Bakı, 12 May.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaşların müraciətləri dinlənilir.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş görüşü qrafikdə nəzərdə tutulan rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Görüşdə iştirak etmək istəyən şəxslər KTN-in “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
KTN-in vəzifəli şəxsləri tərəfindən 2026-cı ilin may ayı ərzində keçiriləcək vətəndaş qəbulları ilə bağlı müvafiq qrafikdən məlumat ala bilərsiniz.