• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cümhuriyyət xadimlərinin irsində 28 May istiqlalı: Mühacirət təfəkkürünün elmi-publisistik salnaməsinə bir nəzər

Cəmiyyət

28-05-2026, 10:38

Bakı, 28 May.

1918-ci ilin 28 mayı yalnız Azərbaycanın siyasi xəritəsini dəyişən tarixi hadisə deyil, həm də milli kimliyimizin və dövlətçilik təfəkkürümüzün ən uca zirvəsidir. Şərqdə ilk demokratik respublikanın əsasını qoyan Cümhuriyyət xadimləri bizə sadəcə üçrəngli bayraq və sərhədlər deyil, eyni zamanda, bu dövlətin varlığını intellektual müstəvidə əbədiləşdirən nəhəng elmi-nəzəri irs qoymuşlar. 1920-ci ilin aprel işğalından sonra bu müqəddəs mübarizə mühacirətə daşınsa da, istiqlal idealı öz bədii və elmi gücündən heç nə itirmədi. Əksinə, sovet rejiminin repressiya və unutdurma siyasətinə qarşı Avropanın və qardaş Türkiyənin intellektual mühitində böyük bir “qələm cihadı” başlandı. Azərbaycanın mühacir ziyalılarının elmi-publisistik irsini vərəqləyərkən aydın olur ki, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu, Əkbər ağa Şeyxülislamzadə, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Sənan Azər və digər qurucuların yaradıcılığında 28 May sadəcə keçmişə duyulan bir həsrət deyil, elmi əsasları işlənmiş, gələcəyə hədəflənmiş bir dövlətçilik doktrinası idi. Vətəndən uzaqda, ağır maddi və mənəvi məhrumiyyətlər içində nəşr olunan hər bir qəzet məqaləsi, elmi oçerk və monoqrafiya 28 May istiqlalını dünya ictimaiyyətinə tanıdan və gələcək nəsillərin yaddaşına köçürən tarixi sənəd xarakteri daşıyırdı. Bu yazı tarixin sınağından keçmiş həmin zəngin irsin elmi-publisistik xəzinəsinə növbəti bir ehtiram baxışıdır.

Bu fikirlər AMEA Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Mübariz Ağalarının təqdim etdiyi “Cümhuriyyət xadimlərinin irsində 28 May istiqlalı: Mühacirət təfəkkürünün elmi-publisistik salnaməsinə bir nəzər” adlı məqalədə yer alıb. Məqalədə bildirilib ki, 28 May istiqlalının ideoloji və siyasi təməllərini atan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə hələ Cümhuriyyət dövründə nəşr olunan “Azərbaycan” qəzetində işıq üzü görən “İstiqlal” adlı proqram xarakterli məqaləsində yazırdı: “Çəkilən zəhmətlərimizin, tökülən qanlarımızın, yakılan xanimanlarımızın, axıdılan göz yaşlarımızın yalnız bir təsəllisi var: İstiqlal!... İstiqlal bir növ hürriyyəti-şəxsiyyədir. Millətin şəxsinə məxsus hürriyyət”. Rəsulzadənin bu lakonik formulu, əslində, Azərbaycan dövlətçilik fəlsəfəsinin ən dərin elmi-nəzəri tərifidir. Müəllif burada “hürriyyəti-şəxsiyyə” anlayışını fərddən millət müstəvisinə qaldırır. Onun təqdimatında istiqlal sadəcə siyasi bir status və ya coğrafi müstəqillik deyil. O, bütöv bir millətin kollektiv şəkildə “şəxsiyyət” qazanması, öz müqəddəratını təyin etmək hüququna sahib olmasıdır.
Cümhuriyyət xadimlərinin 28 May irsini mühacirətdə necə böyük bir elmi-publisistik salnaməyə çevirdiyini görmək üçün “Yeni Qafqasiya” məcmuəsinin 1924-cü il 28 may tarixli nömrəsinə nəzər salmaq kifayətdir. M.Ə.Rəsulzadənin həmin nömrədə işıq üzü görən “Azərbaycanın Böyük Günü” adlı məqaləsi mühacirət təfəkküründə istiqlal idealını konseptual şəkildə əks etdirən fundamental salnamədir.

Azərbaycan Xalq Cümhuriyyətinin sabiq torpaq və əmək naziri Əkbər Ağa Şeyxülislamzadə mühacir kimi yaşadığı Parisdən İstanbulda nəşr olunan “Yeni Qafqasiya” dərgisinə göndərdiyi və 28 May istiqlalının doqquzuncu ildönümünə həsr etdiyi “Haqq alınar, verilməz” adlı məqaləsində həm özünün, həm də mühacirət tərəfdaşlarının sarsılmaz andını bəyan edirdi.

Əkbər Ağa Şeyxülislamzadənin həmin çağırışından illər sonra, mühacirət mətbuatının elmi müstəvidə ən sanballı orqanına çevrilən, Əhməd Cəfəroğlunun redaktoru olduğu “Azərbaycan yurd bilgisi” dərgisinin 1934-cü il 28 may nömrəsində İstiqlalın 16 illik ildönümünə həsr olunmuş “28 May 1918” adlı baş məqaləsində istiqlalın Türk dünyasındakı əks-sədası, İstanbul və Anadolu ziyalılarının bu tarixi hadisəyə verdiyi qiymət yüksək elmi-publisistik üslubda təhlil edilirdi. Məqalədə yer alan dərin tarixi müqayisələr və gələcəyə yönəlmiş böyük sarsılmaz inam, əslində bütün mühacirət irsinin ana xəttini təşkil edirdi. Vətənin itirilməsi ilə barışmayan ziyalılar qələmin gücü ilə millətin daxili müqavimətini diri tutur, istiqlalın mənəvi əsaslarını gələcək nəsillərə ötürürdülər.

Ümumiyyətlə, Cümhuriyyət xadimlərinin mühacirət irsi sübut edir ki, 28 May istiqlalı sadəcə keçmişdə qalan bir tarix deyil, coğrafi sərhədləri və siyasi fəlakətləri aşan canlı bir dövlətçilik doktrinasıdır. Cümhuriyyət qurucuları sovet imperiya təzyiqi və işğalı qarşısında vətən torpağını müvəqqəti itirsələr də, istiqlalın əsl mənəvi coğrafiyasını, gənc nəslin azadlıq ruhunu əsla təslim etmədilər. Siyasi süqutu sadəcə keçici bir “maddi fasilə” adlandıran bu fədakarlar qəlblərdə və evlərin ən gizli guşələrində qorunan üçrəngli bayrağın bir gün mütləq yenidən ucalacağına qətiyyətlə inanırdılar. Zaman o uzaqgörən mütəfəkkir qələm sahiblərini və bu böyük inamı tamamilə haqlı çıxardı. Vaxtilə Azərbaycan xalqının qanına boyanmış bolşevik bayrağının “oraq və çəkic”i arasında sıxılan, unutdurulmağa çalışılan üçrəngli, ay-ulduzlu bayrağımız bu gün öz azad və suveren vətənində əbədi olaraq dalğalanmaqdadır. Bizə Cümhuriyyət qurucularından miras qalan zəngin irs isə hər birimiz üçün zamanı aşan ən ali vəsiyyətdir: İstiqlal ruhlarda yaşayan və hər gün yenidən qorunmalı olan müqəddəs bir haqdır. Bu ali amala sahib çıxmaqla 1918-ci ilin o şanlı 28 May ruhunu yaşadır və gələcəyə aparırıq.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-01-2025, 11:00

Məhəmməd Əmin Rəsulzadənin DOĞUM GÜNÜDÜR

Cəmiyyət

28-05-2026, 09:46

Azərbaycan Xalq Cümhuriyyəti şərəfimiz və qürur mənbəyimizdir

Cəmiyyət

28-05-2025, 11:38

Azərbaycan Xalq Cümhuriyyətində dini və ideoloji təməllərin konseptual əsasları – məqalə

Cəmiyyət

27-05-2024, 13:21

Cümhuriyyət qurucularına həsr edilən yeni kitab

Cəmiyyət

18-07-2024, 18:33

Aşqarlar Kimyası İnstitutunda 22 İyul – Milli Mətbuat Günü qeyd edilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • Вчера, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • Вчера, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
  • 8-08-2026, 13:46
    Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə