Bakı, 15 dekabr.
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Adil Abdullayevə “general-leytenant” ali hərbi rütbəsi, Fərhad Səmədov və Seymur Qaraşova “general-mayor” ali hərbi rütbəsi, Vaqif İbrahimova isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.