Mayın 2-də Xətai Rayon Polis İdarəsinin əməkdaşları metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə keçirdikləri tədbirlər nəticəsində 7 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 147 kəsici-deşici alət aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub. Saxlanılan şəxslər barədə araşdırma aparılır.