• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İstixana effektinin azaldılması iqlim dəyişikliyinin qarşısını almaqda ən mühüm məsələlərdən biridir

Cəmiyyət

28-02-2024, 19:41

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
İstixana effektinin azaldılması iqlim dəyişikliyinin qarşısını almaqda ən mühüm məsələlərdən biridir
28.02.2024 [13:57]
İqlim dəyişikliyinin başlıca səbəbi son 200 ildə həyatımızda baş verən sənayeləşmədir. XVII əsrin axırları - XVIII əsrin əvvəllərində Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və digər Qərbi Avropa ölkələrində sənaye sahələri yarandı və getdikcə inkişaf edərək genişlənməyə başladı. Sənayenin inkişafı nəticəsində istehsalatda getdikcə daha çox yanacaqdan istifadə edildi. Əvvəllər daş kömürdən daha çox istifadə edilirdisə, indi daha çox yanacaq vasitəsi kimi neft və qaz yandırılır və bunun nəticəsində atmosferə külli miqdarda istixana qazları daxil olur. Bu isə Yer kürəsində istixana effektinin yaranmasına səbəb olur. Günəş şüaları yer səthinə gəlib çatandan sonra geriyə qayıdarkən istixana qazları tərəfindən tutularaq temperaturun daha da artmasına səbəb olur. Onun əsasını karbon qazı, metan və azot-dioksid təşkil edir. İstixana effektinin atmasına isə ən çox səbəb olan karbon qazıdır. Planetin istiləşməsi şübhəsiz ki, bir çox fəsadlara gətirib çıxarır. Onların ən böyüyü Antarktida və Qrenlandiyada buzlaqların əriməsi nəticəsində tədricən dünya okeanında suyun səviyyəsinin yüksəlməyə başlamasıdır. Bunun nəticəsində dəniz sahilində olan şəhər və sahilyanı ərazilərin su altında qalmaq təhlükəsi artır. Digər tərəfdən temperaturun artması nəticəsində dünyada olan su ehtiyatları azalmağa başlayır. Təbiətdə quraqlıq, yaşıllıq zonalarının azalması halları yaranır, meşə yanğınları intensivləşir, yer kürəsinin daxili regionlarında su qıtlığı baş verir və bunun nəticəsində ərzaq böhranı yaranır. Buna görə də bütün dünya ölkələri bir araya gələrək iqlim dəyişmələrinin qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar.
Bunu Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov deyib.
O, fikrinin davamı olaraq deyib: “Bu məqsədlə ilk dəfə 1992-ci ildə Kioto protokolu imzalanıb və protokolun əsas müddəalarından biri də 2010-cu ilədək dünyada olan istixana qazlarının səviyyəsinin 1990-cı il səviyyəsindən də aşağı salınması öhdəliyi idi. Təəssüf ki, göstərilən səylərə baxmayaraq, həmin öhdəlik yerinə yetirilmədi və ona görə də 2015-ci ildə Paris COP görüşündə razılaşmalar əldə olundu. Həmin razılaşmalara qoşulanlar arasında Azərbaycan da var. Ayrı-ayrı ölkələr könüllü olaraq müxtəlif öhdəliklər götürdülər. Ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının səviyyəsinin 35 faizə qədər azaldılmasını öhdəyə götürüb. Bu, çox ambisiyalı qərar olsa da, bu sahədə çox böyük işlər həyata keçirilir. Həmin öhdəliyə əməl olunması üçün Azərbaycanda günəş və külək elektrik stansiyaları istifadəyə verilir, yaşıl enerjinin artırılması üçün daha çox investisiya qoyulur və atmosferdə istixana qazlarının əldə edilməsi üçün müxtəlif sosial və iqtisadi mexanizmlər hazırlanaraq həyata keçirilir. Ümid etməyə dəyər ki, ölkəmiz həmin vaxtda öz məqsədinə nail ola biləcək”.
“Digər ölkələr tərəfindən də belə öhdəliklər götürülüb. Bu ilin noyabrında COP29-un ölkəmizdə keçirilməsi bu sahədə olan fəallığı bir qədər də artırıb. Üstəlik qarşıya belə bir vəzifə də qoyulub ki, ölkəmiz öz ərazisində istehsal etdiyi enerjinin 30 faizə qədərini yalnız yaşıl enerji mənbələrindən istehsal etsin. İqlim dəyişmələrinin qarşısının alınması üçün Bakıda keçirilən tədbirdə yeni hədəflər və yeni strategiyalar müəyyən ediləcək. Bakıda keçirilən həmin tədbirdə qəbul edilən qərarlardan sonra bu sahədə daha uğurlu addımlar atılması zamanın tələbinə çevriləcək”,- deyə mütəxəssis fikrinə yekun vurub.

Paylaş:
Digər xəbərlər

Siyasət

16-12-2023, 19:09

Azərbaycan əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik ölkədir

Cəmiyyət

31-01-2024, 23:55

Parlamentlərarası İttifaqın Baş katibi ilə görüş keçirilib

Siyasət

2-02-2024, 09:02

İtaliya nəşri Bakıda keçiriləcək COP29-dan gözləntilərdən yazıb

Siyasət

28-11-2023, 15:55

Odun tədarükünün meşəyə xeyri, “əcnəbi” ağaclar, yanğınlar və qiymətlər - MÜSAHİBƏ + FOTO

Cəmiyyət

4-02-2024, 14:40

Fevralin 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Вчера, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Вчера, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Вчера, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Вчера, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Вчера, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • 13-11-2026, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • 13-11-2026, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • 13-11-2026, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • 13-11-2026, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 13-11-2026, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • 13-11-2026, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə