• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Cəmiyyət

5-06-2026, 11:43

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür
05.06.2026.
Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür
Bakı, 5 iyun.

Bu gün Azərbaycanda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu tarix ölkənin su ehtiyatlarının idarə olunması, meliorasiya və irriqasiya sistemlərinin inkişafı, içməli su təminatı və ekoloji tarazlığın qorunması istiqamətində çalışan mütəxəssislərin əməyinə verilən yüksək dəyərin ifadəsidir.

Su ehtiyatlarının səmərəli idarə olunması Azərbaycanın strateji inkişaf prioritetləri sırasında mühüm yer tutur. İqlim dəyişiklikləri, artan urbanizasiya və regionlarda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri fonunda dayanıqlı su təminatı və müasir kanalizasiya sistemlərinin qurulması xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən həyata keçirilən kompleks layihələr su təsərrüfatının müasir standartlara uyğunlaşdırılmasına, rəqəmsallaşmanın genişləndirilməsinə və infrastrukturun dayanıqlığının artırılmasına xidmət edir. Bu çərçivədə ölkənin müxtəlif bölgələrində, o cümlədən Qarabağ iqtisadi rayonunda mühüm layihələr icra olunur.

ADSEA tərəfindən Şuşa şəhərində yağış və çirkab sularının idarə olunması üzrə müasir infrastrukturun qurulması davam etdirilir. Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusunun gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində yağış sularının 1200 millimetrlik borular vasitəsilə toplanaraq təmizləyici sistemə yönləndirilməsi, çirkab suların isə 600 millimetrlik borularla xüsusi təmizləyici qurğuya ötürülməsi planlaşdırılır. Normativ tələblərə uyğun təmizlənən sular daha sonra Qarqarçaya axıdılacaq.

Layihənin icrası Şuşa şəhərində ekoloji tarazlığın qorunmasına, tullantı sularının düzgün idarə olunmasına və urbanizasiya proseslərinin dayanıqlı şəkildə tənzimlənməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, Şuşa şəhərində su təminatı sistemi də müasir yanaşmalar əsasında qurulub. Burada 2 su anbarı, 34,5 kilometr su və 27,5 kilometr kanalizasiya şəbəkəsi istismardadır və şəhər dayanıqlı su təchizatı ilə təmin edilir. Şəhərin su mənbələri Zarıslı və Qarqarçaydır.

Bundan başqa, Qarqarçay üzərində Daşaltı kəndi ərazisində 26 min kubmetrlik su bəndinin yaradılması və Zarıslı nasos stansiyasının 2022-ci ildə istifadəyə verilməsi Şuşanın dayanıqlı su təminatında mühüm rol oynayır. Bu sistem vasitəsilə su sutəmizləyici qurğular kompleksinə yönləndirilir və emal edilərək istehlaka verilir.

Eyni zamanda, Xankəndi şəhərində su təminatının fasiləsiz şəkildə həyata keçirilməsi istiqamətində mühüm infrastruktur formalaşdırılıb. Şəhərin su mənbələri Xəlfəliçay və Ballıcaçaydır. Bu mənbələrdən daxil olan sular sutəmizləyici qurğular kompleksində emal olunaraq əhaliyə nəql edilir. Məlumatlara əsasən, Xankəndi şəhərində sutəmizləyici qurğuların ümumi potensialı gündə 8 min kubmetr təşkil edir. Şəhərdə 104 kilometr su şəbəkəsi istismardadır. Topoqrafik xüsusiyyətlər nəzərə alınaraq Xankəndi 10 zona üzrə bölünüb və hər zonada su anbarları yaradılıb. Bu zonalara 1 və 2 nömrəli sutəmizləyici qurğular xidmət göstərir.

Qarabağ iqtisadi rayonunda həyata keçirilən bu layihələr regionun su təsərrüfatı infrastrukturunun müasir standartlara uyğunlaşdırılmasını təmin etməklə yanaşı, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə, əhalinin dayanıqlı su ilə təmin olunmasına və şəhərsalma proseslərinin səmərəli idarə olunmasına xidmət edir.

ADSEA tərəfindən həyata keçirilən ardıcıl islahatlar su təsərrüfatının müasir idarəetmə modelinə keçidini sürətləndirir. Belə ki, su ehtiyatlarının vahid prinsiplər əsasında idarə olunması, rəqəmsal nəzarət mexanizmlərinin genişləndirilməsi, uçot sistemlərinin təkmilləşdirilməsi və infrastrukturun modernləşdirilməsi bu strategiyanın əsas istiqamətlərindəndir. Ölkə üzrə hidroloji müşahidə sistemlərinin inkişafı çərçivəsində 14 hidropostun quraşdırılması çaylarda su səviyyələrinin onlayn rejimdə izlənilməsinə imkan yaradır. Bu sistemlər daşqınların proqnozlaşdırılması, su ehtiyatlarının optimallaşdırılması və operativ idarəetmə qərarlarının verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya istiqamətində “Elektron su təsərrüfatı” informasiya sistemi (ESTİS) formalaşdırılır. Hazırda 1 milyon 955 mindən çox abonentin su istehlakı üzrə məlumatların toplanması su uçotunun dəqiqləşdirilməsinə və idarəetmədə şəffaflığın artırılmasına xidmət edir.

Eyni zamanda, ESTİS-in Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə inteqrasiyası istiqamətində işlər aparılır ki, bu da resursların vahid rəqəmsal platformada idarə olunmasına şərait yaradır. Su təminatı göstəricilərində son illərdə müsbət dinamika müşahidə olunur. Hazırda ölkədə içməli suya əlçatanlıq 73,4 faiz, fasiləsiz su təminatı isə 72,5 faiz səviyyəsindədir. Bakı və Abşeron yarımadasında bu göstərici 70 faiz təşkil edir. Sayğaclaşdırma səviyyəsinin 91,9 faizə çatması su istehlakının daha dəqiq uçotuna və idarəetmənin səmərəliliyinin artırılmasına imkan verir. Bununla yanaşı, su itkisi problemi hələ də mühüm çağırış olaraq qalır. Ölkə üzrə ümumi su itkisi 38,6 faiz təşkil edir ki, bu göstərici inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir.

Bu səbəbdən infrastrukturun yenilənməsi, şəbəkələrin modernləşdirilməsi və texnoloji həllərin tətbiqi prioritet istiqamət kimi müəyyən olunur. Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin mövcud vəziyyəti urbanizasiya proseslərinin təsiri ilə daha mürəkkəb xarakter alır. Xidmət göstərilən əhali 91 faiz olsa da, müasir standartlara cavab verən şəbəkə əhatəsi 74 faiz, ümumi ərazi üzrə əhatə isə 77 faizdir.

Kanalizasiya sistemi üzrə göstəricilər isə daha aşağıdır: əhalinin 52 faizi xidmətlə təmin olunur, ərazi üzrə əhatə isə 39 faizdir. Bu çağırışların həlli məqsədilə Azərbaycan Prezidentinin təsdiqlədiyi 2026–2035-ci illər üzrə Dövlət Proqramı mühüm strateji yol xəritəsi kimi çıxış edir. Proqram çərçivəsində Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin yenilənməsi, şəbəkələrin genişləndirilməsi və ekoloji təhlükəsizliyin artırılması nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən əsas layihələrdən biri Müşfiqabad hövzəsində gündəlik 75 min kubmetr gücündə tullantı sutəmizləyici qurğunun inşasıdır. Ümumi uzunluğu 18,9 kilometr olan kanalizasiya kollektorunun böyük hissəsi müasir mikrotunel üsulu ilə çəkilir və layihə çərçivəsində 22 şaxtanın tikintisi planlaşdırılır. Qurğuda təmizlənmiş suların ultrabənövşəyi şüalarla emal edilərək sənaye məqsədləri üçün istifadəsi nəzərdə tutulur.

Layihənin icrası Xırdalan, Müşfiqabad, Hökməli və ətraf ərazilərdə tullantı sularının idarə olunmasını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, subasma risklərini azaldacaq, kanalizasiya sistemlərinin ötürücülük qabiliyyətini artıracaq və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verəcək. 2025-ci ildə başlanılan və 2028-ci ildə başa çatdırılması planlaşdırılan layihə regionun infrastruktur inkişafında yeni mərhələ yaradacaq. Eyni zamanda, iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşma, su ehtiyatlarının qorunması və ekoloji risklərin azaldılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Yağış sularının idarə olunması, göllərin mühafizəsi və şəhərsalma proseslərinin ekoloji prinsiplərə uyğunlaşdırılması bu sahədə əsas prioritetlərdəndir. ADSEA həyata keçirdiyi genişmiqyaslı islahatlar su təsərrüfatının institusional, texnoloji və idarəetmə baxımından modernləşdirilməsini təmin edir. Bu siyasət ölkədə su təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd təsərrüfatının inkişafına, regionların sosial-iqtisadi yüksəlişinə və əhalinin həyat keyfiyyətinin artırılmasına xidmət edir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

4-05-2024, 11:16

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Cəmiyyət

11-04-2026, 11:32

“İnşaatçılar Günü” qeyd olunub

Cəmiyyət

19-03-2024, 17:39

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-ci ildönümü qeyd edilib

Cəmiyyət

2-06-2026, 18:31

AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət

23-06-2024, 12:54

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Сегодня, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Сегодня, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Сегодня, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə