Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxində mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan eyvanda 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb