Azərbaycanda fəaliyyət göstərən ən yaşlı vəkil Səttarova Türrə (13.07.1936 – 87 yaş), ən gənc vəkil isə Məmmədova Nuranədir (22.08.1999 – 24 yaş).
Bu fakt Vəkillər Kollegiyasının 2023-cü il üzrə fəaliyyəti barədə hesabatda yer alıb.
Vəkillər Kollegiyasının məlumatına əsasən, hazırda ölkəmizdə fəaliyyət göstərən 2431 vəkildən 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir. Eyni zamanda, ötən altı ildə ölkəmizdə Vəkil Bürolarının sayı da təxminən dörd dəfə artaraq 135-ə çatıb.