• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

İqtisadiyyat

30-05-2026, 13:35

Azərbaycan Dövlət İnformasiya Agentliyi
İQTİSADİYYAT
Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid
30.05.2026.
Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid
Bakı, 30 May.

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə diqqət çəkən əsas istiqamətlərdən biri kənd təsərrüfatı məhsullarının ixrac imkanları, ənənəvi və yeni bazarlar məsələsi oldu. Müşavirədə səsləndirilən fikirlər göstərir ki, aqrar sektorun qarşıdakı inkişaf mərhələsində əsas hədəflərdən biri yalnız istehsal həcmlərinin artırılması deyil, həm də istehsal olunan məhsulların daha rəqabətli formada xarici bazarlara çıxarılmasıdır.

Bunu açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov deyib.

O bildirib ki, Azərbaycan artıq bir sıra kənd təsərrüfatı məhsulları üzrə xarici bazarlarda tanınan və rəqabət aparan ölkələr sırasındadır: “2025-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı 1 milyard 108,9 milyon ABŞ dolları təşkil edib və əvvəlki illə müqayisədə 18,5 faiz artıb. Bu göstərici aqrar sektorun qeyri-neft ixracında rolunun yüksəldiyini, kənd təsərrüfatı məhsullarının xarici bazarlarda tələbatının artdığını göstərir. Eyni zamanda, Dövlət Proqramında ixracla bağlı müəyyən edilmiş əsas hədəf indikatoru bu istiqamətin strateji əhəmiyyətini daha aydın göstərir. Belə ki, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixrac həcminin 2025-ci ildəki 1,5 milyard ABŞ dolları baza səviyyəsindən 2030-cu ilədək 6 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Bu, aqrar sektorun qarşıdakı dövrdə yalnız daxili ərzaq təminatına xidmət edən sahə kimi deyil, həm də qeyri-neft ixracının əsas dayaqlarından biri kimi inkişaf etdirilməsini nəzərdə tutur. Bu hədəf aqrar ixrac siyasətində keyfiyyətcə yeni mərhələ deməkdir. Çünki 6 milyard ABŞ dolları səviyyəsində ixrac yalnız istehsal həcmlərinin artırılması hesabına mümkün deyil. Bunun üçün məhsuldarlığın yüksəldilməsi, emal olunmuş məhsulların payının artırılması, soyuducu anbar və logistika infrastrukturunun genişləndirilməsi, beynəlxalq sertifikatlaşdırma tələblərinə uyğunlaşma, brendləşmə və yeni bazarlara çıxış eyni vaxtda təmin olunmalıdır".

Ə. Dadaşov ixrac strukturuna nəzər saldıqda pomidor, fındıq ləpəsi, mahlıc, xurma və alma kimi məhsulların ön sıralarda olmasının diqqət çəkdiyini qeyd edib. Bildirib ki, bu Azərbaycanın tərəvəzçilik, bağçılıq və pambıqçılıq üzrə müəyyən ixtisaslaşmış ixrac üstünlüklərinə malik olduğunu göstərir: "Bununla yanaşı, qarşıdakı mərhələdə əsas məsələ yalnız ixrac həcmini artırmaq deyil, ixracın strukturunu da yaxşılaşdırmaqdır. Daha çox xammal deyil, daha çox emal olunmuş, qablaşdırılmış, sertifikatlaşdırılmış və brendləşdirilmiş məhsul ixracı prioritetə çevrilməlidir. Müşavirədə də vurğulandığı kimi, ənənəvi bazarlar məsələsinə daha strateji yanaşmaq lazımdır. Azərbaycan kənd təsərrüfatı məhsullarının müəyyən hissəsini uzun illərdir formalaşmış bazarlara ixrac edir. Lakin qlobal ərzaq təhlükəsizliyi gündəliyinin dəyişməsi, bir çox ölkələrin daxili istehsalı artırmağa çalışması, logistika və ticarət zəncirlərində risklərin artması ənənəvi bazarlara yanaşmada da daha çevik siyasəti zəruri edir. Hər bir ixrac məhsulu üzrə ənənəvi bazarlarda tələbin nə qədər davamlı olacağı, həmin bazarlarda rəqabət mühiti, qiymət dəyişkənliyi və alternativ satış imkanları ayrıca təhlil edilməlidir.

Yeni bazarlara çıxış isə keyfiyyət, standartlaşma və sertifikatlaşdırma tələblərini daha da aktuallaşdırır. Qlobal bazarlarda məhsulun qəbul edilməsi yalnız qiymətlə bağlı deyil. Qida təhlükəsizliyi, məhsulun mənşəyi, qablaşdırma, sertifikatlar, davamlı təchizat və brend imici ixracın əsas şərtlərinə çevrilib. Bu baxımdan “Made in Azerbaijan” brendinin aqrar məhsullar üzrə daha sistemli təşviqi mühüm əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, aqrar ixracın güclənməsi üçün emal sənayesinin inkişafı da vacibdir: "Müşavirədə pambıqçılıq nümunəsində qeyd olunduğu kimi, məqsəd yalnız pambıq və mahlıc ixrac etmək deyil, iplik, parça və hazır məhsul istehsalını genişləndirməkdir. Bu yanaşma təkcə pambıqçılıq üçün deyil, bütövlükdə aqrar sektor üçün keçərlidir. Meyvə-tərəvəz, süd, ət, üzümçülük, fındıqçılıq və balıqçılıq məhsulları üzrə də xammaldan emala keçid ixrac gəlirlərinin artırılması üçün əsas mənbələrdən biridir.

Burada əsas iqtisadi məntiq ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulu xammal kimi ixrac edildikdə yaradılan gəlir məhdud olur. Lakin həmin məhsul emal edildikdə, çeşidləndikdə, qablaşdırıldıqda və brend məhsul kimi xarici bazara çıxarıldıqda həm əlavə dəyər artır, həm də ixrac gəlirlərinin dayanıqlılığı yüksəlir. Bu baxımdan aqrar-emal sənayesinin inkişafı ixrac strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.

Soyuducu anbar və logistika infrastrukturu ixrac potensialının genişləndirilməsi üçün əsas şərtlərdən biridir. Son illərdə Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarların yaradılması məhsul itkilərinin azaldılması və bazara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayıb. Bu tutumun 500 min tona çatdırılması hədəfi xüsusilə meyvə-tərəvəz, bostan məhsulları və ixracyönümlü məhsullar üçün böyük əhəmiyyət daşıyır. Çünki məhsulu saxlamaq, çeşidləmək, qablaşdırmaq və bazara uyğun vaxtda çıxarmaq fermerin gəlirinə və ixracın sabitliyinə birbaşa təsir edir.

Hesab edirik ki, aqrar ixracın yeni mərhələsində üç əsas istiqamət ön plana çıxır: bazarların diversifikasiyası, məhsulun əlavə dəyərinin artırılması və logistika imkanlarının gücləndirilməsi. Ənənəvi bazarlarda mövqelərin qorunması vacibdir, lakin bununla yanaşı, yeni bazarların araşdırılması, ixrac coğrafiyasının genişləndirilməsi və məhsul çeşidinin artırılması da əsas prioritet olmalıdır".

Ə. Dadaşov qeyd edib ki, xarici bazarlara çıxışda fermerlərin və aqrobiznes subyektlərinin məlumatlılığı da mühüm rol oynayır: "Müasir bazar yalnız məhsul tələb etmir, standart tələb edir. Ona görə fermerin məhsulu ixrac tələblərinə uyğun yetişdirməsi, sertifikatlaşdırma qaydalarını bilməsi, qablaşdırma və keyfiyyət standartlarına riayət etməsi ixrac potensialının reallaşması üçün vacibdir. Bu baxımdan informasiya-məsləhət xidmətləri ixrac yönümlü kənd təsərrüfatının əsas alətlərindən birinə çevrilməlidir.

İxracın artırılması təkcə kənd təsərrüfatı istehsalçılarının deyil, həm də emal müəssisələrinin, logistika şirkətlərinin, ixracatçıların, sertifikatlaşdırma qurumlarının və dövlət dəstəyi mexanizmlərinin koordinasiyalı fəaliyyətini tələb edir. Əgər aqrar məhsul xammal kimi deyil, emal olunmuş, qablaşdırılmış, standartlara uyğun və brend məhsul kimi ixrac edilərsə, həm ixrac gəlirləri artar, həm də “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda mövqeyi güclənər. Nəticə etibarilə, müşavirədə ixracla bağlı səsləndirilən istiqamətlər aqrar sektorun yeni inkişaf fəlsəfəsini ortaya qoyur. Əsas hədəf yalnız daha çox məhsul ixrac etmək deyil, daha rəqabətli, daha yüksək əlavə dəyərli və daha dayanıqlı ixrac modeli formalaşdırmaqdır. Bunun üçün istehsal, emal, logistika, sertifikatlaşdırma, brendləşmə və yeni bazarlara çıxış vahid siyasət zənciri kimi qurulmalıdır.

Dövlət Proqramında kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının 6 milyard ABŞ dollarına çatdırılması hədəfi aqrar sektorun qeyri-neft ixracında rolunun əhəmiyyətli dərəcədə artacağını göstərir".

Paylaş:
Digər xəbərlər

Gündəm

1-12-2023, 18:12

Fermerlərə dəstəklə bağlı tədbir keçirilib

İqtisadiyyat

21-05-2025, 14:25

Xarici bazarlara tərəvəz ixracında 5,8 faiz artım qeydə alınıb

Cəmiyyət

27-12-2024, 15:03

Baş Prokurorluq: Kənd təsərrüfatı ixracından əldə olunan 139 milyon manat ölkəyə qaytarılıb

Cəmiyyət

20-12-2024, 15:04

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 41,3 milyon dollar Azərbaycana qaytarılıb

Cəmiyyət

27-11-2025, 12:39

Bakıda “Mövsüm yarmarkası” təşkil olunacaq

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:56
    Dövlət Proqramının qaliblərinə xaricdə təhsil prosesi ilə bağlı məlumat verilib
  • Вчера, 15:53
    Baş prokuror paytaxtın Nəsimi rayonunda vətəndaşlarla görüşüb
  • Вчера, 15:50
    İsmayıllıda 10 tondan çox çətənə kolu məhv edilib
  • Вчера, 15:40
    AHİK: Süni intellektin tətbiqi əsassız ixtisarlara səbəb olmamalıdır
  • Вчера, 15:31
    Azərbaycan və İsveçrə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı və regional gündəliyi müzakirə ediblər
  • Вчера, 15:28
    Professor: Türkiyə–Azərbaycan əməkdaşlığı Orta Dəhlizi Avrasiya dəyər zəncirinə çevirir
  • 3-08-2026, 19:21
    İyulun ikinci yarısında Elm və Təhsil Nazirliyinə 53 mindən çox vətəndaş müraciəti daxil olub
  • 3-08-2026, 19:20
    Bakı Qızlar Universiteti tələbələrinin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb
  • 3-08-2026, 19:18
    Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
  • 3-08-2026, 19:15
    Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır
  • 3-08-2026, 19:13
    Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir
  • 3-08-2026, 19:10
    Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar
  • 3-08-2026, 19:06
    Türkiyənin HAVELSAN şirkəti Ankara və Bakının müdafiə sahəsində əməkdaşlığına töhfə verir
  • 3-08-2026, 19:03
    Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib
  • 2-08-2026, 14:30
    Təhsil Tələbə Krediti Fondu yeni müraciət dövrünü açıq elan edir
  • 2-08-2026, 14:28
    FHN: Kəlbəcərdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
  • 2-08-2026, 14:25
    Zəngilanda Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin açılışı olub
  • 1-08-2026, 12:02
    1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 1-08-2026, 12:00
    Azərbaycan neftinin qiyməti 101 dollar olub
  • 1-08-2026, 11:58
    Yol polisindən sürücülərə və piyadalara çağırış
  • 1-08-2026, 11:56
    Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
  • 31-07-2026, 15:19
    BMU məzunu Böyük Britaniyada kibertəhlükəsizlik üzrə təhsil alacaq
  • 31-07-2026, 14:35
    Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi
  • 31-07-2026, 14:29
    Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
  • 31-07-2026, 11:36
    Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa
  • 31-07-2026, 11:30
    Qarabağ Universiteti ixtisaslar üzrə minimal keçid ballarını açıqlayıb
  • 31-07-2026, 11:25
    Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
  • 31-07-2026, 11:20
    Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
  • 30-07-2026, 14:37
    Mərkəzi Asiya-Azərbaycan: Tarixinin ən yüksək səviyyəsinə çatan Azərbaycan-Qırğızıstan münasibətləri
  • 30-07-2026, 14:33
    Azərbaycan nefti 98 dollardan baha satılır
  • 30-07-2026, 14:31
    Məktəbəhazırlıq qruplarına 16 mindən çox uşaq qeydiyyatdan keçib
  • 30-07-2026, 14:26
    Bu gün Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günüdür
  • 30-07-2026, 14:23
    Bu gün Beynəlxalq Dostluq Günüdür
  • 29-07-2026, 19:46
    Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 14:55
    Azərbaycan Qazaxıstanla tərəfdaşlığın prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə