• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları - 34 ilin təntənəsi

Cəmiyyət

12-03-2026, 11:28

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
REPORTAJ
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları - 34 ilin təntənəsi.
12.03.2026.
Gələcəyin zabitlərinin hazırlandığı Hərbi İnstitutda bir gün
Bakı, 12 mart.

Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 34 il ötür. Daxili işlər orqanlarının tərkibində önəmli yerlərdən birini tutan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçib, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib.

Ərazi bütövlüyümüzün bərpasında vacib rol oynamış Daxili Qoşunlar, həmçinin ölkəmizdə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevrilib.

Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Həmin qoşun növünün peşəkar kadr özəyinin formalaşmasında isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu mühüm əhəmiyyət kəsb edir.

Daxili Qoşunların Hərbi İnstitutu Azərbaycanın daxili işlər orqanlarında mühüm rol oynayan ali hərbi təhsil ocaqlarından biridir. Həmin institutda gələcəyin zabitləri həm nəzəri biliklər, həm də praktik hərbi hazırlıqla peşəkar şəkildə yetişdirilir. Burada təhsil alan kursantlar Vətənə sədaqət, nizam-intizam və yüksək məsuliyyət ruhunda formalaşırlar.

Daxili Qoşunların gündəlik fəaliyyətinin əsasını yüksəksəviyyəli hazırlıq və fasiləsiz tədris təşkil edir

Reportaja Tədris binası ilə tanışlıqla başladıq. Müasir avadanlıqlar və ən son texnoloji yeniliklərlə təchiz olunmuş bina, hərbi elmlərin nəzəri əsaslarının dərindən mənimsənilməsi üçün hər bir şəraitə malikdir. Yüksəksəviyyəli maddi-texniki baza ilə təmin olunan korpusda yaradılan mühit, kursantların həm hərbi, həm də humanitar biliklərini ən yüksək səviyyədə artırmağa xidmət edir. Bu divarlar arasında hər gün yüzlərlə gənc Vətənin keşiyində daha savadlı, peşəkar, intizamlı və qətiyyətlə durmaq üçün biliklərə yiyələnirlər.

Daxili Qoşunlar Birinci Qarabağ müharibəsində ağır və şanlı döyüş yolu keçib, 2020-ci ildə 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin sentyabrında antiterror əməliyyatlarında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Bu gün də Daxili Qoşunların şəxsi heyəti polis əməkdaşları ilə birgə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində xidmətini əzmlə davam etdirir. Məhz bu döyüş yolu, qəhrəmanlıq ənənəsi və xidmətə sədaqət gənc nəslin, xüsusilə də kursantların mənəvi tərbiyəsində mühüm rol oynayır.

Birgə tədris məşğələləri, onlayn dərslər, Atəş hazırlığı dərsləri...

Müasir hərbi təhsil sistemində onlayn dərslər və birgə tədris məşğələləri mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirlər kursantların nəzəri biliklərini və praktiki bacarıqlarını zənginləşdirməklə yanaşı, müxtəlif təhsil müəssisələrinin pedaqoji təcrübə mübadiləsinə, interaktiv öyrənmənin təşviqinə və innovativ metodların tətbiqinə şərait yaradır. İnstitutda bu istiqamətdə əhəmiyyətli addımlar atılır. DİN Polis Akademiyası ilə keçirilən onlayn dərslər kursantların hərbi biliklərinin daha da inkişafı üçün xüsusi imkanlar yaradır. Həmin metod həm biliklərin artırılmasına, həm də qarşılıqlı ünsiyyət və birgə öyrənmə mühitinin formalaşmasına yönəlib.
Daxili Qoşunların gündəlik fəaliyyətinin əsasını yüksəksəviyyəli hazırlıq və fasiləsiz tədris təşkil edir. Müasir standartlara cavab verən tədris siniflərində kursantlar hərbi elmin sirlərinə dərindən yiyələnirlər. Burada Atəş hazırlığı dərslərində dəqiqlik, Taktiki hazırlıq siniflərində isə çevik qərarvermə qabiliyyətləri aşılanır.

Hərbi təhsil təkcə biliklə bitmir, o, həm də polad iradə və sarsılmaz fiziki güc tələb edir. Sinif otaqlarında keçilən dərslər təlim meydançasında kursantların dözümlülük sınağına çəkildiyi fiziki hazırlıq məşqləri və praktik təlimlərlə davam edir. Maneələr zolağının böyük çevikliklə keçilməsi, kursantların hər bir maneəni dəf edərkən nümayiş etdirdikləri qətiyyət onların çətin şəraitdə tapşırıq icra etmək bacarığını göstərir.

Tədris prosesində əsas məqsəd kursantlara yalnız nəzəri biliklərin aşılanması deyil, həmin biliklərin xidmət fəaliyyəti ilə uzlaşdırılması, peşə bacarıqlarına çevrilməsi və tətbiqi düşüncə ilə möhkəmləndirilməsidir. Bu səbəbdən tədrisdə klassik hərbi hazırlıq ənənələri ilə yanaşı, müasir təlim texnologiyaları, innovativ metodlar da geniş şəkildə istifadə olunur.

Mövcud infrastruktur kursantların peşə hazırlığının daha sistemli, məqsədyönlü və keyfiyyətli şəkildə həyata keçirilməsinə imkan verir. Bununla yanaşı, Türkiyə Jandarma Akademiyası və Polis Akademiyası ilə təşkil olunan birgə onlayn dərslər kursantların fərqli təcrübələrlə tanış olmasına, peşə hazırlığına daha geniş baxış əldə etməsinə və qarşılıqlı təcrübə mübadiləsindən faydalanmasına şərait yaradır.

Təhsil prosesi yalnız peşə bilikləri ilə məhdudlaşmır. Kursantlarda məsuliyyət hissinin, xidməti davranış mədəniyyətinin, peşə etikasının, idarəetmə bacarığının və insani dəyərlərin formalaşdırılmasına da xüsusi önəm verilir.

Praktiki hazırlıq zabit hazırlığının ayrılmaz tərkib hissəsidir. Hərbi İnstitutda bu, sistemli və mərhələli şəkildə təşkil olunur. Məqsəd kursantın nəzəri hazırlığını xidmət mühitinə yaxın şəraitdə tətbiq etmək bacarığını formalaşdırmaqdır. Bu baxımdan praktiki məşğələlər, fiziki hazırlıq və səhra təlimləri xüsusi yer tutur.

Fiziki hazırlıq gələcək zabitin peşəkar formalaşmasında mühüm amillərdən biridir. Bu istiqamətdə kursantlarda dözümlülük, çeviklik, iradə, intizam və yüksək fiziki hazırlıq səviyyəsinin formalaşdırılmasına xüsusi diqqət yetirilir. Çünki zabitin peşə hazırlığı yalnız nəzəri və taktiki biliklərlə deyil, eyni zamanda, fiziki dayanıqlılıqla da tamamlanmalıdır.

Tədris planına uyğun olaraq kursantlar səhra təlimlərinə cəlb olunurlar. Real döyüş şəraitinə yaxın şərtlərdə keçirilən həmin təlimlər kursantların operativ düşüncəsinin, qərarvermə bacarığının və praktiki hazırlığının inkişafına xidmət edir.

Şəhid məzunların xatirəsi tərbiyə prosesinin mühüm mənəvi dayaqlarından biri kimi yaşadılır

İnstitutun məzunlarının döyüş yolu kursantların tərbiyəsində mühüm mənəvi və ideoloji əhəmiyyət daşıyır. Bu, yalnız keçmişin yad olunması deyil, eyni zamanda, gələcək zabitlərin peşə məsuliyyəti, xidmətə sədaqət və vətənpərvərlik ruhunda formalaşması üçün canlı örnəkdir.

Şəhid və qəhrəman məzunların həyat yolu kursantlar üçün sadəcə məlumat xarakterli fakt deyil. Bu nümunələr kursantlarda xidmətə münasibətin düzgün formalaşdırılmasına, zabit peşəsinin mahiyyətinin dərk olunmasına və mənəvi möhkəmliyin güclənməsinə ciddi təsir göstərir. Məhz buna görə şəhid məzunların adlarının institutda konfrans zalına, auditoriyalara və digər məkanlara verilməsi, ailələrinin mütəmadi olaraq instituta dəvət edilməsi, yaşadıqları ünvanlara ziyarətlərin təşkili, eləcə də məzarlarının ziyarət olunması daim diqqət mərkəzində saxlanılır.

Bu yanaşma göstərir ki, şəhid məzunların xatirəsi institutda yalnız anılmır, eyni zamanda, tərbiyə prosesinin mühüm mənəvi dayaqlarından biri kimi yaşadılır. Onların qəhrəmanlıq yolu gələcək zabit nəslinin formalaşmasında əhəmiyyətli mənəvi məktəb funksiyası daşıyır.

Kursantların asudə vaxtları, istirahətləri və qidalanmaları ən yaxşı formada təşkil olunur

Hərbi təhsil müəssisələrində maddi-texniki tədris bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və kursantların hərtərəfli inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə ötən tədris dövründə həyata keçirilən ən mühüm layihələrdən biri də müasir tələblərə cavab verən Muzey-Kitabxana Kompleksinin yaradılması olub. Kompleks üç hissədən ibarətdir: kitabxana, elektron kitabxana və muzey.

Muzey bölməsində institutun yaranma və inkişaf mərhələləri, Daxili Qoşunların fəaliyyətini, Vətən müharibəsində və digər döyüşlərdə göstərilən qəhrəmanlıq nümunələrini əks etdirən sənəd, foto və eksponatlar, həmçinin şəhid məzunların əşyaları toplanıb. Həmin materiallar kursantlara institutun tarixi barədə bilik verir, onların milli kimlik şüurunu və qəhrəmanlıq ənənələrinə sədaqətini möhkəmləndirir.

Kitabxana hissəsi isə zəngin çap ədəbiyyatı fondu, geniş tematik spektri və elektron bazası ilə seçilir. Kitabxanada 3 minə yaxın kitab var və onun gələcəkdə daha da zənginləşdirilməsi nəzərdə tutulub.

Elektron kitabxana kursantlara və pedaqoji heyətə hərbi ədəbiyyata, tarixi mənbələrə və beynəlxalq elmi resurslara operativ çıxış imkanı təmin edib. İnternet bağlantısı sayəsində burada elmi araşdırmalar aparmaq, beynəlxalq məlumat bazasına çıxış əldə etmək və müasir tələblərə uyğun işlər hazırlamaq mümkündür.

Hərbi xidmətin çətin və şərəfli yollarında şəxsi həyatın sosial rifahı hər zaman diqqət mərkəzindədir. Elə bu qayğının təzahürü olaraq, zabit və kursantların istifadəsinə verilən müasir kafe, hərbi şəhərciyin mənəvi dincəlmə nöqtəsinə çevrilib. Zövqlə tərtib olunmuş interyer, isti abu-havası və kursantların asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait, burada hər bir hərbi qulluqçunun özünü doğma ocağındakı kimi hiss etməsinə imkan yaradır.

Yaradılan bu şərait Daxili Qoşunlarda şəxsi heyətə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür.

Şəxsi heyətin istirahətinin təşkili məqsədilə kursant yataqxanasında hər bir şərait ən müasir səviyyədə qurulub. Bura hər bir kursantın ikinci evi, mənəvi dincəlmə və özünü növbəti xidmət gününə hazırlama ocağıdır. İşıqlı otaqlar, ideal təmizlik və hər bir detalda nizam-intizam Daxili Qoşunların kursantına verilən dəyərin bariz nümunəsidir. Burada hər bir çarpayının səliqə ilə düzülməsi, şəxsi əşyaların öz yerində olması təkcə məişət şəraiti deyil, həm də gələcəyin zabitini xaraktercə formalaşdıran daxili intizamın təzahürüdür. Geniş və rahat yataq otaqları kursantların xidməti tapşırıqları daha enerjili yerinə yetirməsinə zəmin yaradır.

Hərbi xidmətin gərgin rejimi kursantlardan həm fiziki, həm də mənəvi dözümlülük tələb edir. Həmin dözümlülüyün və enerjinin bərpa mərkəzi isə ən müasir standartlara uyğun qurulmuş kursant yeməkxanasıdır. Geniş və işıqlı salonu yüksək sanitar-gigiyena qaydalarına riayət olunan mətbəxi ilə seçilən bu məkan şəxsi heyətin yüksək kalorili və keyfiyyətli qidalanmasını təmin edir. Peşəkar aşpazlar tərəfindən hazırlanan müxtəlif növ təamlar və hərbi rasiona uyğun zəngin menyu hər bir kursantın sağlam inkişafı üçün nəzərdə tutulub. Burada hökm sürən səliqə-sahman və nizamlı qidalanma prosesi dövlətimizin öz əsgərinə olan hərtərəfli qayğısının növbəti bariz nümunəsidir.

Şüarları dəyişilməzdir: Daxili Qoşunlarda xidmətimlə fəxr edirəm...

Hərbi İnstitutla tanışlıqdan sonra həmin ali hərbi təhsil ocağının kursantları ilə də söhbət etmək imkanımız oldu.

Uşaqlıqdan hərbiyə olan marağının onu DQ Hərbi İnstitutunda xidmət etməyə sövq etdiyini bildirən kursant Rəvan Əsgərzadə fikirlərinə belə davam edib: "2023-cü ildən Hərbi İnstitutda təhsil alıram. Artıq üç ildir ki, Hərbi İnstitutda peşəkar zabit-müəllim heyəti tərəfindən aldığım həm nəzəri, həm də praktiki dərslər gələcəkdə peşəkar zabit kimi yetişməyimə daha da qatqı qatır. DQ-nin əsas vəzifəsi ölkəmizdə sabitliyin, ictimai asayişin qorunmasına töhfə verməkdir. Biz bu vəzifənin öhdəsindən layiqincə gəlirik. DQ-nin istənilən hərbi hissəsində xidmət etmək bizim vəzifə borcumuzdur. Hər zaman dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməyi özümüzə borc bilirik. Gənc hərbi qulluqçular olaraq üzərimizə düşən məsuliyyəti dərk edir və Vətənimiz naminə daim hazır olmağa çalışacağıq. Daxili Qoşunlarda xidmət etməyimlə fəxr edirəm".



Kursant Əbülfəz Ceyranov da kiçik yaşlarından daxilində formalaşan hərb peşəsinə sevgisinin ardınca getdiyini və Hərbi İnstituta qəbul olmaq üçün var-qüvvəsi ilə çalışdığını bildirib: "Abituriyent kimi hazırlaşmaqla yanaşı, həm idmanla məşğul olaraq, həm də təhsilimə daha məsuliyyətli yanaşaraq özümü inkişaf etdirməyə çalışırdım. Burada təhsil almağa başladıqdan sonra insan özünü daha da yaxşı tanımağa başlayır. Özündə olan mənfi və müsbət xüsusiyyətləri görməyə imkanı yaranır. Həmçinin yeni qabiliyyət və keyfiyyətlər əldə edirsən. Şəxsi keyfiyyətlərdən daha çox liderlik, şəxsi heyəti idarəetmə, daha yaxşı analiz etmə bacarıqları formalaşır. Buranı bitirdikdən sonra DQ hərbi hissələrindən birində xidmətə başlayacağam. Xidmət edəcəyim bölgənin hara olacağı mənə çox da fərq etmir. Əsas odur ki, Azərbaycan Respublikasında xidmət edirik".



Daxili Qoşunlar Gününü Hərbi İnstitutun şəxsi heyəti ilə birlikdə qeyd etdik

Hərbi İnstitutu ziyarətimiz zamanı ali hərbi təhsil ocağında Daxili Qoşunların yaranmasının növbəti ildönümünü birgə qeyd etdik.

Daxili Qoşunlar Gününə həsr olunmuş tədbir çərçivəsində Hərbi İnstitutun Qərargah binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü, o cümlədən binanın həyətində Daxili Qoşunların şəhid mənsublarının xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ziyarət olundu, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirələrinə ehtiram ifadə edildi. Daha sonra Hərbi İnstitutun həyətində təntənəli mərasim keçirildi.

Mərasim Daxili Qoşunların yaranmasına həsr olunmuş xüsusi videoçarxın nümayişi ilə başa çatdı.

İnstitutun məzunlarından 6 nəfər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb

Hərbi İnstitutun darvazasından çölə addım atdıqda özümüzdən geridə sarsılmaz intizam mühitində yetişən bir gələcək qoyub çıxdıq. Kiçik bir şəhərciyi xatırladan Hərbi İnstitutda xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının hazırlanması üçün hər cür şərait var. Burada boşa gedən bir saniyə belə yoxdur. Hər gün yüksələn xətlə inkişaf, bir fərd kimi püxtələşmək, vacib bir missiyanın yükünü çiyinlərdəki iki ulduza sığdıracaq qədər təkmilləşmək var. Hər il həmin məsuliyyəti üzərinə götürən yeni mənsublar asayişin mühafizəsini daha da möhkəmləndirirlər.

Onlar Daxili Qoşunlarda xidmətləri ilə, biz isə onlarla fəxr edirik. Gününüz mübarək Vətənin və millətin sadiq keşikçiləri!

Xatırladaq ki, Daxili Qoşunlar torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda aparılan Birinci Qarabağ müharibəsində, Vətən müharibəsində, eləcə də antiterror əməliyyatında fəal iştirak edib. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 5 nəfər itkin düşüb, 1178 nəfər yaralanıb, 9 nəfər “Milli Qəhrəman” adına layiq görülüb. Vətən müharibəsində isə 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb, 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

İnstitutun məzunlarından 6 nəfər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb, 2 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Paylaş:
Digər xəbərlər

Siyasət

27-02-2026, 11:51

Daxili Qoşunların Hərbi İnstitutu kursant qəbulu elan edir

Cəmiyyət

20-06-2025, 12:10

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub

Cəmiyyət

14-01-2025, 17:58

DİN-in Daxili Qoşunlarının ötənilki fəaliyyəti yüksək qiymətləndirilib

Cəmiyyət

12-03-2026, 11:23

Sabitliyin və əmin-amanlığın keşiyində

Cəmiyyət

10-10-2025, 13:37

Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirə edilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • Сегодня, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • Сегодня, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
  • 14-08-2026, 10:30
    Azərbaycan nefti 93,97 dollara satılır
  • 14-08-2026, 10:27
    Xankəndi şəhərinə növbəti köç yola salınıb
  • 14-08-2026, 10:24
    Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir
  • 13-08-2026, 17:13
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • 13-08-2026, 17:09
    Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş
  • 13-08-2026, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • 13-08-2026, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • 13-08-2026, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • 12-08-2026, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • 12-08-2026, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • 12-08-2026, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə