Bakı, 21 aprel.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən cari il aprelin 24-də Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə vətəndaşlara əlavə məlumat veriləcək.