• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı

Cəmiyyət

10-05-2026, 11:13

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ELM VƏ TƏHSİL
HEYDƏR ƏLİYEV - 1
Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı
10.05.2026
Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı
Bakı, 10 May.

Azərbaycan dövlətçilik tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrü deyil, bütövlükdə milli inkişaf fəlsəfəsini müəyyən edir. Ümummilli Lider Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Onun formalaşdırdığı dövlətçilik konsepsiyasında təhsil xüsusi yer tutur və milli inkişafın əsas strateji dayaqlarından biri kimi qiymətləndirilirdi. Ulu Öndərin təhsil siyasəti Azərbaycanın intellektual potensialının güclənməsinə, milli kadr bazasının formalaşmasına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə mühüm töhfə verib. Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək bildirirdi: “Təhsil millətin gələcəyidir.” Bu fikir onun həyata keçirdiyi siyasətin əsas fəlsəfi istiqamətini təşkil edirdi.

Bu fikirlər Milli Məclisin deputatı Mehriban Vəliyevanın təqdim etdiyi “Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı” adlı məqalədə yer alıb. Məqalədə bildirilir ki, Ulu Öndər təhsili yalnız bilik vermək vasitəsi kimi deyil, milli düşüncənin, vətəndaş məsuliyyətinin və dövlətçilik şüurunun formalaşdığı əsas sahə kimi qəbul edirdi.

XX əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan SSR-də təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib. 1972-ci ildə qəbul edilmiş “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə qəbul olunmuş “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar ölkədə təhsil sisteminin inkişafında yeni mərhələ açıb. Bu qərarların icrası nəticəsində məktəb şəbəkəsi genişləndirilib, təhsilin əlçatanlığı artırılıb və keyfiyyət göstəricilərində ciddi irəliləyiş əldə olunub. Həmin dövrdə məktəb tikintisinə xüsusi diqqət yetirilirdi. 1970-1980-ci illərdə respublikada 683 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verilib. Bu göstərici əvvəlki dövrlərlə müqayisədə iki dəfə çox idi. Ümumtəhsil məktəblərinin sayı sürətlə artıb, şagird kontingenti genişlənib və təhsil infrastrukturunun möhkəmləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub. 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsi isə sosial ədalət prinsipinin təhsil sahəsində tətbiqinin mühüm nümunəsinə çevrilib.

Peşə və texniki təhsilin inkişafı da Ulu Öndərin diqqət mərkəzində idi. Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin inkişaf strategiyası müəyyən edilib, yeni peşə məktəbləri yaradılıb və minlərlə gəncin ixtisaslı kadr kimi yetişməsi üçün geniş imkanlar formalaşdırılıb. Bu siyasət ölkənin sənaye və iqtisadi inkişafı üçün güclü kadr potensialının yaranmasına xidmət edib. Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri də hərbi təhsil və vətənpərvərlik tərbiyəsi idi. Onun təşəbbüsü ilə 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey milli zabit kadrlarının hazırlanmasında mühüm rol oynayıb. Bu təhsil ocağı sonrakı illərdə Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasına böyük töhfə verib. Bu gün ordumuzun sıralarında xidmət edən bir çox peşəkar zabit məhz həmin məktəbin məzunlarıdır. Onlar Vətən uğrunda döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstəriblər.

Ulu Öndərin təhsil siyasətinin mühüm istiqamətlərindən biri də milli kadr potensialının gücləndirilməsi idi. Sovet dövründə minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, mühəndis, həkim, hüquqşünas və digər sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bu addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün güclü intellektual baza formalaşdırdı. Ulu Öndər Heydər Əliyev müəllim əməyinə həmişə yüksək qiymət verirdi. Onun “Müəllim cəmiyyətin ən hörmətli şəxsidir, çünki o, insanı formalaşdırır” fikri bu gün də aktuallığını qoruyur. Ulu Öndər müəllimi yalnız bilik verən şəxs deyil, həm də cəmiyyətin mənəvi memarı kimi dəyərləndirirdi. 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında söylədiyi fikirlər isə onun müəllim peşəsinə münasibətini aydın şəkildə ifadə edirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli insanlardır… Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti məhz müəllimlərin zəhmətinin nəticəsidir”.
Müstəqillik illərində təhsil siyasəti

Müstəqillik illərində Heydər Əliyevin təhsil siyasəti daha sistemli və strateji xarakter alıb. Yeni təhsil qanunvericiliyi formalaşdırılıb, ali və orta ixtisas təhsili müəssisələrinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq təhsil əlaqələri genişləndirilib. Azərbaycan gənclərinin xaricdə təhsil imkanlarının artırılması ölkənin dünya elmi məkanına inteqrasiyasına xidmət etdi və müasir düşüncəli, peşəkar kadrların yetişməsinə zəmin yaradıb.

Ulu Öndərin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir məktəb binalarının tikilməsi, regionlarda təhsil infrastrukturunun yenilənməsi, rəqəmsal təhsil imkanlarının genişləndirilməsi və müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Təhsilin dövlət siyasətində prioritet sahə kimi qorunması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti təhsil sahəsinin inkişafında xüsusi əhəmiyyətə malikdir. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr çərçivəsində yüzlərlə məktəb binası tikilib və ya əsaslı təmir olunub, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib, inklüziv təhsil layihələri reallaşdırılıb. Bu təşəbbüslər təhsilin keyfiyyətinin yüksəldilməsinə və gənc nəslin daha yaxşı şəraitdə təhsil almasına mühüm töhfə verir. Bu gün Azərbaycanın təhsil sistemi yalnız milli inkişafın deyil, həm də ölkənin beynəlxalq rəqabət mühitində mövqeyinin gücləndirilməsinin əsas alətlərindən birinə çevrilib. İnsan kapitalına yatırılan sərmayə, elm və təhsilin prioritet elan olunması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik fəlsəfəsinin davamlılığını təmin edir. Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti Azərbaycanın inkişaf modelində fundamental yer tutur. Onun təhsilə verdiyi strateji önəm, müəllim əməyinə göstərdiyi yüksək ehtiram və gənclərə olan diqqəti bu gün də ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biridir. Ulu Öndərin ideyaları yaşayır, inkişaf edir və Azərbaycanın gələcəyini formalaşdırmağa davam edir. Azərbaycanın məktəblərində, universitetlərində və yetişən yeni nəslin uğurlarında Heydər Əliyevin uzaqgörən siyasətinin izi aydın görünür.

Paylaş:
Digər xəbərlər

Siyasət

9-05-2026, 17:49

Dövlətçilik və dostluq salnaməsi: Ulu Öndərin xatirəsi Gürcüstanda yad edilib

Cəmiyyət

12-09-2024, 10:19

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü keçirilib

Cəmiyyət

9-05-2026, 17:54

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət

13-12-2025, 11:27

Romada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Cəmiyyət

1-08-2025, 12:17

Azərbaycanda dil siyasətinin tarixi və müasir inkişafı

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Сегодня, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Сегодня, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Сегодня, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Сегодня, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Сегодня, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə