• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib

Cəmiyyət

Сегодня, 11:12

Bakı, 25 sentyabr.

Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edib.

Müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarətdir. Vakant vəzifələrin tələblərinə cavab verən, ali təhsilə malik olan, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək arzusu olan namizədlərin qeydiyyatı 2026-cı il sentyabr ayının 28-dən oktyabrın 28-dək aparılacaq.

Vakant vəzifələr aşağıdakılardır:

- Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi – 2 yer (inspektor);

- Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi – 1 yer (inspektor);

- Lənkəran regional miqrasiya idarəsi – 3 yer (inspektor);

- Şəki regional miqrasiya idarəsi – 3 yer (inspektor);

- Xaçmaz regional miqrasiya idarəsi – 1 yer (inspektor);

- Ağsu regional miqrasiya idarəsi – 2 yer (inspektor);

- Şirvan regional miqrasiya idarəsi – 1 yer (inspektor);

- Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzi – 1 yer (inspektor).

Vakant vəzifələr haqqında məlumat, vəzifələrin tutulma şərtləri və s. barədə buradan tanış ola bilərsiniz.

Namizədlər qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi dekabrın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. Bu mərhələdə namizədlərə qanunvericilik sahəsi üzrə 50, Azərbaycan dili üzrə 15, dünyagörüşü üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, cəmi 100 test tapşırığı təqdim olunacaq. Hər test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 70 və daha artıq bal toplayan namizədlər ikinci mərhələyə buraxılırlar.

İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət Miqrasiya Xidmətinə təqdim olunacaq.

Namizədlərə imtahana daha səmərəli hazırlaşmaları üçün test imtahanı proqramı ilə tanış olmaları tövsiyə olunur:

Test imtahanı proqramları və ədəbiyyat siyahısı

İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”).

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet saytında “Azərbaycan Respublikasının miqrasiya orqanlarına qəbul üzrə imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını “mygov” portalından Dövlət İmtahan Mərkəzinin Tələbə-məzun məlumatlarım keçidindən istifadə etməklə öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan, iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq kağız daşıyıcılar vasitəsi ilə və ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada aparılacaqdır. İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50. TÜRKPA-nın yanı) keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.

Aşağıda göstərilən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər və onlarla yalnız söhbət aparılır:

• prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;

• digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;

• hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

• texnika və informasiya texnologiyaları sahələri üzrə yüksək biliyə və təcrübəyə malik olan mütəxəssislər.

Test imtahanından azad edilən şəxslər sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti (kişilər üçün), əmək kitabçasının surəti (olduğu təqdirdə), 2 (iki) ədəd fotoşəkil (3x4 santimetr ölçüdə)) 2026-cı il sentyabr ayının 28-dən oktyabrın 28-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202) şəxsən təqdim etməlidirlər.

Əlaqə nömrəsi: (012) 562-53-01.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-11-2025, 11:42

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il keçir

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Siyasət

7-11-2024, 11:20

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir

Siyasət

9-07-2024, 23:07

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti və diplomatiyası

Cəmiyyət

21-11-2024, 15:10

Dövlət Gömrük Komitəsi xidmətə qəbul olmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:12
    Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
  • Сегодня, 11:08
    Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
  • Сегодня, 11:05
    Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
  • Вчера, 15:27
    DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
  • Вчера, 15:24
    Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
  • Вчера, 15:21
    Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • Вчера, 11:36
    Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub
  • Вчера, 11:34
    Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb
  • Вчера, 11:32
    “İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir
  • Вчера, 11:29
    IV Bakı Təhlükəsizlik Forumu keçirilib
  • 23-09-2026, 15:09
    Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 23-09-2026, 15:06
    Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 23-09-2026, 12:11
    Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
  • 23-09-2026, 12:04
    Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
  • 23-09-2026, 12:02
    Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür
  • 23-09-2026, 11:59
    Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib
  • 23-09-2026, 11:57
    Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
  • 23-09-2026, 11:53
    Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb
  • 22-09-2026, 10:08
    Azərbaycan nefti 116 dollara satılır
  • 22-09-2026, 10:06
    Bakının üç rayonunda elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
  • 22-09-2026, 09:14
    Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksəksəviyyəli görüş keçirilir
  • 22-09-2026, 09:08
    Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
  • 21-09-2026, 12:00
    Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
  • 21-09-2026, 11:56
    Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
  • 21-09-2026, 11:54
    Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT
  • 21-09-2026, 10:41
    “Səhər danışarıq...” – şəhid Hacıəli Qasımovun yarımçıq qalan son sözü
  • 21-09-2026, 10:38
    “Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 21-09-2026, 10:31
    Bu gün Beynəlxalq Sülh Günüdür
  • 21-09-2026, 10:28
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub
  • 20-09-2026, 08:26
    Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə
  • 19-09-2026, 16:11
    “Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
  • 19-09-2026, 12:20
    Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür
  • 19-09-2026, 12:17
    Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır
  • 19-09-2026, 12:12
    Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL
  • 19-09-2026, 09:58
    Antiterror tədbirləri: DİN-in döyüş yolu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə