• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Regionun ən qüdrətli, adını dünya hərb tarixinə yazan Ordusu ŞƏRH

Cəmiyyət

25-06-2024, 12:22

Azərbaycanda Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan Ordusunun yaranmasından 106 il keçir. 1918-ci ildə Ordumuzun qarşısına qoyulan başlıca vəzifə bu gün də aktualdır: Ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı yadelli düşmənlərin, xüsusilə erməni işğalçılarının hücumlarından qorumaq.

Bunu açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

O xatırladıb ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul edib, Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edilib. Bu qərar noyabrın 7-də rəsmiləşdirilib və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edilib.

1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olunub.

1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Milli Ordunun yaradılması prosesini demək olar ki, başa çatdırıb. Qırx min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.

1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndən sonra milli zabitlərimizi də repressiyaya məruz qoyub, fiziki cəhətdən onları aradan götürüb. Uzun illər Kreml Azərbaycanda ordu quruculuğuna önəm verməyib.

1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılıb. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına mane olan SSRİ rəhbərliyi türk ölkəsində belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdı. Amma Azərbaycan rəhbərliyinin - Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculuğunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi.

1993-cü ildən sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə struktur və kadr dəyişiklikləri həyata keçirildi, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı. Bundan sonra Azərbaycan Milli Ordusu, demək olar ki, yenidən quruldu.

“Biz eyni hədəfə, eyni məqsədə çatmaq üçün yolumuzu dəqiqləşdirməli, sürətimizi, gücümüzü artırmalı idik. Bu yol qonşularımızla münasibətlərimizi normallaşdırmaq, Türkiyə ilə strateji müttəfiqliyimizi yüksək səviyyəyə çatdırmaq və Ordumuzun müasir silahlarla təchiz edilməsindən ibarət idi. Erməni işğalçılarını Azərbaycan torpaqlarından çıxarmaq, sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz çalışdıq. Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə zamanı işğalçılara elə bir zərbə vurdu ki, onların bir daha ərazimizə qarşı baş qaldıra biləcəkləri inandırıcı görünmür.

2020-ci il noyabrın 10-da Azərbaycan Ordusu yarandığı gündən bəri ilk dəfə olaraq parlaq qələbə qazandı. Son 104 il ərzində itirdiyimiz torpaqların vacib bir hissəsini işğaldan azad etdik və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Ağdam, Laçın, Kəlbəcər döyüşsüz Azərbaycana təhvil verildi. 2023-cü ilin sentyabrında isə Xankəndi, Xocalı, Əskərandakı separatçıları məhv etdik, üçrəngli Bayrağımızı orada ucaltdıq. Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun dünya üzrə reytinqi xeyli yüksələrək ön sıralarda yer aldı. Eyni zamanda, Vətən müharibəsi xalq-ordu birliyinin necə olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalq öz övladlarını müharibəyə böyük həvəslə yola salır, ön cəbhəyə hər cür yardım göstərirdi. Ölkə rəhbərliyinin siyasi iradəsi, uzaqgörənliyi, peşəkar ordu quruculuğu və xalqın vahid yumruq kimi birləşməsi tarixi Zəfəri reallaşdırdı”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənir, ən müasir silahlarla təchiz edilir. İşğaldan azad edilmiş ərazilərdə yeni salınan hərbi hissələr, formalaşdırılan komando birlikləri, xüsusi təyinatlı dəstələr hər zaman yarana biləcək təhdidlərə, təhlükələrə qarşı tam hazır vəziyyətdədir.

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

27-05-2024, 13:28

Kitabxanada Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub

Cəmiyyət

28-05-2024, 23:05

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Siyasət

28-05-2024, 08:36

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Cəmiyyət

27-03-2024, 10:49

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Gündəm / Siyasət

12-11-2023, 20:19

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 17:54
    Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir
  • Сегодня, 17:50
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Сегодня, 12:39
    Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
  • Сегодня, 12:36
    Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
  • Сегодня, 12:34
    Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
  • Сегодня, 12:33
    Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır
  • Сегодня, 12:30
    "ADEX 2026" davam edir
  • Сегодня, 12:27
    Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
  • Сегодня, 12:25
    Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
  • Сегодня, 12:22
    Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
  • Сегодня, 12:19
    Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın
  • Сегодня, 12:16
    Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
  • Сегодня, 12:13
    Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
  • Вчера, 10:50
    Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
  • Вчера, 10:48
    Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
  • Вчера, 10:46
    Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb
  • Вчера, 10:43
    Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
  • Вчера, 10:41
    Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
  • 30-09-2026, 12:01
    Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb
  • 30-09-2026, 11:55
    Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
  • 30-09-2026, 11:52
    Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
  • 30-09-2026, 11:50
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:46
    Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub
  • 29-09-2026, 11:58
    Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub
  • 29-09-2026, 11:55
    AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur
  • 29-09-2026, 11:52
    Bu gün Ümumdünya Ürək Günüdür
  • 28-09-2026, 14:20
    DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək
  • 28-09-2026, 14:16
    Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir
  • 28-09-2026, 14:13
    Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər
  • 28-09-2026, 14:10
    Vətən müharibəsinin xronikası: 28 sentyabr
  • 28-09-2026, 14:06
    "Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər
  • 27-09-2026, 11:22
    Bir dəqiqəlik sükut, əbədi ehtiram...
  • 27-09-2026, 11:07
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 10:56
    Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb
  • 26-09-2026, 09:44
    Seyid Yəhya Bakuvi irsi fəlsəfə tariximizin qızıl səhifəsidir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə