• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakı Mühəndislik Universitetində 1142 tələbə məzun olub

Cəmiyyət

1-07-2026, 12:45

Bakı, 1 iyul.

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə “Məzun günü” keçirilib.

Bu barədə BMU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, məzun olmaq təkcə tələbəlik həyatının başa çatması deyil, eyni zamanda, yeni məsuliyyətlər və imkanlarla müşayiət olunan mühüm həyat mərhələsinə keçiddir. Məzunların qazandıqları uğurların təməlində onların əzmi və zəhməti ilə yanaşı, müəllimlərinin fədakar əməyi, valideynlərinin isə sonsuz dəstəyi dayanır.

Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və yüksəkixtisaslı insan kapitalının hazırlanması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Bu istiqamətdəki ardıcıl tədbirlərin davamı olaraq cari ilin fevral ayında dövlətimizin başçısının rəhbərliyi ilə yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib, Fəaliyyət Planı təsdiqlənib və rəqəmsallaşma, elektron hökumət, süni intellekt, innovasiya sahələrində fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalanıb. Fərmana əsasən yaradılan, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının iki gün əvvəl keçirilən iclasında bu sahədə qarşıda duran prioritetlərin geniş müzakirə olunduğunu qeyd edən rektor müasir çağırışlara cavab verən yüksəkixtisaslı kadr hazırlığının strateji əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan, BMU-da son illərdə yeni ixtisasların açılması, İnformasiya və kompüter texnologiyaları fakültəsinin yaradılmasının ölkənin inkişaf prioritetlərinə uyğun mühüm addımlar olduğu diqqətə çatdırılıb.

Yaqub Piriyev bu il 10 yaşı tamam olacaq universitetin qazandığı uğurlardan bəhs edərək son 2 ildə QS reytinqlərində yer almasına və ciddi irəliləyiş əldə etməsinə toxunub, habelə ali məktəbin beynəlxalq akkreditasiyalar, beynəlmiləlləşmə, ikili diplom proqramları və xarici tələbələrin sayının artırılması istiqamətində mühüm nailiyyətlərini vurğulayıb.

Bu il BMU-dan 1142 tələbənin məzun olduğunu, onlardan 75 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü deyən rektor universitetin məzunlarının məşğulluq göstəricilərinə görə ölkənin qabaqcıl ali təhsil müəssisələri sırasında yer aldığını diqqətə çatdırıb. Çıxışının sonunda Yaqub Piriyev məzunların qazandıqları bilik və bacarıqlarla ölkəmizin inkişafına mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Sonra çıxış edən qonaqlar-icra başçısı Abdin Fərzəliyev, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, deputatlar Rizvan Nəbiyev, Elçin Mirzəbəyli və Vüqar Bayramov məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Onlar ölkəmizdə gənclərin hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və peşəkar mütəxəssis kimi formalaşması üçün dövlət tərəfindən yaradılan geniş imkanlardan bəhs ediblər. Bildirilib ki, bugünkü məzunlar müstəqil, güclü və qalib Azərbaycanın gələcəyinin qurucuları kimi qazandıqları bilik və bacarıqları ölkənin inkişafına yönəltməli, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinə öz töhfələrini verməlidirlər. Çıxışlarda vurğulanıb ki, təhsildə iradə, məsuliyyət, zəhmət və məqsədyönlülük hər zaman uğurun əsas şərtləridir. Gənclərə daim öz üzərlərində çalışmağın, yeniliklərə açıq olmağın və cəmiyyətə faydalı vətəndaş kimi yetişməyin vacibliyi tövsiyə edilib. Eyni zamanda qeyd olunub ki, ali təhsil müəssisələri ölkənin intellektual potensialını formalaşdıran mühüm beyin mərkəzləri olmaqla yanaşı, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsində də əhəmiyyətli rol oynayır.

Tədbir BMU-nun Bədii yaradıcılıq bölməsinin hazırladığı proqramla davam edib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-06-2026, 08:19

BMU-İNHA ikili diplom proqramı çərçivəsində 329 tələbə təhsil alır

İqtisadiyyat

30-07-2024, 11:08

Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

Cəmiyyət

10-07-2024, 16:43

Bakı Ali Neft Məktəbində “Məzun günü”

Cəmiyyət

21-06-2025, 12:48

Gələcəyin müəllimləri məzun oldular – ADPU-da “Məzun günü”

Cəmiyyət

13-06-2026, 09:22

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə