• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH

Siyasət

29-06-2025, 11:31

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
ŞƏRH
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Bakı, 29 iyun.

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksiyalar bir neçə yanaşı məqsədə xidmət edir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Qeyd edib ki, ilkin məqsəd Ermənistanda baş verən kilsə-hökumət qarşıdurması ilə bağlıdır. Bu, Rusiyanın “çoxvektorlu təsir siyasəti”nin tipik nümunəsidir. Bu prosesə mərhələli şəkildə nəzər salan deputat deyib: “Paşinyan hakimiyyəti ilə Ermənistan Apostol Kilsəsi arasındakı gərginlik pik həddə çatıb. Kilsə Paşinyanı ənənəvi dəyərlərə xəyanətdə və Qərbə meyildə ittiham edir, Paşinyan isə kilsənin siyasi təsirini məhdudlaşdırmağa çalışır. Bu mübarizədə Ermənistan cəmiyyətinin radikal-ultramillətçi seqmenti kilsənin ətrafında cəmlənib.

Moskva isə çoxdan Ermənistanda kilsəni “yumşaq güc aləti” və siyasi təsir mexanizmi kimi dəstəkləyir. Çünki kilsə həm Rus Pravoslav Kilsəsi ilə tarixi əlaqələrə malikdir, həm kilsənin mövqeyi postsovet məkanında Rusiyanın “ənənəvi dəyərlər” ritorikasına uyğun gəlir. Yəni, Moskva üçün kilsə – Ermənistanda və Cənubi Qafqazda imperiyanın ənənəvi dayaqlarından biri rolunu oynayır.

Bu xüsusda, azərbaycanlılara və ümumən müsəlman miqrantlara qarşı zorakılıq Moskva üçün iki istiqamətdə mesaj funksiyası daşıyır: Daxildəki radikal elektorata göstərir ki, “Rusiya sərt əl prinsipini qoruyur, əzici üstünlüyünü təmin edir”.

Ermənistanda kilsə ətrafında cəmlənən ultramillətçi qüvvələrə isə ötürür ki, Moskva Qafqazda “türk-müsəlman təhlükəsi” ilə mübarizə aparır və öz nüfuzunu saxlayır.

Başqa sözlə, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı təzyiqləri, qətllər, “etnocinayətkarlıq” etiketi təkcə Rusiyada islamofobiya yaratmır. Bu həm də Ermənistandakı müəyyən dairələr üçün “görürsünüzmü, Rusiya sizin əbədi müttəfiqinizdir, ortaq düşmənimiz türk-müsəlman dünyasıdır” mesajıdır.

Çox güman ki, azərbaycanlılara qarşı zorakılıq dalğasında Moskva, eyni zamanda Ermənistandakı kilsə və ultramillətçi qruplara aşağıdakı mesajları verir: “Biz sizin tarixi-mifik “düşmənlərinizə” qarşı sərt mövqedəyik, bizim nüfuzumuz olmadan regionda heç kəs sizi türk-müsəlman üstünlüyundən qoruya bilməz və siz də bu mövzunu təbliğatda istifadə edin və ictimai rəyə ötürün”.

Bu, həm Rusiyanın regiondakı mövqelərini möhkəmlətmək, həm də daxildə millətçi konsolidasiyanı gücləndirmək məqsədi güdən çoxplanlı siyasətdir.

Digər tərəfdən, Rusiyanın siyasi dairələri iqtisadi çətinliklər, beynəlxalq təcrid, Ukrayna müharibəsinin yaratdığı sosial gərginliklər fonunda yaranan yarıgizli narazılığı ənənəvi qaydada fərqli istiqamətlərə yönləndirməyə çalışır. Tarixən də Rusiyada siyasi və iqtisadi böhran dövrlərində daxili düşmən obrazı yaratmaq ənənəsi olub. Antimiqrant ritorikası da bu kontekstdə klassik “günah keçisi” axtarmaq strategiyasıdır.

Bütün bu hadisələrin ana xəttində dayanan amil Rusiya dövlətçiliyində imperiya şüurunun mühüm elementi olan “rus xalqının aparıcı rolu” ideologiyasıdır.

Şovinist mövqelər, “Rusiya ruslar üçündür” tipli çağırışlar, multietnik federativ modelin de-fakto tənəzzülə uğradığını göstərir. Bu isə daxildə sərt mərkəzləşməni legitimləşdirilmə meyillərini gücləndirir.

Sosial təbəqələrarası ixtilafların aləti kimi miqrantlar, əsasən ən aşağı ödənişli, ağır işlərdə çalışırlar. Bu səbəbdən yoxsul rus təbəqələri ilə miqrantlar arasında rəqabət və qısqanclıq yaranır. Hakimiyyət bunu bilərəkdən şişirdir, sosial-iqtisadi problemləri “əcnəbilərin” üzərinə yıxır.

Bu strategiya qısamüddətli siyasi dividendlər gətirsə də, uzunmüddətli perspektivdə Rusiyanın daxili sabitliyini daha da zəiflədə, etnik və dini zəmində qarşıdurmaları dərinləşdirə bilər. Müasir dünyada etnik və dini müxtəlifliyin düşmən obrazına çevrilməsi yalnız cəmiyyətdə parçalanmanı artırır.

Mövcud vəziyyətdən həm də öz maraqları üçün yararlanan Solovyov kimi şəxslər də öz auditoriyasına “daxili düşmən və xarici təhlükə” konsepsiyası satmaqda davam edirlər. Azərbaycanlı miqrantları, ümumən türkdilli xalqları təhlükə kimi təqdim etmək asan üsuldur, çünki Rusiyada tarixi stereotiplər yetərincə güclüdür. Bu ritorika həm islamofobiya, həm də türkofobiyadan qaynaqlanır. Eyni zamanda Rusiya ultramillətçi əhval-ruhiyyəni gücləndirən “bizə tabe olmayan qonşu pis qonşudur” mesajını verir”.

Elçin Mirzəbəyli vurğulayıb ki, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər türk, müsəlman xalqların nümayəndələrinə qarşı aparılan şovinist, diskriminasiya və islamofob siyasət təsadüfi deyil. Bu siyasətin başında hakim siyasi dairələr dayanır. Əslində bu, əsrlər boyu müxtəlif xalqlara qarşı həyata keçirilən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır.

Rusiya mövcud daxili və xarici siyasətinin mahiyyətini anlamaq üçün Ukraynada baş verənlərə diqqət yetirmək kifayətdir. Əgər Rusiya rəhbərliyi qardaş slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət aparır, Buçada və digər şəhərlərdə mülki insanları qırır, kəndləri və şəhərləri yer üzündən silir, milyonlarla insanı didərgin salırsa, digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil.

1990-cı illərdə Orta Asiya və Qafqazdan olan miqrantlara qarşı qəddarlığı ilə seçilən skinhed dəstələrini xüsusi xidmət orqanları himayə edirdi. Bugünkü Rusiyada artıq həmin qruplara ehtiyac yoxdur. Bu vəzifəni birbaşa polis, OMON və FSB daha açıq, daha qəddar şəkildə icra edir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər bunun bariz sübutudur. Hadisənin detalları Rusiyada digər xalqlara qarşı nifrətin dövlət səviyyəsində qorunduğunu göstərir.

“Rusiya hüquq-mühafizə orqanlarının ortaya atdığı “etnocinayətkarlıq” anlayışı da bu siyasətin tərkib hissəsidir. Məqsəd Orta Asiyadan və Qafqazdan gələn insanları əvvəlcədən cinayətkar kimi damğalamaq, ictimai rəyə təsir etmək və gələcək təqiblərə hüquqi əsas yaratmaqdır. Bugünkü Rusiya repressiyaları artıq Stalin dövrünün metodlarını belə geridə qoyur. O zaman belə insanlar formal da olsa məhkəmə qarşısında dayanır, Sibir düşərgələrinə göndərilirdi. İndi isə küçədə, evdə işgəncə verərək öldürmək adi hala çevrilib.

Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır.

Bu proseslər təsadüfi deyil. Azərbaycanın öz milli maraqları əsasında yürütdüyü müstəqil siyasət və regiondakı güclənən mövqeyi Rusiya mediasını və siyasi çevrələrini narahat edir. Ona görə də ritorika sərtləşir. Lakin bu qısamüddətli təzyiqdir və faktiki reallığı dəyişmir. Əksinə, Azərbaycana qarşı bu cür hücumlar ictimaiyyətimizdə milli həmrəylik və soyuqqanlı diplomatik mövqe ətrafında daha sıx birləşmə tendensiyasını gücləndirir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

13-04-2024, 10:51

Fransa terrorçu simasını gizlədə bilmir - RƏY

Siyasət

29-06-2025, 11:20

Yekaterinburqda baş verən hadisələrdə xüsusi kampaniya əlamətləri açıq şəkildə görünür RƏY

Siyasət

6-03-2024, 21:46

Rusiyalı politoloq: Paşinyanın KTMT ilə bağlı bəyanatı siyasi xarakter daşıyır

Siyasət

14-01-2025, 17:42

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibinə və İnsan hüquqları üzrə Ali Komissarına məktublar ünvanlayıb

Siyasət

27-03-2024, 20:12

Baş redaktor: “Solovyovun uydurmalarının arxasında bir neçə məkrli məqsəd var”

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 20:09
    BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
  • Вчера, 20:04
    Masallıda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb
  • Вчера, 13:37
    Dövlət icra məmurluğu üzrə test imtahanının keçiriləcəyi tarix açıqlanıb
  • Вчера, 13:31
    FHN: İyulun 6-da Şüvəlan qəsəbəsində dənizdə batan şəxsin axtarışları davam etdirilir
  • Вчера, 13:28
    Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib
  • Вчера, 13:26
    Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssisləri Bakıda görüşüblər
  • 9-07-2026, 23:08
    MİQ iştirakçıları imtahan yeri və vaxtını sabah öyrənəcəklər
  • 9-07-2026, 23:06
    Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
  • 9-07-2026, 23:04
    Hüquq təhsili alan 400-dən çox tələbə yay aylarında könüllülük fəaliyyətinə cəlb olunub – MÜSAHİBƏ
  • 8-07-2026, 15:47
    Dövlət Miqrasiya Xidməti ilk yarımildə 9757 inzibati hüquqpozma üzrə qərar qəbul edib
  • 8-07-2026, 15:43
    FHN və DSX birgə təlim keçirib
  • 8-07-2026, 15:40
    Orta Dəhliz təkcə iki qitənin ticarət yolu funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var
  • 8-07-2026, 15:35
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 8-07-2026, 13:23
    Sabirabadda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
  • 8-07-2026, 13:19
    BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlayacaq
  • 8-07-2026, 13:15
    Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir
  • 8-07-2026, 13:08
    Azərbaycan və İordaniya arasında vizasız rejim elan olunub, yeni sazişlər imzalanıb
  • 7-07-2026, 21:32
    Bakı-Sumqayıt şosesində avtomobildə yanğın baş verib, sıxlıq yaranıb
  • 7-07-2026, 21:30
    Rusiyada 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb
  • 7-07-2026, 21:27
    Müdafiə nazirinin müavini və bir qrup hərbi qulluqçu təltif edilib
  • 7-07-2026, 13:24
    Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
  • 7-07-2026, 13:20
    Nəsimi rayonunda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 7-07-2026, 13:19
    FHN: Mərdəkanda dənizdə batan şəxsin axtarışları davam edir
  • 7-07-2026, 13:17
    DİN: Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 7-07-2026, 13:14
    Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
  • 6-07-2026, 15:00
    Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb
  • 6-07-2026, 14:56
    Daimi əsaslarla işləyən işçiyə müddətli müqavilə tətbiq edilə bilməz – Ali Məhkəmə
  • 6-07-2026, 14:54
    Bakıda avtobusda yanğın baş verib, xəsarət alan olmayıb
  • 6-07-2026, 14:52
    Bu gün Ümumdünya Kardioloq Günüdür
  • 6-07-2026, 14:50
    Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib
  • 6-07-2026, 10:42
    “AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib
  • 6-07-2026, 10:40
    Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq
  • 6-07-2026, 10:37
    Dövlət qulluğu üzrə imtahanlarda uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb
  • 6-07-2026, 10:36
    Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 6-07-2026, 10:33
    FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə