Bu il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu Bakıda HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək və dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.
Qeyd edək ki, təlim kursu iyunun 14-dək davam edəcək.