionun bir sıra dövlətləri şərqdən, qərbdən və başqa mərkəzlərdən havadar axtardıqları təqdirdə, rəsmi Bakı müstəqil-praqmatik siyasət yürüdərək həm ölkəni inkişaf etdirir, həm də beynəlxalq tərəfdaşlarını artırır.

Hazırda davam edən müharibələrin necə başa çatacağı və dövlətlərin aqibətinin necə olacağı bəlli olmadığı halda, Azərbaycanın inkişaf perspektivləri özünü aydın şəkildə göstərir.

Paylaş:
Digər xəbərlər

Siyasət

8-10-2025, 20:40

TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü mühüm əhəmiyyətə malikdir – ŞƏRH

Siyasət

5-12-2025, 15:20

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilir

Siyasət

9-12-2024, 15:34

Azərbaycanda media institutları üçün qanunverici normaların müəyyənləşdirilməsi kənar maraqların təmsilçilərinin planlarını pozub - ŞƏRH

Siyasət

15-06-2024, 10:41

Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir

Siyasət

16-01-2026, 12:30

Amerikalı ekspert: ABŞ Türk Dövlətləri Təşkilatı ilə daha sıx əməkdaşlıq etməlidir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • Сегодня, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • Сегодня, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • Вчера, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • Вчера, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • Вчера, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə