• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ordumuz müstəqilliyimizin qarantı, təhlükəsizliyimizin təminatçısıdır ŞƏRH

Cəmiyyət

26-06-2024, 10:17

Azərbaycan Silahlı Qüvvələri böyük tarixi və şərəfli yol keçib. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti isə özünün Əlahiddə Azərbaycan Korpusunu yaratmışdı. Yeni formalaşmış ordu isə o dövrdə qarşısına qoyulmuş vəzifələri icra edirdi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilk yaradılmış milli ordumuzun da fəaliyyətinin dayandırılmasına səbəb oldu. Biz 70 il Sovet İttifaqının tərkibində yaşamağa məhkum olduq. Bu 70 ilin bir hissəsini isə Azərbaycanı müstəqilliyə aparan dövrün başlanğıcı kimi də qeyd edə bilərik. Çünki Azərbaycan Respublikasına rəhbər təyin olunan Heydər Əliyev ölkəmizi müstəqilliyin bərpasına aparacağına inanırdı. Ona görə də milli hərbi kadrların hazırlanması məsələsinə xüsusi diqqət ayırdı. Belə ki, 1971-ci ildən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə azərbaycanlı gənclərin hərbi peşəyə yiyələnməsinə başlandı. Ona qədər isə azərbaycanlılar strateji hərbi peşələrdən uzaqlaşdırılırdı və ordunun inşaat bölmələrində xidmətə cəlb olunurdu.

Bu barədə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan tarixi prosesin ardıcıllığı olaraq 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşdu. Amma vahid mərkəzdən idarə olunan ordumuzun olmaması və pərakəndə şəkildə fəaliyyət göstərən hərbi birləşmələrdəki özbaşınalıq ərazilərimizin itirilməsi ilə nəticələndi. 1994-cü ilin iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ordu quruculuğu sahəsində də yeni bir səhifənin açılmasına səbəb oldu, pərakəndə hərbi birləşmələri bir komandanlıq altında birləşdirərək nizami ordu yaradıldı. Orduda nizam-intizam yüksək səviyyəyə qaldırıldı və qısa zamanda dahi Liderin rəhbərliyi ilə tarixi Horadiz əməliyyatı həyata keçirilərək düşmən atəşkəsə imza atmağına məcbur edildi.

Ulu Öndərin dövlətə rəhbərlik təcrübəsi sayəsində orduya diqqət artırıldı. Bununla da Azərbaycanda nizami ordunun formalaşdırılması prosesi başladı. Prezident İlham Əliyev də Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirərək ordu quruculuğuna böyük diqqət ayırdı. Çünki ordumuzun qarşısında torpaqların erməni işğalından azad edilməsi kimi məsuliyyətli bir vəzifə dayanırdı. Bu səbəbdən də dövlət büdcəsinin əhəmiyyətli hissəsi müdafiə xərclərinə cəlb edildi. Əsgər və zabitlərin xidmət şəraiti yaxşılaşdırıldı, orduya yeni hərbi texnika və silahlar alındı. Eyni zamanda, ordumuz mütəmadi olaraq hərbi təlimlərə cəlb olunaraq peşəkarlığı artırıldı. Qısa zaman ərzində Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasına yüksəldi.

“2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Ordumuzun gücünün qismən nümayişi idi. Biz düşmənə öz gücümüzü göstərdik və ermənilərə danışıqlar prosesində konstruktivlik nümayiş etdirməyin vacibliyini bildirdik. Amma təəssüf ki, düşmən bizim gücümüzü ciddi qəbul etmədi və İkinci Qarabağ müharibəsinin başlanmasını qaçılmaz etdi. Ermənistanın növbəti təxribatlarına cavab olaraq 2020-ci ilin sentyabrın 27-də əks-həmlə əməliyyatlarına başlayan müzəffər Ordumuz Ali Baş Komandanın əmrini rəhbər tutaraq sinəsini düşmən gülləsinə sipər etdi. Ordumuz düşmənin 30 ildə qurduğu müdafiə xətlərini 44 günə aşaraq yeni bir tarix yazdı. Savaşın hər bir günündə xalqımız qələbələrə sevindi və qəhrəmanlıq salnaməsinə şahid oldular. Nəhayət, noyabrın 8-də qəhrəman əsgərlərimiz üçrəngli Dövlət Bayrağımızı Şuşada dalğalandırmaqla Ermənistanı diz çökdürdü və düşməni kapitulyasiya aktına imza atmağına məcbur etdi. Postmüharibə dövründə də Silahlı Qüvvələrimiz Qarabağda və şərti sərhəddə keçirdiyi əməliyyatlarla uğurlarını davam etdirdi. Ötən ilin sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri isə bütün ərazilərimizdə Azərbaycan Bayrağının dalğalandırılması ilə dövlət suverenliyinin tam bərpasını şərtləndirdi. Bu gün Azərbaycan bütövdür və öz ərazilərini güclü şəkildə müdafiə edir. Bu uğura isə qalib Sərkərdənin qalib Ordusu sayəsində nail olduq. Ordumuz müstəqilliyimizin qarantı, təhlükəsizliyimizin təminatçısıdır. Bu baxımdan da Ordumuzun qazandığı Zəfər beynəlxalq arenalarda sözümüzün gücünü artırır”, - deyə A.Badamov vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-06-2024, 12:22

Regionun ən qüdrətli, adını dünya hərb tarixinə yazan Ordusu ŞƏRH

Cəmiyyət

6-04-2024, 12:40

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüş keçirilib

Cəmiyyət

26-06-2024, 10:09

Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindəndir ŞƏRH

Cəmiyyət

26-06-2024, 10:12

Azərbaycan Ordusu sağlam gəncliyin yetişməsində xüsusi rola malikdir ŞƏRH

Cəmiyyət

19-04-2024, 19:47

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 10:50
    Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
  • Сегодня, 10:47
    Şəkərli diabetlə mübarizədə yeni mərhələ: dövlət təminatı və müasir müalicə imkanları
  • Сегодня, 10:45
    Konstitusiya Məhkəməsinin Plenumunda Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul edilib
  • Сегодня, 10:43
    Dövlət Miqrasiya Xidməti ölkəyə gələn Rusiya vətəndaşlarına müraciət edib
  • Сегодня, 10:40
    Parisdə Azərbaycanın dini və mədəni müxtəliflik modeli diqqət mərkəzində olub
  • 25-11-2026, 17:58
    Sənan Hacıyev: Dövlət rüsumunun azaldılması ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirəcək
  • 25-11-2026, 17:54
    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb
  • 25-11-2026, 12:11
    Bir neçə şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri açıqlanıb
  • 25-11-2026, 12:09
    Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub
  • 25-11-2026, 12:07
    Bu gün Kəlbəcər Şəhəri Günüdür
  • 25-11-2026, 12:03
    Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib
  • 25-11-2026, 12:01
    Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur
  • 23-11-2026, 17:21
    Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
  • 23-11-2026, 17:18
    Media və Yayım Şurası onlayn və çap mediası subyektləri üçün müsabiqə elan edib
  • 23-11-2026, 17:13
    Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM
  • 23-11-2026, 17:08
    Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • 23-11-2026, 11:45
    Bakıda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
  • 23-11-2026, 11:43
    Azərbaycan AİPA-nın 47-ci Baş Assambleyasında təmsil olunub
  • 23-11-2026, 11:10
    Prokurorluq orqanlarında işləmək arzusunda olan şəxslər üçün müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
  • 23-11-2026, 11:07
    Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
  • 23-11-2026, 11:04
    Lökbatanda yük və minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb
  • 22-11-2026, 13:20
    Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
  • 22-11-2026, 13:18
    Ermənistan əməkdaşlığı imitasiya etməməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir
  • 22-11-2026, 13:16
    “e-qanun.ai” axtarış platformasında emal edilən sorğuların sayı 4 milyonu keçib
  • 22-11-2026, 13:14
    108 yaşlı Azərbaycan ədliyyəsi: islahatlar və yeni inkişaf mərhələsi
  • 21-11-2026, 22:45
    Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib
  • 21-11-2026, 22:41
    Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
  • 21-11-2026, 22:39
    Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 21-11-2026, 21:31
    Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
  • 20-11-2026, 12:36
    Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib
  • 20-11-2026, 12:34
    Qubada keçirilən beynəlxalq elmi konfransa 6 ölkədən 101 məqalə təqdim olunub
  • 20-11-2026, 12:30
    Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edilib
  • 20-11-2026, 12:27
    Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
  • 20-11-2026, 12:21
    Qarakənd faciəsindən 35 il ötür
  • 19-11-2026, 16:38
    Polşanın hərbi təhsil üzrə nümayəndə heyəti Azərbaycana səfər edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə