Koreya Respublikası 2024-2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, magistratura, doktorantura, həmçinin tədqiqat sahəsi üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqramda iştirak etmək istəyən şəxslər martın 5-dək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı haqqında əlavə məlumatlarla elan vasitəsilə tanış olmaq mümkündür.