İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.