Əsrarəngiz təbiəti ilə gözoxşayan Laçında daha bir maraqlı görüntü qeydə alınıb. Bu dəfə kameranın hədəfinə çayda qaçan cüyür düşüb.
Maraqlı görüntü Laçın sakini tərəfindən rayonun Minkənd kəndi ərazisində lentə alınıb. Dağların arası ilə axan çayda qaçan cüyür hadisə şahidlərinin marağına səbəb olub.