• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

Cəmiyyət

21-02-2024, 21:42

Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.
Vəkillər Kollegiyasından bildirilib ki, fevralın 21-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 60 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında davam edəcək icbari təlimə başlanılıb.
Təlimin ilk günündə keçirilən tədbirdə Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov vəkilliyə namizədlərə uğurlar arzulayıb, təlimlərin əsas məqsədi, mahiyyətindən danışıb, vəkillərin praktiki və nəzəri biliklərə yiyələnməsinin vacibliyini dilə gətirib. O, VK-nın müstəqil təsisat olduğunu, son illər vəkillərin sayının 3 dəfədən çox artdığını, Kollegiyanın ədalət mühakiməsi ilə bağlı olan qurumlarla çox sıx əməkdaşlıq etdiyini, bu əməkdaşlığın dərin köklərə söykəndiyini bildirib. İki həftə davam edəcək təlimin proqramının fərqli olduğunu söyləyən prorektor diqqətə çatdırıb ki, praktiki təcrübəyə daha çox üstünlük veriləcək, eyni zamanda, buraya təlimçi vəkil və hüquqşünaslar cəlb olunacaq.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırov çıxışında vəkilliyə namizədlərə uğurlar diləyib, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini deyib.
Diqqətə çatdırılıb ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə VK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf şəraitdə keçirilir. Həmçinin ixtisas imtahanının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilir. Hamıya eyni suallar verilir, ayrı-seçkilik olmur.
İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacağını bildirən sədr icbari təlimdə ARVK-dan 51, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından (NMRVK) isə 9 vəkilliyə namizədin iştirak etdiyini, habelə onlardan 84 faizinin 40 yaşadək olduğunu söyləyib. Sədr ilk dəfə olaraq təlimə NMRVK-nın vəkilliyə namizədlərinin qatıldığını, həmin şəxslərin bəzilərinin onlayn qaydada iştirak etdiyini xüsusi vurğulayıb.
Həmçinin Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə danışıb, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatları, vəkillərin sayının artırılması istiqamətində görülən işləri, o cümlədən onların yenilənməsini, cavanlanmasını, müasirləşməsini, təkmilləşməsini diqqətə çatdırıb. Sədr son illər tədris prosesində dəyişikliklər edildiyini, bu istiqamətdə müəyyən islahatlar aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu söyləyib.
Tədbirdə Anar Bağırov Kollegiyanın son illər bir çox beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət qurumları ilə işgüzar əməkdaşlıqlardan danışaraq, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini vurğulayıb.
Sədr diqqətə çatdırıb ki, dövlət hesabına hüquqi yardımın artırılması məsələsi reallaşmaq üzrədir. Bununla bağlı artıq müvafiq sənədlərin layihəsi hazırlanıb: “Ümid edirəm ki, məsələ qısa zamanda öz həllini tapacaq. Həmçinin bildirmək istərdim ki, bu il dövlət büdcəsindən dövlət hesabına hüquqi yardımla bağlı ilk dəfə olaraq 5 milyon 500 min manat pul ayrılıb”.
Anar Bağırov xatırladıb ki, vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməli, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməlidirlər: “Nəzərinizə çatdırmaq istərdim ki, bəzi formal vəkillik, qeyri-prosessual hallar vəkilliyin nüfuzunu aşağı salır. Qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər. Xüsusilə vurğulayıram ki, VK bununla bağlı hər zaman barışmaz mövqe nümayiş etdirəcək”.
Sədr vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmini diqqətə çatdırıb. Bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu dilə gətirib.
Daha sonra ARVK-nın sədri Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda mühazirəsi dinlənilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-01-2024, 14:18

Müsahibə mərhələsindən keçən 52 vəkilliyə namizəd icbari təlimə buraxılıb

Siyasət

21-12-2023, 10:49

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib -

Cəmiyyət

25-01-2024, 23:19

Vəkillər Kollegiyasının bir qrup üzvünə dövlət təltifləri təqdim edilib

Cəmiyyət

3-02-2024, 11:34

Vəkillər Kollegiyası hər ay qanunvericilik sahəsindəki yenilikləri ümumiləşdirərək təqdim edəcək

Cəmiyyət

20-12-2023, 18:44

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında 65 nəfər müvəffəqiyyət qazanıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:27
    DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
  • Вчера, 15:24
    Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
  • Вчера, 15:21
    Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • Вчера, 11:36
    Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub
  • Вчера, 11:34
    Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb
  • Вчера, 11:32
    “İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir
  • Вчера, 11:29
    IV Bakı Təhlükəsizlik Forumu keçirilib
  • 23-09-2026, 15:09
    Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 23-09-2026, 15:06
    Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 23-09-2026, 12:11
    Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
  • 23-09-2026, 12:04
    Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
  • 23-09-2026, 12:02
    Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür
  • 23-09-2026, 11:59
    Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib
  • 23-09-2026, 11:57
    Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
  • 23-09-2026, 11:53
    Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb
  • 22-09-2026, 10:08
    Azərbaycan nefti 116 dollara satılır
  • 22-09-2026, 10:06
    Bakının üç rayonunda elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
  • 22-09-2026, 09:14
    Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksəksəviyyəli görüş keçirilir
  • 22-09-2026, 09:08
    Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
  • 21-09-2026, 12:00
    Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
  • 21-09-2026, 11:56
    Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
  • 21-09-2026, 11:54
    Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT
  • 21-09-2026, 10:41
    “Səhər danışarıq...” – şəhid Hacıəli Qasımovun yarımçıq qalan son sözü
  • 21-09-2026, 10:38
    “Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 21-09-2026, 10:31
    Bu gün Beynəlxalq Sülh Günüdür
  • 21-09-2026, 10:28
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub
  • 20-09-2026, 08:26
    Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə
  • 19-09-2026, 16:11
    “Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
  • 19-09-2026, 12:20
    Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür
  • 19-09-2026, 12:17
    Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır
  • 19-09-2026, 12:12
    Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL
  • 19-09-2026, 09:58
    Antiterror tədbirləri: DİN-in döyüş yolu
  • 19-09-2026, 09:55
    Bir sutkada qazanılan tarixi Zəfər
  • 18-09-2026, 13:34
    Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək
  • 18-09-2026, 13:28
    EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə