Daşkəsən rayonunun Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2020-2021-ci və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər yollarla 20 min manatdan çox pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2-ci (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.